Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xamenei (Allah onarəhməteləsin) fiqh üzrə ali fiqh dərslərinin əvvəlində əxlaqi bir hədisi şərh etmişdi. “Nəfsə qalib gəlmək” mövzusu həzrət Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunan əxlaqi bir hədisin şərhinə həsr olunub. Həmin çıxışın videosu və mətni aşağıda təqdim edilir. Videoda müşahidə etdiyiniz şəhid rəhbərin bəyanatının mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha
Həzrət Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunub ki:
“عن النبی صلّی الله علیه و آله و سلّم الشدید من غلب علی نفسه.”
Yəni güclü insan nəfsinə qalib gələn şəxsdir.
“Şədid” sözü sərt və möhkəm deməkdir. İnsanın ruhunun quruluşundakı möhkəmlik, əməlindəki qətiyyət deməkdir. “Əşiddau ələl-kuffar” ayəsində buyurulduğu kimi, möminlər kafirlər qarşısında möhkəm və sarsılmazdırlar. Onlar dayanıqlı səngərlər kimidirlər: Dura, müqavimət göstərə və həm özlərini, həm də başqalarını qoruya bilirlər. “Şiddət”in mənası budur.
Bəzi ünsürlərin metali yumşaq olur. Onlar əyilə bilən, nüfuz qəbul edən metallar kimidirlər. Amma bəzi metallar möhkəm dayanır, təzyiq qarşısında müqavimət göstərir, çətinliklər qarşısında sınmırlar. “Şiddət”in mənası məhz budur. Bu da insanın gözəl xüsusiyyətlərindən biridir ki, möhkəm bir mahiyyətə sahib olsun.
Bəs mənim və sizin mahiyyətimizin möhkəm olub-olmadığını necə anlamaq olar? Bunun müxtəlif meydanları var. Lakin insanın daxili möhkəmliyini sınamaq üçün əsas meydan nəfs ilə mübarizə meydanıdır. Peyğəmbərin bu rəvayəti də bunu bizə bəyan edir.
Belə deyil ki, insan nəfsani istəklər qarşısında müqavimət göstərə bilməsin, şəhvət və həvəslərə təslim olsun, amma eyni zamanda özünü möhkəm xarakter sahibi hesab etsin. Yalnız başqaları ilə sərt davranmaq, əsəbiləşmək və acı danışmaq insanın möhkəm olduğunu göstərmir. Əsas məsələ buradadır:
“عن النبی صلّی الله علیه و آله و سلّم الشدید من غلب علی نفسه.”
Yəni insanın öz nəfsinə, həvəslərinə, şəhvani və qəzəb qüvvələrinə qalib gəlməsi onun həqiqi güc və möhkəmliyinin nişanəsidir.
Bu, başqalarını sınamazdan əvvəl özümüzü yoxlamaq üçün istifadə edə biləcəyimiz çox aydın bir meyardır.
Rəyiniz