çərşənbə 24 dekabr 2025 - 15:15
Qəzəb zamanı verilən tərbiyə, tərbiyə metodu deyil

Hövzə /Qəzəb zamanı verilən tərbiyə, həqiqi tərbiyə deyil.Çünki nəzarətsiz insan bəzən əxlaq həddini aşar. Qəzəb tərbiyənin əsasını təşkil edən iffət və təmkini məhv edir və nəticədə yalnız müqavimət və əks təsir yaranır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, özünü nəzarətdə saxlamaq uşağın tərbiyəsində əsas şərtdir.Nəzarətsizlikdən başqa nəticə gətirmir, yalnız zərər verir.

Siz qəzəbli halda tərbiyə etməyə çalışdığınız zaman istənilən nəticə əldə olunmaya bilər, hətta əks təsir də yarana bilər. Qəzəb içində tərbiyə, əslində tərbiyə sayılmır. İnsan qəzəbli halda tərbiyə vermək istədikdə özünü kontrol edə bilmədiyi üçün hərəkətləri hədd tanımaya bilər və əxlaq həddini poza bilər.

Başqa sözlə desək, qəzəbli halda kimisə tərbiyə etməyə çalışdığımız zaman o, bizimlə müqavimət göstərəcək və bu məhz əxlaq həddinin pozulması deməkdir. Tərbiyənin əsasını təşkil edən iffət və təmkin pozulduqda isə nəticə əks təsir yaradır.

Mənbə: Hacı Ağa Müctəba Tehrani, Tərbiyyəte fərzənd, səh. 116

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha