Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən: Əl-Əzhər Universiteti İsrailin Livan ərazilərində törətdiyi vəhşilikləri ən sərt ifadələrlə qınayıb. Bu hücumlar nəticəsində onlarla insan həlak, yüzlərlə mülki şəxs isə yaralanıb.
Əl-Əzhər Universiteti verdiyi bəyanatında vurğulayıb ki, bu təcavüzlər təhlükəli bir gərginlik yaratmaqla yanaşı, bütün beynəlxalq və humanitar müqavilə və qanunların açıq şəkildə pozulmasıdır. Bəyanatda qeyd olunub: İşğalçı rejimin günahsız mülki şəxsləri hədəfə alması onun davamlı təcavüz və qan tökməyə meylli olduğunu göstərməklə yanaşı, eyni zamanda insan dəyərlərinə, etik normalara hörmətsizliyini də ortaya qoyur. Bu yanaşma müharibələri alovlandırmaq, xaos yaratmaq və günahsız insanların qanını qorxmadan tökmək prinsiplərinə əsaslanır.
Əl-Əzhər Universiteti İsrailin mövcud atəşkəsi və münaqişələrin dayandırılması razılaşmasını pozmaq məqsədilə bölgəni alovlandırmaq cəhdlərinə diqqət çəkərək öz verdiyi bəyanatda vurğulanıb ki, beynəlxalq və hüquqi məsuliyyətin olmaması işğalçı rejimi cinayətkar davranışlarını davam etdirməyə və daha çox cinayətlər törətməyə təşviq edib. Bu da öz növbəsində region üçün ciddi təhlükə yaradır və bölgənin təhlükəsizliyi və sabitliyi üçün böyük risk təşkil edir.
Əl-Əzhər Universiteti beynəlxalq ictimaiyyəti dərhal bu cinayətlərin qarşısını almağa çağırıb və onlardan günahsız mülki şəxsləri qorumaq, Livanın bütün ərazilərində birlik, sabitlik və suverenliyi təmin etmək üçün hüquqi və əxlaqi məsuliyyətlərini yerinə yetirmələrini tələb edib.
Əl-Əzhər Universitetinin rəhbəri İrana qarşı müharibənin bitməsini yüksək şəkildə qiymətləndirib
Əvvəlki açıqlamasında Əl-Əzhər Universitetinin rəhbəri, Əhməd Təyyib, İrana qarşı müharibənin bitməsini və günahsız mülki şəxslərin savaş və toqquşmaların dağıdıcı təsirindən uzaq qalmasını yüksək şəkildə qiymətləndirib.
Təyyib Xəlifə Fars Körfəzi ölkələrinin, İordaniya və İraq liderlərinin müdrikliyini və həmçinin regionu müharibə və qarşıdurmalara cəlb etməkdən çəkindiyini yüksək qiymətləndirib.
O, həmçinin Misir və Pakistanın vasitəçilik səylərinə təşəkkürünü bildirərək qeyd edib ki, silah səs-küyü üzərində sülh səsinin yüksəldilməsi, güc və xaosun qarşısında mərhəmət və məntiqi üstün tutmaq, günahsızların əziyyətlərini xatırlamaq əsl qələbədir. Bu qələbənin dəyəri insanların həyatını qorumaq, insan ləyaqətini təmin etmək və xalqlar arasında sakitlik və təhlükəsizliyi yaratmaqla ölçülür.
Əl-Əzhər Universitetinin rəhbəri əlavə edərək bildirib: Müharibələr yalnız ölüm, dağıntı və əxlaqi dəyərlərin aradan getməsi, eləcə də insan psixologiyasında dərin izlər buraxır.

Əl-Əzhər Universiteti
Rəyiniz