Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mədəniyyət üzrə müavini Səid Siyahsərani ötən gecə şəhid kontr-admiral Əli Rza Təngisirinin anım mərasimində çıxış edib. Tədbir Qum şəhərindəki həzrət Məsumənin (s.ə) müqəddəs ziyarətgahında keçirilib.
Bax:
Şəkillər / Həzrət Məsumənin (s.ə) hərəmində şəhid Tənqisiri üçün anım mərasimi
O çıxışında şəhid Təngisirinin həyat yoluna və mübarizəsinə toxunaraq, həmçinin inqilab dövrlərində xalqın geniş iştirakı barədə danışıb.
Səid Siyahsərani bildirib ki, şəhid Təngisiri belə deyib: “Əgər Allah bizə min can versə, biz xalqımız üçün min dəfə can verməyə hazırıq. Bizim üçün adalar namusdur və biz namusumuz uğrunda canımızı fəda edərik.”
Vəliyyi-fəqih Hörmüz boğazının bağlı saxlanılması barədə göstəriş verib.
O əlavə edib ki, vəliyyi-fəqihin göstərişi ilə Hörmüz boğazının bağlı qalması qərarı var idi və xalq da bunu tələb edir.
Biz Hörmüz boğazından bir litr belə neftin keçməsinə icazə verməyəcəyik.
Sözçü vurğulayıb ki, əgər İran İslam Respublikasının iradəsi, vəliyyi-fəqihin əmri və xalqın istəyi olmasa, biz Hörmüz boğazından bir damla belə neftin keçməsinə icazə vermərik. Əlimiz tətikdədir. Xalq arxayın olsun ki, bu inqilabın fədailəri hər cəhətdən, eləcədə qurudan, dənizdən və havadan ölkəni qoruyurlar.

Amerikalıların məğlubiyyəti əvvəlki qüdrət və heybətin olmaması
Siyahsərani çıxışının davamında “Allahu Əkbər” şüarını belə izah edib: Allahu Əkbər o deməkdir ki, Allah öz Peyğəmbərini bir hörümçək vasitəsilə mağaranın içindən xilas edir. Allahu Əkbər o deməkdir ki, Allah quru bir ağac parçası ilə Nil çayını yarır və dövrünün Fironunu batırır. Allahu Əkbər o deməkdir ki, iranlılar yatarkən Allah Təbəs səhrasında qumları hərəkətə gətirir və Amerika helikopterlərini yerə çırpır. Həmin Allah Ayətullah Seyid Əli Xameneinin də Allahıdır və hər zaman diridir. İsfahanda amerikalıların saxta heybətini sındırır və imperializmin boş gücünü məhv edir. Həmin Allahın gələcəkdə Fars körfəzində dövrün Fironu və lənətlənmiş Trampı məhv edəcəyi bildirilir.
Bizdə Hörmüz boğazı, sizdə meydan və Uhud boğazı
İslam İnqilabı Keşikçiləri Korpusunun mədəniyyət üzrə müavini xalq və silahlı qüvvələr arasında vəzifə bölgüsünü izah edərək deyib: Komandirlərimiz buyurublar ki, Hörmüz boğazı və meydan bizdədir, küçə və Uhud boğazı sizdədir. Burada Uhud boğazı daha önəmlidir.
O əlavə edib ki, düşmən iddiasına görə Rəhbərinizi, komandirlərinizi şəhid edib. Lakin onlar bilməlidir ki, bu ölkənin komandanı Hüseyn ibn Əlidir (ə). Kərbəlaya daxil olanda deyildi: “Hüseyn niyə qadın və uşaqları gətirib?” O buyurdu ki, əgər Allahın dini qalacaqsa, bacımı əsirliyə aparmağa hazıram, özüm də atların tapdalanmasına hazıram.
Heç vaxt zilləti seçməyəcəyik
O, xalqın “Zillət bizdən uzaqdır” şüarına işarə edərək deyib: Bu şüar İmam Hüseynin (ə) səsidir və xalqımız Trampın təzyiqi qarşısında bildirir ki, ölüm ilə zillət arasında seçim qalarsa, heç vaxt zilləti seçməyəcəyik.
Bu ölkə zəif deyil
O əlavə edərək bildirib: Bu ölkənin bayrağı zamanında Kərbəla çölündə həzrət Zeynəb (s) tərəfindən ucaldılıb və bu bayraq İmam Məhdi (ə.f) gələnədək enməyəcək. Bu ölkənin sahibi İmam Məhdidir (ə.f). Bu xalq İmam Hüseyn və həzrət Fatimə (s) sevgisi ilə yaşayır və həzrət Zəhra (s) bu ölkənin pənah yeridir. Dünya bilməlidir ki, həzrət Zəhranın (s) çadrası bu ölkə və müqavimət cəbhəsi üzərində olduğu müddətcə bu ölkə heç bir fırtınadan sarsılmaz.
Tapılan hər şəhid bədəni…
O, Minab şəhərinin Şəcəre Təyyibə adlı tam orta məktəbində baş vermiş hadisəyə toxunaraq bildirib: Həmin hadisədə 50 şəhidin cəsədini özüm və yoldaşlarım dağıntılar altından çıxardıq. Qızların olduğu üçüncü mərtəbə ilk raketlə vurulmuşdu. Tapdığımız hər bədən parçası ya əl, ya ayaq, ya baş idi. Bəzi uşaqlar isə ümumiyyətlə tapılmadı.
O, daha sonra qeyd edərək bildirib ki, Hörmüz boğazı tamamilə İranın nəzarətindədir və düşmən bu bölgədən keçmək üçün qaydalara əməl etməli və müəyyən ödənişlər etməlidir. İranın bu gün Hörmüz boğazında malik olduğu izzət əvvəl heç vaxt olmayıb və Fars körfəzində Amerika varlığının sonu yaxınlaşır. O həmçinin Qüdsdə namaz qılınacağı günün yaxın olduğunu qeyd edib.

Nəzəri Müfrəd: İran xalqı ABŞ və sionist rejimi zəlil etdi
Qum şəhərində yerləşən həzrət Məsumənin (s) müqəddəs hərəmində keçirilən mərasimdə Höccətül-İslam vəl-müslimin Əli Nəzəri Müfrəd İmam Sadiqdən (ə) İmam Kazimə (ə) nəql olunan bir hədisə işarə edərək, “Ali-Muhəmməd alimi sənin sülbündədir, kaş onu görərdim” ifadəsinin İmam Rzanın (ə) yüksək məqamını göstərdiyini bildirdi. O, həmçinin İmam Rzanın (ə) 148 hicri ilində dünyaya gəldiyini və anasının həzrət Nəcma Xatun (s) olduğunu qeyd etdi.
Qum Elmi hövzəsinin müəllimi İmam Rzanın (ə) Məmunun Bağdada qayıtmaq təklifinə cavabında “mənim qəbrim Xorasandadır, sən isə qərb diyarında öləcəksən” buyurduğunu xatırladaraq dedi ki, Məmun sonradan İmamın (ə) xəbər verdiyi kimi Suriya ərazisində (Tərtus) xəstələnərək həlak oldu.
Tramp atəşkəs təklif etdi
Həzrət Məsumə (s) müqəddəs ziyarətgahının xətibi qeyd edib ki, düşmənlər daim Allahın nurunu söndürməyə çalışsalar da, İlahi iradə hər şeydən üstündür. O bildirib ki, bu gün ABŞ və sionist rejim şəhid rəhbərin şəhadəti, ölkənin bombalanması və Minabda baş verən hadisələrlə inqilabı dayandırmaq istəsə də, nəticədə məğlub və zəlil oldu, hətta Tramp özü atəşkəs təklifi verməyə məcbur qaldı.
Küçələrdə və meydanlarda iştirak davam etməlidir
O, sonda Allaha hüsnüzən və ilahi sınaqlar qarşısında səbirin vacibliyini vurğulayaraq qeyd edib ki, müqəddəslərə bağlılığını nümayiş etdirən xalqın bu meydanlardakı iştirakına dəyər verilməlidir və bu xalqın qədrini bilmək lazımdır. O əlavə etdi ki, bu iştirak davam etdirilməli və inşallah qələbəyə doğru irəlilənməlidir.
Xəbərin sonu





Rəyiniz