Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum dini təhsil ocaqlarının alimləri, eləcə də İtaliya və Vatikandan olan elm adamlarının iştirakı ilə keçirilən vebinar “Dini liderlərin və mütəfəkkirlərin qlobal ədalətin bərqərar olunmasında rolu” mövzusuna həsr edilib. Tədbirdə İtaliyanın Papa Antonian Universitetinin müasir və çağdaş tarix, həmçinin fəlsəfə professoru Andrea Bizozzero, İmam Xomeyni (r) Tədris və Tədqiqat müəssisəsinin İslam humanitar elmləri şurasının direktoru və elmi heyətin üzvü Höccətül-İslam vəl-müslimin doktor Əli Misbah, İtaliyanın Neapol Federiko Universitetinin siyasi elmlər üzrə tədqiqatçısı doktor Kiara Furo, eləcə də Camiətüz-Zəhra (s.ə) Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları İnstitutunun fəlsəfə və imamət sektorunun direktoru, Huda fakültəsinin fəlsəfə kafedrasının direktoru və dosenti doktor Məsumə İsmaili çıxış ediblər.

Rəyiniz