şənbə 31 yanvar 2026 - 21:25
Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Hövzə / Elmi Hövzələrin rektoru elmi hövzənin kimliyi və varlıq fəlsəfəsinin məhdəviyyət və dinamik intizar dəyərləri ilə sıx əlaqədə olduğunu vurğulayaraq dedi: Məhz bu fundamental əlaqə şiə elmi hövzəsini dünyanın digər elmi və dini mərkəzlərindən fərqləndirmiş və İslam sivilizasiyasının quruculuq yolunun davam etdirilməsində hövzə tələbələri və elmi təbəqənin üzərinə ağır tarixi məsuliyyət qoymuşdur.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi Qum şəhərində Yavərane Məhdi (ə.f) kompleksində keçirilən Elmi Hövzələrin IX elmi müsabiqəsinin yekun konfransında çıxış edərək Qum elmi hövzəsinin tarixi və sivilizasiya baxımından tutduğu mövqeyə diqqət çəkərək vurğulayıb: Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla dərin əlaqədə formalaşıb və məhz bu əsaslı əlaqə elmi hövzəni dünyanın digər elmi və dini mərkəzlərindən fərqləndirir.
Elmi hövzələrin rektoru Şaban ayının mübarək günlərini yad edərək, həmçinin mübarək Ramazan ayının astanasında bu iki ayı “Allaha doğru mənəvi yolçuluq və mənəvi yüksəlişə hazırlıq üçün bənzərsiz fürsət” adlandıraraq əlavə etdi: Şaban ayı mənəviyyat zirvələrinə yetişmək, Ramazan ayı isə xüsusi olaraq siz tələbə və ziyalılar üçün ruhiyyə və mənəviyyatın əldə edilməsi ayıdır.

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Qum elmi hövzəsinin banisi olan Hairi Yəzdinin (r) vəfatının ildönümü şiə tarixinin mühüm nöqtəsidir

Ölkə üzrə elmi hövzələrinin rektoru bu mərasimin Qum elmi hövzəsinin banisi olan mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi Yəzdinin (r) vəfatının ildönümü ilə eyni vaxta düşməsinə toxunaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin “öncül və qabaqcıl hövzə” haqqında bəyanatından bəzi nüansları qeyd edərək deyib: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qum elmi hövzəsinin təsis edilməsini İranın dini tarixində ən qaranlıq gecələrdə bir ulduzun doğuşu kimi təsvir etmişdir. O zaman Rza Xan diktaturasının bütün gücü ilə din və ruhaniyyətin yox edilməsinə çalışdığı dövrdür.

Ayətullah Ərafi əlavə edib: Ayətullah Hairinin  (r) böyük sənəti canlı, dinamik və sivilizasiya yaradan bir institut yaratmaq olmuşdur. Bu məktəb ağır təzyiqlərə baxmayaraq İmam Xomeyni (r) kimi dahi bir şəxsiyyət yetişdirərək İranın və İslam dünyasının tarixini dəyişdirmişdir.

Elmi Hövzə böyük bir əmanətdir

O, elmi müsabiqədə iştirak edən tələbələr və elmi elita üzvlərinə müraciət edərək vurğulayıb: Elmi hövzə bu gün sizin üzərinə qoyulmuş böyük bir əmanətdir və bu tarixi və sivilizasiya yolunun davam etdirilməsi məsuliyyəti, hər zamankındən daha çox, hövzənin gənc və istedadlı nəsli üzərindədir.

Şiə düşüncəsində məhdəviyyət nəzəriyyəsinin izahı

Ölkə üzrə elmi hövzələrinin rektoru məhdəviyyət mövqeyini izah edərək “məhdəviyyətin beş əsas dairəsini” açıqlayaraq deyib: İnsanlığın gələcəyinə ümidlə baxmaq, fitri və insan təbiətinə aid bir kökdür, bu, dinlərdə, xüsusən təkallahlı dinlərdə və sonra İslamda daha aydın və dərin şəkildə təzahür etmişdir.

O əlavə edib: Şiə məzhəbində məhdəviyyət ən yüksək şəxsiyyət və konkretlik səviyyəsinə çatır. Çünki bu fikir yalnız tarixi bir vəd deyil, eyni zamanda hazırda aramızda yaşayan imamın varlığına əsaslanır. Hərçənd müəyyən səbəblərdən gizlili olsa da, yaradılış və qanunvericilik aləmində təsir göstərir və rəhbərlik edir.

Ayətullah Ərafi qeyd edib: Şiə düşüncəsində məhdəviyyət insanlığın gələcəyi və son sivilizasiyası üçün aydın yol xəritəsinə malikdir və ən önəmlisi, dinamik intizar anlayışı ilə bağlıdır. Bu intizar bütün dövrlərdə möminlərin fərdi və ictimai həyatını yönləndirən ruhdur.

Elmi hövzənin dünyadakı digər elmi mərkəzlərdən fərqi

Elmi Hövzələrin Ali Şurasının üzvü dünyada çox sayda elmi və dini mərkəzlərin mövcud olduğunu bildirərək əlavə edib: Şiə elmi hövzəsini bütün bu mərkəzlərdən fərqləndirən onun məhdəviyyət və intizara dərindən bağlanmasıdır. Hövzədə təhsil almaq, araşdırmaq, dərs keçmək, təbliğ etmək və hətta elmi müsabiqələr təşkil etmək də bu ilahi rəhbərlik və hidayət mərkəzi ilə əlaqənin bir ifadəsidir.

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Elit zərərlər barədə xəbərdarlıq

Ölkə üzrə Elmi Hövzələrin rektoru hövzə elitasının mövqeyinə toxunaraq, istedadın risklərinə diqqət çəkərək deyib: Əgər istedad və bacarıq davamlı elmə, mənəvi paklığ və fədakarlığa söykənməzsə, bu, özünü üstün görmə, laqeydlik, tələskənlik və zəif işçilik kimi mənfi nəticələrə yol aça bilər.

Elmi Hövzələrin Ali Şurasının üzvü əlavə edib: Dahi istedad davamlı zəhmət və çalışmanı əvəz edə bilməz. Gənc tələbələr öz gənclik illərini elm və düşüncəyə tam sərf etməlidirlər.

İslam İnqilabı: Qərb intelektual nizamına meydan oxuyan bir sivilizasiya çağırışı

Ayətullah Ərafi İslam İnqilabını yalnız siyasi bir dəyişiklik kimi görmədiyini bildirərək və deyib: İslam İnqilabı, dünya fəlsəfi, biliyə əsaslanan və sivilizasiya müstəvisindəki tarazlıqları sınağa çəkdi və Qərb müasir sivilizasiyasının məntiqinə qarşı yeni bir düşüncə təqdim etdi. Bu düşüncə bu gün öz qlobal və fitri potensialına görə geniş təzyiq və düşmənçiliklə üzləşir.

O əlavə edib: İslam İnqilabı dünya düşüncə mövqelərini ələ keçirmək gücünə malikdir və məhz bu güc, təkəbbürlü qüvvələr üçün qorxu mənbəyidir.

Hövzənin xalq, inqilab və İslam İnqilabının Ali Məqamlı Rəhbərinə birgə dəstəyi

Ayətullah Ərafi hövzənin mövqelərinin açıq və vahid olduğunu vurğulayaraq deyib: Elmi hövzə bütün səviyyələrdə xalqın yanında, İslam İnqilabının müdafiəçisi və Ali Məqamlı Rəhbərin qəti dəstəkçisidir. Təhdid, təzyiq və fitnələr qarşısında isə İslam prinsipləri, dini demokratiya və ölkənin müstəqilliyi yolunda möhkəm dayanacaqdır.

O, yekunda qeyd edib: İran xalqı və onun gəncləri ilahi və inqilabçı idealların müdafiəsinə hazırdırlar. Düşmənlər bilsinlər ki, bu xalq öz haqq və əsas mövqelərindən geri çəkilməyəcəkdir.

Xəbərin sonu

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Elmi hövzənin mahiyyəti və əsas fəlsəfəsi məhdəviyyət və dinamik intizarla bağlıdır

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha