bazar 7 iyun 2026 - 18:01
Küveytli televiziya aparıcısı İrana simpatiya göstərmək ittihamı ilə üç il həbs cəzasına məhkum edilib

Hövzə/ Küveyt məhkəmə orqanları Küveytin rəsmi televiziya aparıcısı Zeynəb Dəşti barəsində çıxarılmış hökmü qüvvədə saxlayıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Küveyt məhkəmə orqanlarının yaydığı məlumatlarda bildirilib ki, Küveytin rəsmi televiziya aparıcısı Zeynəb Dəşti barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb. Həmin hökmə əsasən, o, fitnə yaratmaq və ölkənin maraqlarına zərər vurmaq ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökm son dövrlərdə ona qarşı aparılan kampaniyadan sonra çıxarılıb. Həmin kampaniya onun müharibə ilə bağlı sosial şəbəkələrdəki şəxsi hesablarında paylaşdığı bəzi mövqe və fikirlərə görə başlanmışdı. Bəzi dairələr bu mövqeləri İrana simpatiya və ya ona dəstək kimi qiymətləndirmişdilər.

Küveytli televiziya aparıcısı İrana simpatiya göstərmək ittihamı ilə üç il həbs cəzasına məhkum edilib

Küveytli aparıcı Zeynəb Dəşti

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha