Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bu axşam həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin İmam Xomeyni (r) adına şəbistan zalında ümmətin əzəmətli rəhbəri həzrət Ayətullah üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətinin qırxıncı günü münasibətilə alimlər, xalq, dövlət və ölkənin başqa regionlarından olan rəsmilərinin coşqulu iştirakı ilə anım mərasimi keçirilib.
Mərasimdə həzrət Ayətullah Sübhani, din xadimləri, ali dərəcəli mərcəyi-təqlidlərin ofis nümayəndələri, Elm naziri, Qum hövzəsinin müəllim və tələbələri və həmçinin Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvləri, eləcədə bir qrup parlament nümayəndəsi, universitet rektor və professorları, habelə Elmi hövzələrin direktorları, tələbələr və müxtəlif inqilabçı və sadiq ictimai təbəqələrdən olan insanlar iştirak ediblər.
Mərasimdə Hacı Məhdi Sələhşur, Həsən Şalbafan və Həsən Əsədullahi mərsiyələr söyləyiblər. İştirakçılar şəhid Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə bağlı matəm mərsimimdə göz yaşı tökərək sinə vurublar. Höccətül-İslam vəl-müslimin Nəsir Rəfii isə mərasimdə xüt iştirak edənlərə bə edərək, şəhid Ayətullah Seyid Əli Xameneinin şəxsiyyətinin əsas xüsusiyyətlərini və İran xalqı qarşısındakı atalıq rolunu izah edib.
Baş tutmuş mərasimə Mərcəyi-təqlidilərin ofisləri, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Qum şəhərində yerləşən ofis nümayəndələri, həmçinin Elmi hövzələrin Müəllimlər Birliyi, Ali Şura və Elmi hövzələrin idarəetmə mərkəzi, həzrət Məsumənin (s.ə) müqəddəs hərəminin məsul şəxsləri, eləcədə Ekspertlər Məclisinin Rəyasət Heyətinin katibliyi, Cəmkəran məscidinin məsul şəxsi və İslam Təbliğatının Koordinasiya Şurası rəsmi şəkildə ev sahibliyi edib. Tədbir yüksək səviyyədə və geniş izdihamla başa çatıb.
Xəbərin sonu










اتاق خبر صبا - نستوه - ویرایش خبرگزاری - نسخه 7.9.4.1،
Rəyiniz