Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Livan Müsəlman Alimləri Birliyinin sədri Şeyx Qazi Yusif Həninə düşmənin son hücumlarına münasibət bildirərək bəyan etmişdir ki, ABŞ və sionist rejimin törətdiyi son təxribatlar nəticəsində Ayətullah Seyid Əli Xameneinin şəhid olması planı İran xalqının və müqavimət xəttinin davamçılarının iradəsini sarsıtmaq idi. Amma ABŞ və İsrailin bu planları xam xəyallardan başqa bir şey deyildir.
O vurğulamışdır ki, İran xalqı «zillət bizdən uzaqdır » şüarı ilə tanınır və zalım düşmənə qarşı müqavimət göstərmək özüdə qaçılmazdır.
Şeyx Həninə rəsmi mövqeyini belə ifadə edərək bildirib: Biz harada olmağımızdan asılı olmayaraq bir müsəlman, müqavimətçi və azad insanlar olaraq bu zalım sionist rejim və Amerikaya qarşı mübarizənin zəruri olduğunu, onun qüdrətinin sarsıdılmasının vacibliyini və müqəddəs dəyərlərimizi, eləcə də xalq və İslam ümmətini müdafiə etmək üçün ümumi səfərbərliyin elan edilməsinin qaçılmaz olduğunu bəyan edirik. Bu istiqamətdə İran İslam Respublikasına yardım və onları dəstəkləmək, habelə ümmətin övladlarını və dünya azadlıqlarını müdafiə etməyə çalışan bu dövlətin qorunması mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ümumi səfərbərliyin elan edilməsi dini bir vəzifə, eləcə də Allah yolunda cihad və xalqların iradə və suverenliyini əlindən almağa yönəlmiş işğalçılığa qarşı müdafiə formasıdır.
Bu bəyanat ümumdünya assambleyasının rəsmi internet səhifəsində dərc edilmişdir.
Rəyiniz