Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Həzrət Ayətullah Məkarim Şirazi, özünün nəzarətində fəaliyyət göstərən dini mərkəzlərin tələbə, müəllim, müdir və işçi heyəti ilə görüşü zamanı, İmam Həsən Əskərinin (ə) bu hədisinə istinad edərək buyurub:
«خَیرُ الأُمورِ اثنان: الإیمانُ بالله و البِرُّ بالإخوان»
“Xeyirli işlərin ən üstünü ikidənədir: Allaha iman gətirmək və din qardaşlarına yaxşılıq etmək.”
Alimin sözlərinə görə, bu hədis açıq şəkildə göstərir ki, Allaha iman və mömin qardaşlara mərhəmət və yaxşılıq etmək, xeyir və saleh əməllər yolunun iki əsas sütunudur.
Mərcəiyyət baxımından tələbələrin müvəffəqiyyət sirri
Bu böyük mərcəyi-təqlid tələbələrin uğurunun bir neçə əsas amildən asılı olduğunu bildirərək deyib: Nizam-intizam və davamlılığ, ixlaslı niyyət və din böyüklərinə ehtiram tələbənin elmi yüksəlişinin başlıca dayaqlarıdır. İnsan elmin yolunda yorulmamalı, niyyətini xalis və ilahi etməli, müəllimlərinə və din alimlərinə dərin hörmət bəsləməlidir.”
Elmi hövzələrin tarixindən ibrət
Həzrət Ayətullah Məkarim Şirazi elm ocaqlarının tarixindən nümunə gətirərək qeyd edib: Şeyx Tusi bütün düşmən təzyiqlərinə baxmayaraq, Bağdadda başladığı elmi fəaliyyətindən əl çəkmədi və Nəcəfə hicrət edərək elə bir hövzə yaratdı ki, min ildir elmin və fiqhin çırağını parlaq şəkildə yandırıb saxlayır. Bu, davamlılıq və imanın bəhrəsidir.
Hələ də elmi fəaliyyətlə məşğulam. O, çıxışının davamında belə buyurub: Mən hələ də elmi fəaliyyətimi davam etdirirəm. ‘Biharül-ənvar’ toplusunun tənqid və təshih işlərini 96-cı cildədək aparmışıq. Həftədə üç gün hövzə dərslərini davam etdirirəm.
“Nümunə Təfsirinin” yazılması təcrübəsi
Ayətullah Məkarim Şirazi daha sonra məşhur əsəri olan "Nümunə Təfsirinin ”təlif tarixçəsinə toxunaraq bildirib: Bir dövrdə fars dilində müasir və asan anlaşılan təfsirə ehtiyac duyuldu. Gənc və istedadlı alimlərin köməyi ilə Nümunə Təsirinin yazılmasına başladıq. Bu əsər bu gün ərəb, Ordu, türk, ingilis və hətta hause dillərinə tərcümə edilmişdir. Ardınca ‘Nəhcül-bəlağə’ və ‘Səhifeyi-Səccadiyyəyə’ də şərhlər yazıldı və onlar geniş şəkildə qarşılandı.
Müasir texnologiyaların elmin inkişafındakı rolu və Elmi Hövzələrin bundan istifadə etməsinin zəruriliyi
Həzrət Ayətullah Məkarim Şirazi texnologiyanın elmi inkişafda əhəmiyyətini vurğulayaraq qeyd edib: Hövzə elmi işlərində müasir vasitələrdən, xüsusilə süni intellektdən faydalanmalıdır. Keçmişdə bəziləri mikrofon və telefon istifadəsinə qarşı çıxırdı. Bu gün isə yeni texnologiyalara qarşı durmaq olmaz. Əksinə, biz dini təbliğ yolunda bu vasitələrin ilk istifadəçiləri olmalıyıq.
Hələ də elmi fəaliyyətlə məşğulam
Həzrət Ayətullah Məkarim Şirazi çıxışının digər hissəsində bildirib: Mən hələ də elmi fəaliyyətimi davam etdirirəm. ‘Biharül-ənvar’ toplusunun tənqid və təshih işlərini 96-cı cildədək çatdırmışıq. Həftədə üç gün hövzə dərslərini davam etdirirəm.
Vacib və praktik tövsiyə
Həzrət Ayətullah Məkarim Şirazi tələbə və müəllimlərə müraciət edərək deyib: İman, səylə çalışma və ixlaslı niyyətlə, həmçinin müasir vasitələrdən istifadə edərək elmi və mədəni boşluqları doldurun. Dua etməyi unutmayın, duaların təsiri vardır. Mən həmişə namazlarımda alimlərin və tələbələrin uğuru üçün dua edirəm və sizdən də eyni dəstəyi xahiş edirəm.
Hövzə şəxsiyyətlərinin iştirakı
Bu görüşdə aşağıdakı şəxsiyyətlər iştirak edib:
Ali Hövzə Şurasının katibi Ayətullah Məhəmməd Mehdi Şəbzendedar, Ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərəfi, Qum Hövzəsinin müavini Höccətül-islam vəl-müsəlmin Həmid Məliki, həmçinin digər elmi və dini şəxslər.
Xəbərin sonu.






Rəyiniz