bazar ertəsi 26 yanvar 2026 - 00:41
Müasir dünyanın və ortaya çıxan yeni məsələlərin araşdırılması əsas vəzifəmizdir / Elmi hövzə müasir dövrdə İslam dininin düşüncə və təfəkkürünün əsasıdır

Ayətullah Ərafi vurğulayıb: Müasir dünyanın və ortaya çıxan yeni məsələlərin araşdırılması bizim əsas vəzifəmizdir. Bu məsələlər araşdırılmadan heç bir təsirli və səmərəli addımın atılması mümkün olmayacaqdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, hövzə tədqiqat mərkəzinin rəhbər və digər üzvləri ilə görüşdə mübarək Şaban ayının xüsusi mənəvi fəzilətlərinə və zənginliklərinə diqqət çəkərək bildirib: Allah Təala bütün möminlərə bu ayın fəzilətlərindən Allah dərgahına yaxınlaşmaq, İranda o cümlədən bütün dünyada din maarifinin təbliği istiqamətində daha böyük addımlar atmaq üçün faydalanmaq imkanı nəsib etsin.

Şaban ayına məxsus münacat və salavat Allah dərgahına yaxınlaşmaq üçün mühüm amildir

Elmi hövzələrin rektoru bu ayda “tövhid” və “vilayətin" iki əsas əhəmiyyətini vurğulayaraq qeyd edib: Şabaniyyə münacatı və salavatı bir yerdə Allah yolunda səy və Allah dərgahına yaxınlaşma üçün rahat və açıq bir yolun olmasını təmin edir.
Ayətullah Ərafi Şaban ayının dualarını ən yüksək əsl tövhid düşüncəsinin və Allah yolunda səy göstərməyin əks etdiricisi kimi qiymətləndirərək, bu duaların mənasının böyük və geniş olduğunu qeyd edib. Bu dualarda son dərəcə mürəkkəb və cəlbedici bir dünya gizlənib.

Ayətullah Ərafi dualarda “إِلَهِی” (İləhi) ifadəsinin qırxdan çox təkrarlanmasına diqqət çəkərək bildirib: Bu, Allah yolunda seyri-süluk üçün bir qapı açır. Şaban ayına məxsus dualar süluk və mənəviyyat yolunun təsviridir. Başlanğıc nöqtəsi, atılan addım, gedilən mənəvi mərtəbələr və insanı hidayətə yönəldən zirvələri göstərir. Hər dəfə “إِلَهِی” ifadəsinə diqqət yetirilərək, insanın özünü tanıması, Allah dərgahına yaxınlaşması və tövhidi möhkəmləndirməsi istiqamətində böyük bir addım atılır.

Şabaniyyə münacatı və salavatı Allaha dərgahına yaxınlaşmaq üçün böyük vasitədir 

Elmi hövzələrin rektoru qeyd edib: Şabaniyyə münacatı və salavatı Allaha dərgahına yaxınlaşmaq üçün böyük vasitədir. Şabaniyyə  salavatında “risalət və vilayət tanıma” dövrü əhatə olunur ki, bu da dualardakı əsl tövhid baxışı ilə tamamlanır.

Ayətullah Ərafi qeyd edib ki, yalnız özümüz savab qazanmaq üçün bu böyük nemətlərdən istifadə etməyək, əksinə digərlərinə bu yolda vasitə olub yol göstərmək özüdə böyük savabdır. Elmi Hövzələrin bütün varlıq fəlsəfəsi bu həqiqi və düzgün maarifləri cəmiyyətə ötürməkdir və təhqiqat mərkəzinin əməkdaşları da hövzənin bu dəyərli təşəbbüsünün həyata keçirilməsində əsas vasitələrdən biridir.

Müasir dünyanın dəqiq tanınmasının zəruriliyi

Ayətullah Ərafi beynəlxalq səviyyədə baş verən böyük və heyrətamiz proses və gedişatlara diqqət çəkərək bildirib: Müasir dünya o cümlədən son iki ildə gördüyümüz şərait, keçmişdən əsaslı şəkildə fərqləndiyini göstərir və bu dəyişikliklərin içərisində həm böyük imkanlar, həm də son dərəcə ciddi və genişmiqyaslı təhdidlər gizlənib ki, bunlar elmi hövzə və digər aidiyyəti qurumlar tərəfindən araşdırılması lazımdır.

Belə bir şəraitdə imkan və çətinliklərin həmçinin təhdid, vəzifə və missiyaların müəyyənləşdirilməsi gərəkdir

Elmi hövzələrin Ali Şurasının üzvü bildirib ki, belə bir şəraitdə imkan və çətinliklərin həmçinin təhdid, vəzifə və missiyaların müəyyənləşdirilməsi zəruridir. O, son hadisələr ilə bağlı öz təhlillərini paylaşaraq qeyd edib: İki il öncə baş verən hadisələrin ilkin mərhələlərində müxtəlif məclislərdə təqdim etdiyim təhlillərdə vurğulamışam ki, yeni bir dalğa meydana gəlib, bu dalğa əvvəlki bütün dalğalardan fərqlidir və son dərəcə ağırdır. Bu proses davam edəcək və inqilab, elmi hövzələr və dinin əsasları bu vəziyyətə tam hazır olmalıdır.

Ayətullah Ərafi vurğulayıb ki, hazırkı hadisə və məsələlər o cümlədən müharibə, iğtişaşlar və daha əsaslı problemlər, keçmiş dövrlərlə müqayisə oluna bilməz. O qeyd edib: Bu şərait bütün keçmiş dövrlərdən fərqlidir və son dərəcə ağırdır. Mən gənclik dövrümdən bəri inqilab məsələlərində iştirak etmişəm və indiki vəziyyətin bütün keçmiş dövrlərdən fərqli olduğunun şahidi oluram. Əlbəttə, bu təhdidlərə baxmayaraq, böyük imkanların mövcudluğuna ümidliyəm, lakin təhdid və çətinliklərin miqyasını kiçiltmirəm.

Elmi hövzələr: Müasir dövrdə İslam dininin verdiyi düşüncə və təfəkkürün əhəmiyyəti 

Elmi hövzələrin rektoru dini qurumların üzərinə son dərəcə ağır və məsuliyyətli vəzifələr düşdüyünü vurğulayaraq qeyd edib: Bizim vəzifəmiz din üçün çalışmaqdır. Elmi hövzələr müasir dünyada İslam və inqilab düşüncəsinin əsas rolunu yerinə yetirməlidir.

Qəyyumlar Şurasının üzvü vurğulayıb: Müasir dünyanın və ortaya çıxan yeni məsələlərin araşdırılması bizim əsas vəzifəmizdir. Bu məsələlər araşdırılmadan heç bir təsirli və səmərəli addımın atılması mümkün olmayacaqdır.

Dindarların cəmiyyətlə davamlı şəkildə əlaqəsinin əhəmiyyəti

Ayətullah Ərafi dini qurumların və ruhaniyyətin cəmiyyətlə davamlı əlaqəsinin əhəmiyyətini vurğulayaraq bildirib: Elmi hövzələr və ruhaniyyət bu gün həm İslam İnqilabının bərəkəti sayəsində tarixi imkanlarla, həm də bu qurumların işini çətinləşdirən maneələr ilə
üz-üzədir.

O əlavə edib: Bu məsələnin dəqiq öyrənilməsi və onun üçün həlli yollarının təqdim edilməsi son dərəcə vacib və böyük əhəmiyyət kəsb edən məsələdir ki, tədqiqat mərkəzləri buna daha ciddi şəkildə yanaşmalıdır. İndiyə qədər görülən tədbirlər kifayət etməyib və daha dəqiq və dərin iş tələb olunur. Bu, həm ümumi ictimai səviyyədə, xüsusilə gənc nəsil arasında, həm də intellektual və akademik mühitdə tətbiq edilməlidir. Ölkə daxilində olduğu kimi, xaricdəki dindarların bizim haqqımızda hansı baxışa malik olduqlarını və onların zehnində hansı məsələlərin mövcud olduğunu da nəzərə almaq vacibdir.

Elmi hövzələr beynəlxalq tədqiqat sahəsində öz mövqeyini tanımalıdır

Ayətullah Ərafi beynəlxalq səviyyədə hövzənin öz mövqeyini tanımağın zəruriliyini vurğulayaraq qeyd edib: Dünyanın bizə necə baxdığını və beynəlxalq düşüncə sahəsində tam olaraq hansı mövqedə olduğumuzu bilməliyik. Bu mövqenin dəqiq tanınması hövzənin gələcək strategiyası və təsirli fəaliyyəti üçün vacibdir.

Elmi hövzələrin rektoru qlobal elm və düşüncə sahəsində olan vəziyyətə diqqət çəkərək bildirib: Bizim öz mövqeyimizə diqqət yetirmək və onu inkişaf etdirmək çox vacib bir istiqamətdir ki, tədqiqat mərkəzləri və müxtəlif şöbələr bu sahələrdə daha fəal fəaliyyət göstərsinlər.

Mütəxəssislər ilə əlaqə möhkəmləndirilməlidir

Ayətullah Ərafi mütəxəssislərlə əlaqə qurmağın əhəmiyyətini önə çəkərək bildirib: Mütəxəssislərin fikirini dinləmək son dərəcə vacibdir. Xoşbəxtlikdən, bu iş tədqiqat mərkəzində başlanıb və yaxşı tədbirlər həyata keçirilib. Fikir təhlili, toplanması və ideya bazasının yaradılması da mərkəzin diqqət etdiyi məsələlərdəndir. Bu ideya bazası nə qədər güclü olarsa, işlərin səmərəliliyi, dəqiq məlumat verilməsi və cəmiyyətdə inkişaf etmək üçün ümidin yaradılması bir o qədər artacaq.

Bütün potensiallardan istifadə etməyin zəruriliyi

Ayətullah Ərafi mövcud bütün potensiallardan istifadə edilməsinin vacibliyini vurğulayaraq bildirib: Təbii ki, tədqiqat mərkəzlərinin yüzlərlə məsələsi var və məhdud imkanları ilə bunların hər birini ayrıca araşdırıb nəticəyə çatdıra bilməzlər. Buna görə də tədbir görülməlidir ki, tədqiqat imkanları genişlənsin və daha çox şəbəkə yaradılsın. Belə şəbəkələr məsələləri toplamaq və idarə etmək qabiliyyətinə malik olmalıdır.

Elmi hövzələrin Ali Şurasının üzvü əlavə edib: Məsələlərin həlli üçün şəbəkələşmə və zəncirvari sistemi potensiallarının formalaşdırılması çox vacibdir və bu, düşüncə mərkəzləri və tədqiqat sistemində reallaşdırılmalıdır.

“Danışıq” və “diskurs yaratmağın” əhəmiyyəti

Ayətullah Ərafi, həyata keçirilmiş və ya həyata keçirilməkdə olan tədbirlər ətrafında “danışıq” və “diskurs yaratmağın” əhəmiyyətini vurğulayaraq bildirib: Diskurs yaratmaq son dərəcədə böyük əhəmiyyət daşıyır.

Elmi hövzələrin rektoru bir çox vacib və strateji məsələni diqqətə çatdıraraq qeyd edib: Süni intellekt və koqnitiv elmlər mövzusu, bütün sistemlərimizi dəyişdirib və çox fərqli formalar yaradır. Süni intellekt kimi texnologiyalar artıq sadə alətlər və vasitələr deyil. Bu texnologiyalar indi insanla tərəfdaşdır və daha yüksək sürətlə bir çox sahələrdə insandan da irəlidədir.

Ayətullah Ərafi bu inkişafların bir çox konsepsiyamızı dəyişikliyə və qeyri-sabitliyə məruz qoyduğunu vurğulayaraq qeyd edib: Bu fenomenlərlə üzləşməyə hazırlıq böyük əhəmiyyət daşıyır və məncə, bu sahədə daha ciddi və geniş işlər görməliyik ki, bu böyük dəyişikliklərin yaratdığı çətinliklər və imkanları idarə edə bilək.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha