bazar ertəsi 5 yanvar 2026 - 14:34
İranlıların milli mənsubiyyəti Əmirəl-möminin Əlinin (ə) və İmam Hüseynin (ə) məhəbbətindən qaynaqlanır

Ayətullah Əraki “İmanın Əzəməti” adlı milli mərasimində çıxış edərək vurğulayıb ki, iranlıların kimliyi Əhli-beytə (ə) bağlılıqla formalaşmışdır. O, bu kimliyin əsas göstəricisinin müqavimət olduğunu qeyd edərək və əlavə edib: Məhz bu kimlik Sərdar Süleymaniləri yetişdirir və milləti qüdrət və müstəqillik yolunda qoruyur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə Höccətül-İslam Möhsün Əraki “İmanın Əzəməti” adlı 2026-cı il etikaf mərasimində, həmçinin şəhid Sərdar Hacı Qasim Süleymani və müqavimət şəhidlərinin anım mərasimi zamanı, etikaf saxlayanlarla birlikdə Qum şəhərindəki İmam Həsən Əskəri (ə) məscidində çıxış edərək bildirib ki, kimlik bir millətin şərəf və ya rüsvayçılıq mənbəyidir. O, kimliyin millətlər üçün taleyüklü roluna diqqət çəkərək qeyd edib: Hər bir cəmiyyət öz kimliyi ilə tanınır və məhz bu kimlik bir millətin şərəf, müstəqillik və ya rüsvayçılıq səbəbidir.
Dini təhsil mərkəzlərinin Ali Şurasının üzvü olaraq o əlavə edib ki, “iranlı olmaq” yalnız coğrafi bir ad deyil. İranlıların kimliyi tarixin hər dövründə İmam Hüseyn (ə), Əmirəl-möminin Əli (ə) və Əhli-beyt (ə) mədəniyyəti ilə dərin əlaqəyə əsaslanmışdır və məhz bu bağlılıq həmin kimliyin əsas göstəricisini formalaşdırır.

Elmi Məsləhət Şurasının üzvü Ayətullah Əraki vurğulayıb ki, müqavimət bu kimliyin ən önəmli göstəricisidir. O qeyd edib ki, dini məntiq baxımından müqavimət haqların müdafiəsi və zülmə qarşı dayanmaq deməkdir. Məqsəd isə Allahın dinini qorumaq, tövhid bayrağını yüksəltmək və insanların taleyini zülmün hökmranlığından müdafiə etməkdir.

O, Qurani-Kərimdə iman yolu ilə bağlı öyrədilmiş nüanslara da diqqət çəkib: Quran belə bir yolu tanıdır ki, imtahan və çətinliklər onu zəiflətmir, əksinə daha da güclü və möhkəm edir.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü olaraq  Ayətullah  Əraki qeyd edib ki, düşmənlər hər zaman bütün güclərini səfərbər edərək müqavimət cəbhəsini zəiflətməyə çalışıblar, lakin tarixi təcrübə göstərir ki, düşmən nə qədər təzyiq, hədələmə və sui-qəsd artsa da, müqavimət cəbhəsi geri çəkilməyib və Allaha etimadla daha qüdrətli şəkildə ortaya çıxıb.
Ali Məsləhət Şurasının üzvü İmam Əlinin (ə) timsalında möhkəm iradə ruhuna diqqət çəkərək bildirib: Son nəfəsə qədər dayanaraq müqavimət göstərmək Əhli-beytin əsas xüsusiyyətlərindəndir. İslam tarixində Əbülfəzil Əbbası (ə) bunun aydın nümunəsi kimi göstərmək olar.

O əlavə edib: Eyni ruhiyyə müasir dövrdə də davam edir və əgər Sərdar Süleymani kimi komandirlər şəhid olsalar belə, müqavimət yolu dayanmır. Çünki bu yol, müəyyən kimliyə malik bir millətin yoludur.
Qum Elmi Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü vurğulayıb ki, şiəlik kimliyi yalnız hərbi sahə ilə məhdudlaşmır. Bu kimlik bütün sahələrdə elm və tərəqqidən tutmuş iqtisadiyyat, siyasət və sosial idarəçiliyə qədər özünü göstərir.

O, İranın zəif və təsir altına düşdüyü dövr təcrübəsinə işarə edərək deyib: Hər dəfə Əli (ə) məktəbinin ideologiyasından uzaqlaşanda, ölkə zəifləyir və asılı vəziyyətə düşürdü. Lakin bu kimliyə qayıdış, İranı müstəqil, müqavimətli və təsirli ölkəyə çevirir.

Ayətullah Əraki qeyd edib: İranlıların Əhli-beyt (ə) irsi əsasında formalaşan kimliyinin təhlili strateji zərurətdir və bütün qələm sahibləri, jurnalistlər və media bununla bağlı məsuliyyətlərini yerinə yetirməlidirlər. Çünki bu kimlik olmadan milli həmrəylik və güc zədələnir.

O, çıxışının başqa bir hissəsində etikafın mövqeyinə diqqət çəkərək onu əsil vilayət prinsipinə sadiq və imamla yenidən bağlanma imkanı kimi dəyərləndirib. Etikaf iranlıların kimliyinin göstəricisidir. Əgər bu millətdən Əhli-beyt (ə) irsi əsasında formalaşan kimliyi alınarsa, düşmən qarşısında dayanmaq üçün heç nə qalmayacaqdır. Biz məscidlərdə ona görə etikaf saxlayırıq ki, imam Əlinin (ə) namaz qıldığı məkanda gündəlik həyatın çirkablarından təmizlənək və Əhli-beytə (ə) yaxınlaşaq. Bu ilahi vəzifə bizə öz vilayət və Əhli-beyt (ə) irsi əsasında formalaşan kimliyimizi qoruyub saxlamağa kömək edir.

Ayətullah Əraki çıxışını belə yekunlaşdırıb: İran millətinin vilayət yolunda möhkəm dayanması üçün dua edirəm. Millətimiz vilayətçi millətidir və düşmənlər heç vaxt bu əsil kimliyi ondan ala bilməyəcəklər.

Mərasimin sonunda isə həzrət Zeynəbin (s) müqəddəs hərəmini müdafiə edən  şəhidlərin valideynləri təltif olunaraq yüksək ehtiramla yad edildi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha