şənbə 18 oktyabr 2025 - 15:48
Yeni tapılmış bir sənəd bir sui-qəsdi üzə çıxarır:
Eduardo Anielli necə şəhid oldu?

Hövzə/25 ildən sonra elə bir sənəd yayımlanıb ki, bu sənəd Eduardo Aniellinin şəhadəti ilə bağlı olan rəsmi sənədi sual altına alır: İran İslam İnqilabına maraq göstərən, Anielli ailəsinin müsəlman və şiə oğlu atasının iqtisadi mirasından uzaqlaşdırılması üçün qurulan bir sui-qəsdin qurbanı olub.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumatına əsasən, 2000-ci ilin 14 noyabrında Cianni Anielli elə bir sənəd imzalayıb ki, həmin sənədə əsasən “Dicembre” şirkətinin  Anielli ailəsinin əsas fondunun  25 faizi oğlu Eduardoya verilməli idi.
Lakin cəmi bir gün sonra Eduardonun cəsədi Turin Savona magistral körpüsünün altında tapılıb.
İllərlə bu hadisə “intihar” kimi təqdim olunub, amma indi Turin prokurorluğu tərəfindən müsadirə edilmiş sənədlər göstərir ki, Eduardo əsl varis olub və onun aradan götürülməsi Gianni Aniellinin yəhudi sionist nəvəsi Con Elkan üçün hakimiyyətin ötürülməsi məqsədilə planlaşdırılmış bir əməliyyatın nəticəsi imiş.

Bu sənəd 1998-ci ilə aid gizli vəsiyyətlə uyğun gəlir və 1996-cı ildə Elkanın xeyrinə yayılan məşhur “Monako məktubu” sənədini təkzib edir.
Bu sənədlər hakimiyyətin ötürülməsini planlaşdıran şəxslərdən biri olan Franso Qrande Stivensin hüquq ofisində aşkar edilib.
Eduardoya çatmalı olan pay isə sonda Con Elkana keçib o, hazırda “Stellantis” şirkətinin rəhbəridir.

Eduardonun anası, Marqerita Anielli, hüquqi iddia qaldıraraq miras müqaviləsinin ləğvini tələb edib.
Onun vəkilləri hesab edirlər ki, bu qərar Cianni Aniellinin həqiqi iradəsi və onun əmlakının miqdarı barədə məlumat olmadan qəbul edilib.
Müsadirə edilmiş sənədlər göstərir ki, Eduardoya payın verilməsi üçün dəqiq hazırlanmış bir plan mövcud olub, lakin onun qəfil şəhadəti bu prosesi dayandırıb.

Şəhid Eduardo Anielli savadlı, mənəvi və müsəlman bir şəxs idi ki, on iki imam şiəliyinin məzhəbinə daxil olmuş və İran İslam İnqilabına böyük maraq göstərmişdi.
Onun Əhli-beyt məktəbinə olan imanı və maddiyyatçılığa qarşı baxışları Qərbin iqtisadi hakimiyyət quruluşu ilə uzlaşmırdı.
İndi isə onun şəhadəti getdikcə daha çox ideoloji və mənəvi bir varisin aradan götürülməsi kimi görünür.

Bir əsrin dörddə biri keçdikdən sonra həqiqət bir daha üzə çıxıb və bununla birlikdə, təşkilatlanmış bir böhtan kampaniyasının iç üzü ortaya çıxıb.
Eduardo Anielli intiharın qurbanı deyil, həqiqət, ədalət və Əhli-beyt məktəbi uğrunda şəhid olmuş bir insandır.
Bu gün isə dünyanın bütün azadlıq sevər insanlarının əsas bir vəzifəsi olaraq bu məzlum şəhidin xatirəsini və yolunu qorumaq, həmçinin həqiqətin təhrifinə qarşı mübarizə aparmaq düşür.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha