çərşənbə 1 iyul 2026 - 12:16
Livan Müsəlman Alimləri Birliyi: “Vaşinqton Razılaşması” təslimçilik sənədidir və hakimiyyətin legitimliyinə xitam verilməsini zəruri edir

Hövzə / Livan Müsəlman Alimləri Birliyi bəyan edib ki, Livan hakimiyyəti ilə İsrail işğalçı rejimi arasında imzalanmış “Vaşinqton Razılaşması” Livan konstitusiyasının açıq şəkildə pozulmasıdır.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livan Müsəlman Alimləri Birliyi bəyan edib ki, Livan hakimiyyəti ilə İsrail işğalçı rejimi arasında imzalanmış “Vaşinqton Razılaşması” Livan konstitusiyasının açıq şəkildə pozulmasıdır. Livan Müsəlman Alimləri Birliyi vurğulayıb ki, bu razılaşma işğalçı rejimə Livan torpaqlarında qalmaq və onları işğal etmək hüququ verən “təslimçilik sənədi”dir.

Livan Müsəlman Alimləri Birliyi yaydığı bəyanatda bildirib ki, hakimiyyətin müqaviməti aradan qaldırmaq məqsədilə düşmənlə saziş bağlaması xəyanət hesab olunur və bu, konstitusiya çərçivəsində həmin hakimiyyətin legitimliyinə xitam verilməsini zəruri edir.

Livan Müsəlman Alimləri Birliyi, həmçinin, İslamabad danışıqları prosesinə tam sadiq qaldığını bəyan edib və İslam İnqilabının Ali Məqamlı Rəhbərindən anlaşma memorandumunun birinci bəndinə, ortaq prinsiplərin qorunması məqsədilə, bundan sonra da israrla sadiq qalmasını xahiş edib.

Livan Müsəlman Alimləri Birliyi: “Vaşinqton Razılaşması” təslimçilik sənədidir və hakimiyyətin legitimliyinə xitam verilməsini zəruri edir

Livan Müsəlman Alimləri Birliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha