Hövzə Xəbər Agentliyinin məlumatına görə, Qum Elmi Hövzəsinə yeni daxil olan tələbələrin bu gün günorta saatlarında müqəddəs Cəmkəran məscidinin 'Bəqi' səhnəsində keçirilən toplantısında Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, gənclərin tələbəlik yolunu seçməsini yüksək qiymətləndirərək çıxışına Səba surəsinin 46-cı ayəsinin təfsiri ilə başladı:
«قُلْ إِنَّمَا أَعِظُکُمْ بِوَاحِدَةٍ أَن تَقُومُواْ لِلَّهِ مَثنَیٰ وَفُرَٰدَیٰ»
«De: Mən sizi yalnız bir şeylə öyüd-nəsihət edirəm: Allah naminə ikiliklə və tək halda qalxasınız.»
Elmi Hövzələrin rektoru bu mübarək ayəni “Qurani-Kərimin ən seçkin və fəxarətli ayələrindən” adlandıraraq əlavə etdi: Bu ayə uca mənalar dənizidir. Müxtəlif mövzular arasından məhz bu ayəni ona görə seçdim ki, uzun və müqəddəs bir yola qədəm qoyan siz əzizlər bu ayəni öz yolunuzun çırağı edəsiniz.
1326-cı ilin siyasi-ictimai atmosferinə qısa bir baxış və unudulmaz bir qeyd
Ayətullah Ərafi nitqinin davamında 1326-cı ilin İran tarixi mühitini təsvir edərək belə xatırlatdı: Bu dövr Rza şahın süqutundan bir neçə il sonra, Məhəmməd Rza Pəhləvinin hakimiyyətinin başlanğıcına təsadüf edirdi. Elə bir zaman ki, ictimai mühit dinə, ilahi dəyərlərə, həmçinin ölkənin İslam və milli kimliyinin köklərinə qarşı mübarizə ilə dolu idi. Bölgədə də xüsusilə İngiltərə başda olmaqla xarici qüvvələrin dinə zərbə vurmaq və ilahi etiqadları məhv etmək istiqamətində təzyiq dalğaları yüksəlirdi.
İmam Xomeyni (r) öz qeydini bu «قُلْ إِنَّمَا أَعِظُکُمْ بِوَاحِدَةٍ...» ayə ilə başlaması
Elmi Hövzələrin rektoru həmin dövrdə İmam Xomeyninin (r) Yəzddə olmasına işarə edərək dedi: O zaman mərhum vəziri Yəzddə məşhur və tarixi vəziri kitabxanasının əsasını qoymuşdu və hər bir ziyarətçidən kiçik bir qeyd yazmasını xahiş edirdi. İmam Xomeyni (r) də 1326-cı ildə həmin kitabxanada bir səhifəlik bir qeyd yazmışdı və onun tam mətni “Səhifeyi-İmam” kitabında mövcuddur.
Elmi Hövzələrin rektoru bildirdi ki: İmam Xomeyni (r) həmin qeydə məhz bu ayə ilə başlamışdı. Elə bir ayə ki, o dövrdə yəni Qiyamın başlanmasından təxminən 14–15 il əvvəl, habelə onun marja və inqilab rəhbəri olmasından xeyli öncə onun mənəvi tövsiyələrinin və gələcəyə dair zəkalı təhlillərinin mərkəzində dayanmışdı.
Ayətullah Ərafi əlavə etdi: Həmin qeydin davamında İmam Xomeyni (r) dəyərli əxlaqi nəsihətlər və gələcək hərəkat barəsində işarələr edir. Rlə bil ki, İslam inqilabının əsasları illər əvvəl onun qəlbində formalaşmışdı.
Xubriqan məclisi Rəyasət Heyətinin üzvü olan Ayətullah Ərafi daha sonra «قُلْ إِنَّمَا أَعِظُکُمْ بِوَاحِدَةٍ أَن تَقُومُواْ لِلَّهِ مَثنَیٰ وَفُرَٰدَیٰ» ayənin struktur təhlilinə keçərək dedi: Ayənin əvvəlində “qul” əmri gəlmişdir. Qurani-Kərimin bütün ayələri ilahi vəhydir və Peyğəmbər (s) onların hamısını təbliğ etməyə məmurdur, lakin bəzi ayələrdə “qul” ifadəsinin işlədilməsi həmin mesajın xüsusi vurğusunu, əhəmiyyətini və həssaslığını göstərir. “Quldan” sonra işlənən “innəmə” kəlməsi isə inhisar bildirir. Yəni bundan sonra deyiləcək mətn tamamilə xüsusi və misilsiz bir ilahi mesajdır.
“Bir öyüd” Qurandakı nəsihətlər toplusunun içində ilahi seçimin sirri
Elmi Hövzələrin rektoru sözünə davam edərək dedi: Sonra Allah buyurur: «أَعِظُکُمْ بِوَاحِدَةٍ» yəni sizə yalnız bir öyüd verirəm. Bu, möhtəşəm bir həqiqətdir. Çünki bütün Quran öyud və göstərişlərlə doludur. Lakin onların içində Allah bir mesajı kök və əsas kimi təqdim edir. Bu çox mühüm mesaj budur: Allah naminə qalxın həm fərdi, həm də ictimai şəkildə və bundan sonra təfəkkür edin. Bu, peyğəmbərlərin, övliyaların və bütün ilahi hərəkatların mahiyyətini təşkil edir.
Allah naminə qalxış fərdi və ictimai islahatın təməli
Elmi Hövzələrin Ali Şurasının üzvü bu qalxışın incəliklərini izah edərək dedi: Allah naminə qalxış saf niyyətdən doğan, şüurlu, düşüncə ilə uzanan və imana söykənən köklü hərəkət deməkdir. Bu qalxış insanı asılılıqlardan, bağlılıqlardan və qorxulardan azad edir və onu həqiqət yoluna yönəldir. Ayə bizə öyrədir ki, istər nəfsin tərbiyəsində, istər ictimai fəaliyyətlərdə, istərsə də elmi və mədəni cihadda bütün böyük dəyişikliklər Allah üçün qalxmaqla başlayır.
İmam Zamanın (ə.f) hüzurunda yeni əhdin başlanğıcı
Elmi Hövzələrin rektoru yeni daxil olan tələbələrə xitabən dedi: Ey tələbəlik yoluna qədəm qoyan cavanlar! Siz bu gün müqəddəs Cəmkəran məscidində Zəmanə İmamının (ə.f) hüzurunda yeni bir əhd bağlayırsınız. Bu mübarək ayəni öz elmi və mənəvi yolunuzun başlıca mehvəri edin. Elmi hövzələrin, ölkənin və bütün İslam dünyasının gələcəyi sizin çiyinlərinizdədir. Bu yolda müvəffəqiyyətin şərti Allah üçün qalxmaq, düşünmək, nəfsi tərbiyə etmək və elm əməl yolunda hərəkət etməkdir.
O əlavə etdi: Qurani-Kərim yolun başlanğıcında bizə əsas bir nəsihət təqdim edir. Allah buyurur: “De: Mən sizə tək bir nəsihət verirəm.” Bu elə bir nəsihətdir ki, dinin bütün məzmunu onun içində cəmlənmişdir və hidayət ilə səadət qapılarını insana açır. Əgər bu bir həqiqəti qəlbinizə yerləşdirsəniz və onun əsasında hərəkət etsəniz, nurun, Quranın və səadətin qapıları sizə açılacaq.
İrəliləyişin ilk şərti qalxış və hərəkətdir
Ayətullah Ərafi ilahi nəsihətin bir neçə əsas mətləbə söykəndiyini vurğulayaraq dedi: Bu kəlamda insanın bütün səadəti xülasə olunub. Çünki tərəqqinin əsası qalxmaq və hərəkətdir. Həyatını rahatlıq axtarışına, kənara çəkilməyə və süstlüyə bağlayanlar heç bir nəticəyə çata bilməzlər.
Xubriqan Məclisi Rəyasət Heyətinin üzvü sözünə belə davam etdi: Əziz tələbələr! Siz elə bir yola daxil olmusunuz ki, daim ayıq və hazır olmalısınız. Elmi hövzə müharibə dövrünün düşərgəsi və ya səngəri kimidir. Burada ilk şərt hazırlıq və qəflətdən uzaq olmaqdır. Tələbə nə yuxululuğa, nə süstlüyə, nə də laqeydliyə düşməməli, bütün diqqəti fəaliyyətə və əmələ yönəlməlidir.
Dərs oxumaq və tələbəlik həyatı yalnız Allah üçün olanda mənalı olur
Ayətullah Ərafi bildirdi: Lakin yalnız qiyam və təlaş kifayət etmir. Bu hərəkət Allah üçün olmalıdır. Dərs oxumaq və tələbəlik həyatı yalnız Allah üçün icra ediləndə ruh qazanır. Əgər belə olarsa, bu, elə həmin ilahi öyüdün sırasına daxil olur ki, Peyğəmbərimiz (s) onun təbliğinə məsul qalmışdır.
Elmi Hövzələrin rektoru «قیام لله» “Allah naminə qalxış” anlayışını belə izah etdi:
Allah üçün qalxış saf niyyət deməkdir. Yəni nəfsani həvəs və istəklərə qalib gəlmək, daxili aləmi daimi nəzarətdə saxlamaq və şeytani təsirlərin ruhu ələ keçirməsinə imkan verməməkdir. Bu sözlər heç bir şişirdilmiş ifadə və ya təmtəraqlı söz deyil. Bu, Uca Allahın sözüdür və Peyğəmbər (s) onun təbliğinə əməl etməyə məcbur edilmişdir. Allah naminə qalxış insanın daxili aləmini idarə etməsi deməkdir.
Ayətullah Ərafi əlavə etdi: Həzrət Ayətullah Cavadi Amuli öz ustadından nəql edirdi ki, Molla Təbatəbai (r) 14 yaşlarında Nəcəfə daxil olduqda, böyük alim və əxlaq ustadı mərhum Ayətullah Qazi Təbatəbai ilə görüşmüşdür. O, deyirdi ki, yeni bir otaq kirayələmişdim və bir gecə gözlənilmədən qapı döyüldü. Qapını açanda mərhum Qazi Təbatəbaini gördüm. O böyük şəxs mənə yalnız bir cümlə dedi. Cümlə ömrüm boyu qəlbimdə qaldı. O cümlə belə idi: “Elmi bilik və təhsilə verdiyiniz qədər, ruhani, əxlaqi və şəxsiyyətinizin inkişafı üçün də planlı olun.” Bu söz o qədər dərin idi ki, Molla Təbatəbai ömrü boyu onu yol göstərici işıq kimi saxlamışdır.
Elm və mənəviyyat üçün paralel planlaşdırma zərurəti
Ayətullah Ərafi vurğuladı: Əziz tələbələr! Elmi tərəqqi üçün yorulmadan çalışmalısınız və eyni zamanda ruhani inkişaf yolunu da ciddi qəbul etməlisiniz. Bu mənəvi tərəqqi daxili ayıqlıq, batini şüurluluq və zehnin, qəlbin daimi nəzarətini tələb edir, çünki insanın ruhu şeytani və nəfsani sınaqların meydanıdır.
Quran və Nəhcül-Bəlağa ilə ünsiyyət
Ayətullah Ərafi daxili nəzarətin zərurətinə işarə edərək, tələbələrə Nəhcül-Bəlağənin “Qasiyə xütbəsini” oxumağı tövsiyə etdi: Bu xütbədə İmam Əli (ə) mərhəmət əsgərləri ilə şeytanın qoşunları arasındakı savaş meydanını gözəl təsvir edir. Həzrət izah edir ki, şeytan insanın incə ruhuna necə hücum edir və bu ilahi əmanəti səadət yolundan necə uzaqlaşdırmağa çalışır. Tələbələr hər gün Quran və Nəhcül-Bəlağa ilə ünsiyyət qurmalı və başqalarının planlarını gözləməməlidirlər. Özləri öz əxlaq ustadı və mənəvi proqram rəhbəri olmalıdırlar.
Daxili savaşın tanınması tələbəlik yolunun ilk addımı
Elmi Hövzələrin rektoru yeni daxil olan tələbələrə xitab edərək dedi: Bilin ki, hər insanın içində daimi bir savaş mövcuddur və şeytanın qoşunları müxtəlif hiylərlə onun tərəqqi yolunu pozmağa çalışır. Mənəvi yolun ilk addımı bu daxili müharibənin fərqində olmaq və ruhun qorunmasına diqqət etməkdir. Siz, əziz tələbələr, bu həqiqəti tanımalısınız ki, həm elm, həm də mənəviyyat yolunu eyni zamanda gedə biləsiniz.
O əlavə etdi: İnsanın kamalı daxili savaşdan keçməkdə, şeytan və nəfsani həvəs qarşısında dayanmaqda yatır. Əgər insan gözünü həqiqətin parlaq ufuklarından əyərsə, ciddi bir mübarizəyə girmiş olur. İnsan özünü tanımalı, daxili düşməni müəyyən etməli və nəyin onu qeybət, böhtan, paxıllıq, tənbəllik və halsızlığa çəkdiyini anlamalıdır. Bütün bu mübarizələrin mərkəzində Allahı əsas və istiqamət kimi yerləşdirmək durur.
Allah üçün qalxış fərdi və ictimai vəzifə
Elmi Hövzələrin rektoru Qurandakı öyüdün üçüncü məqamını izah edərkən dedi: «قُلْ إِنَّمَا أَعِظُکُمْ بِوَاحِدَةٍ أَن تَقُومُواْ لِلَّهِ مَثنَیٰ وَ فُرَٰدَیٰ» ayəsində göstərildiyi kimi, bu qalxış zamanı diqqət yetirilməli olan əsas məsələ şeytanın müdaxiləsinə imkan verməmək və hərəkətin əsasını səmimiyyət təşkil etməsidir. «مَثۡنَیٰ وَ فُرَٰدَیٰ» ifadəsi göstərir ki, qalxış həm fərdi, həm də kollektiv şəkildə Allah üçün edilməlidir. Yəni sosial dəstək olmasa belə, insan haqq uğrunda tək də fəaliyyət göstərə bilməlidir.
Ayətullah Ərafi əlavə etdi: Bəzi böyük alimlərin izahına görə, “Lilləh” daxili aləmdə hakimiyyət qazanmaq, “furadəy” isə tək qalanda belə batil dalğalarına qarşı durmaq deməkdir. Bu müqavimət gücü tələbələrdə gücləndirilməlidir.
Həzrət Fatimə (s) ən çətin şəraitdə möhkəmlik nümunəsi
Elmi Hövzələrin rektoru Fatimə günlərinə işarə edərək dedi: «قُلْ إِنَّمَا أَعِظُکُمْ بِوَاحِدَةٍ أَن تَقُومُواْ لِلَّهِ مَثنَیٰ وَفُرَٰدَیٰ» ayəsinin mənası Həzrət Fatimə Zəhra (s) həyatında öz ən yüksək təcəssümünü tapdı. Peyğəmbərimizin (s) vəfatından sonra Mədinənin dərin mənəvi və əxlaqi sarsıntı yaşadığı, ictimai bilik bazalarının çökməyə başladığı bir dövrdə yalnız ilahi və aydın səslə çıxış edən Həzrət Fatimə (s) oldu.
Ali şuranın üzvü əlavə etdi: Fədakiyyə xütbəsində Həzrət Fatimə (s) Mədinənin sosial və psixoloji vəziyyətini çox dəqiq və gözəl təsvir edir. Bu təsvir göstərir ki, necə geniş bir qaranlıq iman və ictimai kimliyi təhlükəyə atmışdır.
Ayətullah Ərafi vurğuladı: Bugünkü tələbə bu nümunəni qəlbində yaşatmalıdır. Yəni bütün cəmiyyət haqsız danışsa belə, ağıl, ruh gücü və möhkəm addımlarla haqq yolunu davam etdirməlidir.
Hövzə qlobal tarazlıqları dəyişə bilər
O əlavə etdi: İmam Xomeyni (r) tağut rejiminin qaranlıq və boğucu dövründə az sayda tələbənin içində haqqın çırağını yandırmışdı. Bu gün də “Allah naminə qalxışı” (qiyam lillah) başlıca prinsip edən bir hövzə, bütün qlobal istibdad dalğalarına qarşı dura bilər və tarazlıqları ilahi ədalətin xeyrinə dəyişdirə bilər. İslam inqilabının təcrübəsi göstərdi ki, əgər hövzə tələbələrin intellektual və ruhani təməlinə fokuslanarsa, haqqın dalğalarını İran və dünyanın hər yerinə yaymaq mümkündür.
Şeytana əsir olan düşüncə heç bir nəticə vermir
Ayətullah Ərafi bildirdi: Şeytanın, nəfsani həvəs və ya batil təbliğatın əsiri olan düşüncə heç bir nəticəyə çatmaz. Tərəqqi arzusu istibdadın və ya ehtiras və qəzəb əsarətində olan ağıl həqiqəti tapa bilməz. Batil dalğalarından azad olan düşüncə isə sapmalarla mübarizə gücünü əldə edir və tələbələr də bu gücü özlərində yaratmalıdır. Bu yol səmimiyyət, müqavimət və dərin görmə qabiliyyəti ilə haqqın batilə qalib gəlməsinə aparır.
Hövzə yolunun başlanğıcı gələcək uğurun təməli
Ayətullah Ərafi xüsusiylə qeyd etdi: Hövzə yolunun ilk ili və ilk günləri son dərəcə müəyyənedici əhəmiyyət kəsb edir. Əgər bu dövr proqramlı, diqqətli, həvəsli və gələcəyə ümidlə başlanarsa və davamlı səylə möhkəmləndirilsə, önümüzdəki yol açıq və uğurlu olacaq.
Möhkəm təməl hövzə uğurunun şərti
O əlavə etdi: Tələbəlik yolu yüksək məsuliyyət və müqəddəs bir yoldur. Bu yol möhkəm təməl tələb edir və başlanğıcdakı hər bir laqeydlik gələcək fəaliyyətin nəticəsinə təsir edə bilər. İşləri toplu şəkildə görmək düzgün deyil. Hər bir fərd öz yolunda ciddi, sadiq və tam diqqətlə hərəkət etməlidir.
İlahi elmlərin yüksək dəyəri
Ayətullah Ərafi vurğuladı: Hövzəni seçmək insanın inkişafı üçün ən üstün yoldur. İlahi elmlər ən yüksək biliklərdir, çünki onların təsiri yalnız dünya həyatına aid deyil, insanın əbədi səadətini hədəfləyir. Fiqh, kəlam, əxlaq və ilahi biliklər insanın əbədi həyatını istiqamətləndirir. Buna görə də, bilik və bacarıqlarınızı bu məqsədlərə çatmaq üçün istifadə edin.
Elmi Hövzələrin Ali Şurasının üzvü Usul Kafi kitabına istinad edərək dedi: Peyğəmbərimiz (s) buyurur: «رسول اللّه صلاللهعلیهوآله میفرمایند: إذا أرادَ اللّه ُ بعَبدٍ خَیرا فَقَّهَهُ فی الدِّینِ»
Əgər Allah bəndəsinə xeyir istəyirsə, onu din üzrə fəhiq və anlayışlı edər. Sizin hövzəyə gəlişiniz Allahın xeyir istəyi ilə bağlıdır və bu yol düzgün və dəyərli bir yoldur. Bu şərəfi qoruyun və heç nəyə dəyişməyin.
Hövzə kimliyinin üç əsas sütunu
Elmi Hövzələrin rektoru hövzə kimliyini üç əsas sahəyə ayırdı:
1. Bilik və maarif: Elmə və təhsilə diqqət hövzə fəaliyyətinin əsas sütunudur.
2. Nəfsin tərbiyəsi və mənəvi inkişaf: Ruhun və əxlaqın inkişafı olmadan hövzə fəaliyyəti tam sayılmaz.
3. İctimai və əxlaqi məsuliyyət: Başqalarına qarşı öhdəliklərin qorunması və cəmiyyətə xidmət hövzə həyatının ciddi prinsiplərindən biridir.
Ədəbiyyat və dil bacarıqlarının önəmi
Ayətullah Ərafi ərəb və fars ədəbiyyatının əhəmiyyətini vurğulayaraq dedi: Lüğət, sərf və nəhv, mənalar və ifadə bacarığı, hətta fars ədəbiyyatı sahəsində ciddi diqqət yetirilməlidir. Eyniylə ustad şəhid Mütəhərrinin dəfələrlə Gülüstan və Bustanı oxuması kimi, siz də bu bacarıqları elmi inkişaf yolunda ciddi şəkildə mənimsəməlisiniz.
Özünü idarəetmə və şəxsi planlaşdırma
O əlavə etdi: Gənc tələbələr yalnız hövzə proqramlarına bağlı qalmamalıdır. Ən yaxşı müəllimlər və idarəçilər məktəblərdə mövcuddur, lakin hər bir fərd özünün müəllimi və planlayıcısı olmalıdır. Yolunuzu özünüz mühəndislik edin və şəxsi səylərinizi unutmayın. Başqalarının laqeydliyi sizi məsuliyyət və çalışmaqdan saxlamamalıdır.
Ayətullah Ərafi davam etdi: Siz elmin və maarifin ən şərəfli yollarında addımlayırsınız. Bu yol gələcəyin ən böyük düşünürlərini və İslamın fəhiqlərini yetişdirməyə imkan verir. Özünüzü ucuz satmayın və hövzənin və İslam ümmətinin gələcəyi üçün ciddi çalışın.
Hövzənin və cəmiyyətin gələcəyi güclü alimlər və təbliğçilər tələb edir
Ayətullah Ərafi şəxsi idarəetmə, iradə və dini elmlərin təhsili yolunda planlaşdırmanın əhəmiyyətini vurğulayaraq dedi: Biz 1349-cu ildə hövzəyə daxil olduq, heç bir imkanın olmadığı bir dövrdə çoxlu dərsləri çətin şəraitdə, resurssuz öyrənirdik. Bugün isə əsas olan sizin özünüzü idarə etməyiniz, iradəniz və əzminizdir ki, gələcək yolunu açıq və uğurlu edə bilər.
Ali Şuranın üzvü əlavə etdi: Cəmiyyətin və dünyanın sonsuz şəkildə alimlərə, təbliğçilərə və görkəmli elmi şəxsiyyətlərə ehtiyacı vardır. Gələcək sizin iştirakınıza bağlıdır və hətta sizdən yüz dəfə artıq insan bu yolda olsa da, İslam İnqilabı və dünyanın çağdaş ehtiyaclarını tam qarşılaya bilməyəcək. Bu məsuliyyət bizi mövcud boşluqları nəzərə alaraq motivasiyamızı artırmağa və sistemə, inqilaba xidmətimizi gücləndirməyə məcbur edir.
Bu əhdə sadiq qalmağa qərar verin
Ayətullah Ərafi tələbələrə xitabən bildirdi: Səy və əzmkarlıq, sizin, İranın və dünyanın gələcəyini müəyyən edir. Siz elə bir şəhərdə təhsil alırsınız ki, İmam Xomeyni (r) oradan qalxdı və İslam İnqilabı məhz bu şəhərdən başladı. Qumun böyük elmi və mənəvi imkanları Həzrət Məsumə (s) müqəddəs ziyarətgahı, imamzadələr və böyük alimlər insan yetişdirməli və gələcəyin sonsuz ehtiyaclarını təmin etməlidir.
Elmi Hövzələrin rektoru çıxışını belə tamamladı: Qum və bütün ölkədən yeni daxil olan tələbələri təbrik edirəm. Hövzəyə gəlişiniz İmam Zaman (ə.f) ilə ilahi bir əlaqədir. Qərar verin ki, bu əhdə sadiq qalacaq və elmi-mənəvi inkişaf yolunda möhkəm addımlayacaqsınız. Hər birinizə parlaq, uğurlu və şanlı bir gələcək arzulayıram.
Xəbərin sonu
Rəyiniz