bazar 12 oktyabr 2025 - 19:51
Pakistan, İslam aləminin gələcək hadisələrində mərkəzi rolu oynamalıdır

Hövzə / Ölkənin Elmi Hövzələr üzrə rektoru İslam aləmində Pakistanın strateji mövqeyinə işarə edərək dedi: Bu ölkə böyük bir İslam və şiə mərkəzidir.Ağıl, düşüncə və həqiqi inqilabçı İslam xətti istiqamətində hərəkət etməklə İslam aləminin gələcək hadisələrində mərkəzi rol oynaya bilər.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata əsasən, şənbə günü,11 sentyabr ölkənin elmi hövzələr üzrə rektoru Ayətullah Əlirza Ərafi Pakistan Müsəlman Birliyi Partiyasının sədri və bu ölkənin Senatının üzvü senator Raca Nasir Abbas Cəfəri ilə görüşdə, onun Pakistandakı inqilabi və birliyəyönəlik fəaliyyətlərini yüksək qiymətləndirərək, iki ölkə arasında elmi, akademik və dini-seminariya sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladı.

İslam məntiqi əsasında universitet sahəsinə ciddi şəkildə daxil olmaq

Ölkənin Elmi Hövzələr üzrə rektoru çıxışının davamında müsəlman alimlərinin universitet mühitində iştirakının əhəmiyyətini vurğulayaraq dedi: Siz İslam və inqilab ruhiyyəsi və məntiq ilə universitet fəaliyyətlərinə daxil olmalısınız. Bu daxilolma düşünülmüş, planlı və elə bir hərtərəfli layihə əsasında olmalıdır ki, həmin universitet insan yetişdirən və fikir yaradan bir mərkəzə çevrilsin hətta humanitar elmlərdən başqa sahələrdə də bu yer almalıdır.

O, sözlərinin davamında əlavə etdi: Bu iş üçün mərkəzi bir elmi-fəlsəfə gücünə ehtiyac var; yəni həm müasir elmi məsələlərdən xəbərdar olan hövzə alimləri, həm də bu istiqaməti birgə şəkildə inkişaf etdirə biləcək dindar universitet mütəxəssislərindən ibarət bir birlik. Mənim vurğum budur ki, elmin sərhədində yerləşən qabaqcıl və təsirli sahələrə, eləcə də fənlərarası istiqamətlərə daxil olun, hərtərəfli bir plan hazırlayın və elmi kadr hazırlığı aparın. Bu yolla böyük dəyişikliklər yaratmaq mümkündür.

Süni intellekt və İslam elmləri üzrə böyük layihə

Ölkənin Elmi Hövzələr üzrə rektoru vurğuladı: Hazırda süni intellekt və İslam elmləri sahəsində bir neçə böyük layihəmiz var və bu layihələrdə təxminən 50 nəfər universitet və hövzə üzrə mütəxəssis fəaliyyət göstərir. Bu proqramlar Pakistan da daxil olmaqla digər ölkələr üçün bir nümunə ola bilər.

Pakistan, İslam aləminin gələcək hadisələrində mərkəzi rolu oynamalıdır

İslami düşüncə tərzi əsasında fənlərarası (multidissiplinar) elitaların yetişdirilməsinin zəruriliyi

Hövzələrin Ali Şurasının üzvü çıxışının davamında bildirdi: Əgər siz elmin sərhədində yerləşən qabaqcıl və fənlərarası sahələrdən çoxlu sayda düşüncəli kadrlar yetişdirə bilsəniz şiə və sünni fərqi olmadan, İslami düşüncə çərçivəsində bu kadr hazırlığı və intellektual axın yaradılması sahəsində ən böyük iş olar. Bu yol güclü elmi-fəlsəfi istedad tələb edir və hətta Qumdan və ya İrandan bir neçə nəfəri düşüncə yaratmaq və nümunələr hazırlamaq üçün seçə bilərsiniz.

Qum hövzəsinin elmi və intellektual potensialları

Ayətullah Ərafi Qum Hövzəsinin elmi nailiyyətlərinə işarə edərək dedi: Hazırda Qumda iqtisadiyyat və siyasət sahəsində iki-üç min seçilmiş əsər mövcuddur ki, bunlar son otuz ildə on mindən iyirmi minə qədər olan əsərlərin arasından seçilmişdir. Bu əsərlər böyük bir potensialdır və siz bundan faydalana bilərsiniz.

O əlavə etdi: Yeni modellərdən istifadə edərək bu mənbələri sürətlə hazırlayıb ruhani və universitet mütəxəssislərinin tədris və araşdırma proqramına daxil etmək olar ki, elmi və mədəni təsirini dərin şəkildə göstərsin.

Hövzənin nümunəvi məktəbləri və mərkəzləri ilə əlaqələrin gücləndirilməsi

Ölkənin Elmi Hövzələr üzrə rektoru çıxışının davamında hövzənin nümunəvi mərkəzləri ilə elmi və təcrübə əlaqələrinin vacibliyini qeyd edərək dedi: Mənim tövsiyəm budur ki, hövzəmizin bir neçə nümunəvi məktəb və mərkəzi ilə daha güclü əlaqələr qurun. Bizim hövzədə təxminən 7–10 əsas və qabaqcıl mərkəz var, məsələn, Cahangirxan və Əmrullahi məktəbləri, hansı ki həm hövzənin əsas ənənələrini qoruyur, həm də tələbələri müasir baxışla yetişdirir. Bu mərkəzlər və sizin aranızda təcrübə mübadiləsi çox təsirli olacaq.

Pakistan, İslam aləminin gələcək hadisələrində mərkəzi rolu oynamalıdır

Pakistanın İslam aləminin gələcək hadisələrindəki rolu

Ayətullah Ərafi Pakistanın İslam məsələlərindəki strateji mövqeyinə işarə edərək dedi: “Gecə-gündüz Pakistan məsələlərini düşünmədiyim bir an yoxdur. Orası böyük bir İslam və şiə mərkəzidir və İslam aləminin gələcək hadisələrində mərkəzi rol oynaya bilər. Bu mövqeyi gücləndirmək üçün atılan hər addım qiymətlidir.”

O, Pakistanın müqavimət və Qəzzaya dəstək mövqeyinə işarə edərək dedi: Hökumətin ABŞ ilə əlaqələri olsa da, müqavimət məsələsində göstərdiyi fəaliyyət qənaətbəxşdir. Belə mövqelər xalqın ictimai rəyi və sizin kimi qrupların fəaliyyəti ilə formalaşıb.

İslam aləmində yeni dalğalar formalaşıb

Ölkənin Elmi Hövzələr üzrə rektoru çıxışının sonunda əlavə etdi: “Bu gün İslam aləmində həm böyük təhdidlər, həm də böyük imkanlar daşıyan yeni dalğalar formalaşıb. Tramp və Netanyahu kimi vəhşi xarakterli düşmənlər olsa da, yenə də yeni imkanlar ortaya çıxıb. Pakistan bu prosesdə mühüm rol oynayır və gözlənilir ki, İslami və məntiqli düşüncə xətti üzrə daha güclü şəkildə irəliləsin.”

Ayətullah Ərafi Pakistan Müsəlman Birliyi Partiyasının sədri ilə danışarkən dedi: Sizə uğurlar arzulayırıq ki, Pakistanda həqiqi İslam və inqilabçı İslam düşüncəsi ilə bir bayraq qaldırdınız. Bu çox gözəl bir işdir. İnşallah Allah sizə bu yolu uğurla davam etdirməyi nəsib etsin.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha