çərşənbə axşamı 26 may 2026 - 14:33
Xalqın təhlükəsizliyinin qorunması və cəmiyyətə qəhrəmanlıq ruhunun aşılanması müəllimlərin əsas vəzifəsidir

Həzrət Ayətullah Nuri Həmədani xalqın fikir və mədəni təhlükəsizliyinin qorunmasını, cəmiyyətdə qəhrəmanlıq ruhunun gücləndirilməsini hövzə müəllimlərinin ən mühüm vəzifələrindən biri kimi qiymətləndirib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədaninin Qum Elmi Hövzəsinin müəllimlər təşkilatının “Elmi hövzə, oyanmış ümmət və vilayətə beyət” adlı toplantısına ünvanladığı müraciətdə bildirilir:

Bağışlayan və mehriban Allahın adı ilə 

قُلْ إِنَّما أَعِظُكُمْ بِواحِدَةٍ أَنْ تَقُومُوا لِلَّهِ مَثْنى‌ وَ فُرادى

De: Mən sizə yalnız bir şeyi nəsihət edirəm: Allah üçün iki-iki və tək-tək ayağa qalxın.” (Səba, 46)

Mövlamız Həzrət Baqirül-ülumun (ə) şəhadəti münasibətilə başsağlığı verir, bu möhtəşəm toplantıda iştirak edən hörmətli alim və fəzilət sahiblərinə salam və ehtiramımı çatdırıram. Sizin İslam uğrunda mübarizə məqsədilə bir araya gəlməyinizi yüksək dəyərləndirirəm.

Qurani-Kərimdə birlik və “qiyam lillah” anlayışı “وَاعْتَصِمُوا”, “تَعَاوَنُوا”, “أَصْلِحُوا”, “أَلَّفَ بَيْنَهُمْ”, “أُمَّةً وَاحِدَةً”, “أُمَّةً وَسَطًا”, “حِزْبُ اللَّهِ”, “جُنْدُ اللَّهِ” və “إِخْوَةٌ” kimi məfhumlarla xüsusi vurğulanıb. Bu toplantı da həmin ilahi məfhumlara söykənərək İslam dövlətinin məqsədlərinin gerçəkləşməsi naminə birliyin və həmrəyliyin təcəssümünə çevrilib.

İslam dövlətinin öz hədəflərinə çatmasının əsas amili məhz vilayəti-fəqih oxu ətrafında formalaşan birlik, həmrəylik və koordinasiyadır.

Bu gün oyanmış xalq və İslam sisteminin məsul şəxsləri İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyi altında misilsiz birlik və həmrəylik şəraitində qüdrət zirvələrinə doğru irəliləyirlər. Sizin bu müqəddəs hərəkatın möhkəmlənməsində mühüm rolunuz var.

Müxtəlif elm, mədəniyyət və ictimai sahələrdə göstərdiyiniz xidmətləri yüksək qiymətləndirir, xüsusilə dini maarifin təbliği, ictimai ayəqlığın artırılması və xalqın möhtəşəm birliyinin gücləndirilməsi istiqamətində fəaliyyətinizin əhəmiyyətini vurğulayıram.

Mömin, güclü və həmrəy cəmiyyətin formalaşdırılması, ölkə və dünya hadisələrində fəal iştirak, eləcə də inqilabçı hövzə düşüncəsinin inkişafı sizin əsas missiyalarınızdandır. Bu yolda məsum İmamlara (ə) təvəssül edərək və uca Allaha təvəkkül etməklə ciddi şəkildə fəaliyyət göstərməlisiniz.

Bu gün xalq arasında olmaq, onların fikir və mənəvi təhlükəsizliyini qorumaq, cəmiyyətdə ümid və qəhrəmanlıq ruhunu gücləndirmək sizin təşkilatın əsas prioritetlərindəndir. Mən də uca Allahdan bu yolda sizə uğurlar arzulayıram.

Burada İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bütün göstərişlərinə əməl edilməsinin vacibliyini bir daha vurğulayır, xüsusilə İran xalqının tələblərinin həyata keçirilməsi istiqamətində aparılan danışıqlarda müəyyən olunmuş qırmızı xətlərin qorunmasının zəruriliyini qeyd edirəm.

Sonda Ali Məqamlı Rəhbərin, İran xalqının, hörmətli müəllimlərin və fədakar mübarizlərin uğur və qələbəsini uca Allahdan diləyir, bu toplantının təşkilatçılarına təşəkkürümü bildirirəm.»

7 Zilhiccə 1447 / 24 may 2026

Ayətullah Hüseyn Nuri Həmədani

Rəyiniz

You are replying to: .
captcha