Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İran xalqına iranlıların Milli Müdafiə Gününün 30-cu ildönümü münasibətilə verdiyi bəyanatda bildirib: Ramazan ayında baş vermiş müharibənin 30 günü ötüb. Qüdrətli İran xalqı artıq sizin vətəni qorumaq və digər sahələrdə vətənə sadiq müdafiədə sərgilədiyiniz qəhrəmanlıq və möhkəm iradə ilə ilk dəfə meydanlarda iştirakınızın bir ayı tamam oldu. 30 gündür ki, şöhrət, şərəf, qürur və həmçinin böyük İran tarixinin möhtəşəmliyi, eləcədə 30 gün milli və vətənpərvər dastanların şöhrəti nümayiş olunur. Bu 30 günlük iştirak yalnız Silahlı Qüvvələrdə döyüşənləri dəstəkləməklə məhdudlaşmayıb, eyni zamanda düşmənlə birbaşa döyüş meydanında və qarşıdurmada iştirak deməkdir.
Bu 30 gecə ərzində meydanlar İran xalqının sosial gücünün təzahürününün əks olunduğu güzgü oldu. Heç vaxt məğlub olmayan, dözümlü və zorakılığa boyun əyməyən bir millət olaraq, şəhid Ayətullah Seyid Əli Xameneinin “مثلی لایبایع مثل یزید (Mən Yezid kimi biri ilə beyət etmərəm)” şüarını səsləndirdi. Düşmən isə bilmirdi ki, meydanlar böyük xalqımızın tarix boyu cinayətkarlarla üz-üzə duran geniş cəbhəsidir.
İndi düşmən bu gücü anladı və meydanlarda baş verənlərə görə əsəbi və çaşqınlıq içindədir. Bu çaşqınlığın sonu yoxdur, çünki siz, xalq olaraq, misilsizsiniz.
İran xalqı “Müqəddəs Birlik Gecələri”ndə əziz rəhbərimiz Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə beyət etdi.
Bu 30 gecə boyunca bir yerdə dayanaraq, birlikdə bütöv bir İran oldunuz, rəşadətli xalq oldunuz. Bu 30 gecə şəhid rəhbərimiz Seyid Əli Xamenei üçün matəm saxlayaraq, lənətlənmiş düşmən qarşısında “هیهات منا الذله (Zillət bizdən uzaqdır )” şüarını səsləndirdiniz. “نه سازش، نه تسلیم، نبرد با آمریکا (Heç bir razılaşma, heç bir təslim olmadan ABŞ-la mübarizə)” şüarı ilə raketlərə güc verdiniz və bəlkə də özünüz düşmənin üzərinə bir raket qüvvəsi kimi endiniz.
Qədr gecələrində Allahdan mərhəmət, bağışlanma və qələbə diləyərək Allahın dəyişməz qüdrəti qarşısında təslim olaraq maddi güclərin qarşısında boyun əyməmək bacarığını qazandınız.
Bu gecələrdə şəhid rəhbərimiz Seyid Əli Xameneini xatırladığımız üçün “Müqəddəs Birlik Gecələri” adlandırmaq olar. Eləcədə əziz rəhbərimiz həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə beyət etdiniz. Bu beyət öz növbəsində yüksək səviyyəli və coşqulu bir beyət idi. Şəhid Ayətullah Seyid Əli Xameneinin itkisinə görə böyük kədərinizi düşmənə qarşı qəzəb və İmam Zamanın (ə.f) naibi qarşısında sədaqətə çevirdiniz.
Böyük generallar, şücaətli komandanlar, Minab şəhərinin məsumları və adı məlum olmayan cihadçılar üçün matəm saxlayaraq kədərləndiniz. Bütün cəbhələrdə canlarını qurban verən döyüşçülərin arxa dayağı oldunuz.
Düşmənin ölkəni parçalamaq üçün düşündüyünün əksinə, böyük İran xalqı 90 milyon canla bir bədən oldu.
Böyük İran xalqı! Siz “Ey İran” mahnısını oxuduğunuz zaman İranın canı və ruhu oldunuz. “ Zərbə vur ki, yaxşı vurursan ” şüarını səsləndirdiyiniz zaman qəhrəmanlıq nümayiş etdirdiniz. “الله اکبر (Allah böyükdür)” şüarı ilə vətənimizin gücünü nümayiş etdirdiniz, Qüds günündə isə İranın səsinin gücünü dünyaya çatdırdınız. “حسبی الله (Allah mənə kifayət edir dir)” şüarı ilə təvəkkül gücünüzü ifadə etdiniz.
Siz həqiqətən İmam Hüseynin (ə) xalqısınız. Bir-birinizin kədərini bölüşürsünüz, bir-birinizə yardım etməkdə gecikmir, imkanınızı başqaları ilə bölüşür və eləcədə heç bir fədakarlıqdanda çəkinmirsiniz. İmam Hüseynə (ə) aşiq olan və aşura ruhunu ürəyində yaşadan belə bir xalq, onun dəyərlərinə layiqdir.
Düşmən hesab edirdi ki, cəmiyyət müharibədən sonra parçalanacaq və qarşı-qarşıya duracaq, amma böyük İran xalqı 90 milyon canla bir bədən olaraq düşmənin proqnozunun əksinə daha da birləşmişdi. Bu birlik o qədər möhtəşəm və gözəl oldu ki, İranı müdafiə zamanı tərəddüd edənlərin tərəddüdü aradan qalxdı və düşmənin sui-qəsdi özünə qayıtdı.
Bu gün sənətkar, idmançı, döyüşçü, işçi və müəllim hamısı bir səsdə İranı çağırır və kollektiv müqavimətlərini cinayətkar düşmən qarşısında nümayiş etdirirlər. Rəşadətli İran xalqı müxtəlif meyllərinə baxmayaraq həmrəylik edərək milli müdafiəni formalaşdırdı. Bu böyük millətə hörmətlə yanaşıram.
Tramp İslam Respublikasının dağılmasını planlaşdırırdı, amma Ramazan ayında baş vermiş müharibədən əvvəl açıq olan bir boğazı yenidən açmaq onun əməliyyat arzusu halına gəldi.
İndi Ramazan ayında baş vermiş müharibə ən həssas mərhələlərdədir. Bizim hava, dəniz və raket qüvvələrimizi məhv etdiyini iddia edən və İslam Respublikasının dağılmasını planlaşdıran düşmən indi Hörmüz boğazının açılmasını hədəf götürüb. Ramazan ayında baş vermiş müharibədən əvvəl açıq olan boğaz Tramp üçün əməliyyat arzusu halına gəlib.
Tramp Avropa ölkələrini müşayiət etməkdə acizdir. Enerji bazarı nəzarətdən çıxıb və ərzaq inflyasiyası yaxınlaşır. ABŞ-ın gücünü nümayiş etdirən F-35-lərdən tutmuş uçuşda daşıyıcı gəmilərə və regiondakı hərbi bazalara qədər böyük zərbələr alıb. Rejimə dəymələr dəqiq, təsirli və dağıdıcıdır. Rejimə endirilən zərbələr dəqiq, təsirli və dağıdıcıdır.
Livanın Hizbullah təşkilatı daim silahsızlandırılmaqla hədələnirdi, lakin bu gün müqavimətin vacib və təsirli bir hissəsidir və lənətli rejimi çətin vəziyyətə salıb. İraq müqaviməti cəsarətlə döyüşür və düşməni təəccübləndirib. Yəmənin Ənsarullah təşkilatı isə öz növbəsində müqavimət cəbhəsinə yeni nəfəs gətirib və gözlənilməz əməliyyatlar üçün hazırdır.
Bu, müqavimət cəbhəsinin bütün dünya zalımları qarşısındakı qüdrət və böyüklüyüdür. Tramp dünya miqyasında məqsədsiz müharibə başlatmaqda ittiham olunub və ictimaiyyətə heç bir cavabı yoxdur. Müharibənin gətirdiyi bəlalar, onu başladanların öz üzərinə qayıdıb.
Bizim əsgərlərimiz ABŞ-ın quru qoşunlarının daxil olmasını gözləyirlər ki, onlara atəş açsınlar.
Düşmən açıq şəkildə danışıqlar və müzakirə siqnalı verir, amma gizli şəkildə quru ordusu üzrə hücum planları qurur. Amma bilmirlər ki, bizim əsgərlər ABŞ-ın quru ordusunun daxil olmasını gözləyirlər ki, onlara atəş açsınlar və regional tərəfdaşlarını əbədi cəzalandırsınlar. Atəşlərimiz davam edir, raketlərimiz aktivdir, əzmkarlığımız və imanımız artıb. Düşmənin zəifliklərini bilirik və orduda qorxu və dəhşətin açıq əlamətlərini görürük.
Bu günlərdə düşmən rəsmilərindən danışıqlar barədə müxtəlif açıqlamalar eşidilir. ABŞ arzularını dilə gətirir və müharibədə əldə edə bilmədiklərini 15 maddəlik siyahı şəklində diplomatiyada axtarır.
ABŞ İranın təslim olmasını istədiyi müddətdə, sizin vətənin keşiyində duran oğullarınızın bu amerikalı arzulara cavabı açıqdır: هیهات مناالذله (Zillət bizdən uzaqdır).
Meydanları tərk etməyin, çünki raket, meydanlar və həmçinin Hörmüz boğazi düşmənin mövqeyini sarsıdıb.
Biz böyük bir qlobal müharibənin içindəyik və qarşıda çətin və dolanbaclı bir yol olsa da, zirvəyə çatmaq üçün özümüzü hazırlamalıyıq. Amma sizin bütün dəstəyiniz və rəhbərimizə itaətiniz, həzrət İmam Zamanın (ə.f) birbaşa rəhbərliy və himayəsi altında əminik ki, ABŞ-ı cəzalandırıb peşiman edəcəyik. Beləliklə bir daha İrana hücum etməyə cəsarət etməyin nə olduğunu göstərməkə öz haqqımızı əldə edəcəyik.
Əsgərlərimiz və xidmətçilərimizin iradəsinə bir anlıq belə şübhə etməyin. Onlar dağa bənzər möhkəm, yandırıcı oddan güclü və şimşək kimi qorxuducudurlar. Bu, Əmirəl-möminin (ə) dediyi misaldır: Dişlərini sıxır, başlarını Allaha təslim edir, ayaqları möhkəm torpaqda dayanır və hətta dağlar yerindən qopsa belə möhkəm qalırlar.
Sizə əminliklə bildirirəm ki, İlahi lütf sayəsində bu müharibədən yalnız qələbə ilə çıxacağıq. Bu qələbənin əlamətləri artıq görünməkdədir. Biz İmam Hüseyn (ə) ruhu ilə başladığımız bu müharibəni yalnız qələbə ilə bitirəcəyik. İranın qüdrətini möhkəmləndirmədən düşmənlərin müharibədən çıxmasına imkan verməyəcəyik. Allahın müdrik lütfü ilə biz bu müharibəni hər təcavüzkar üçün böyük bir dərsə çevirəcəyik.
Son olaraq, sizdən xahiş edirəm ki, meydanları tərk etməyin. Raket, meydan və Hörmüz boğazı düşmənin nəfəsini kəsərək, mövqeyini sarsıdıb. Sizin əsgərləriniz raket və Hörmüz boğazını tərk etmədiyi kimi, siz də meydanları tərk etməyin. Birliy və həmrəyliyi qoruyun, İlahi vədə əmin olun və həmçinin vətənpərvər oğullarınızı müxtəlif döyüş cəbhələrində unutmadan onların sağlamlığı üçün dua edin.
Hamımız uzaqgörən, müdrik və təqvalı vəliyi-fəqihimiz həzrət Ayətullah Seyid Müctəba Xameneiyə itaət edək. Hər gecə müəyyən olunmuş zamanda الله اکبر (Allah böyükdür) şuarlarını deyməyə davam edin. Bu qəhrəman müqavimət cəbhəsinə meydanlarda təşəkkür edin. Eyni zamanda əsgərləriniz və döyüşçüləriniz üçün dua edin. Allah İran İslam Respublikasını qoruyur.
وَ أُخْرَی تُحِبُّونَهَا نَصْرٌ مِّنَ اللَّهِ وَفَتْحٌ قَرِیبٌ وَبَشِّرِ الْمُؤْمِنِینَ
Sevəcəyiniz başqa bir şey də var: Allahdan yardım və yaxın bir fəth (zəfər)! Möminlərə (bununla) müjdə ver! (“Yaxın bir fəth” ifadəsi haqqında aşağıdakı fikirlər irəli sürülmüşdür: Məkkənin müsəlmanlar tərəfindən fəht edilməsi; Qüreyşlilərə qarşı zəfər əldə edilməsi; İran və şərqi Romanın müsəlmanlar tərəfindən fəth edilməsi.)
Rəyiniz