Hövzə Xəbər Agentliyinin beynəlxalq xidmətinin verdiyi məlumata görə, bu tədbir bir qrup gəncin, o cümlədən mədəniyyət fəallarının, universitet ictimaiyyətinin, eləcə də Əhli-beyt (əleyhimus-səlam) maarifinə və müqavimət cərəyanına maraq göstərən şəxslərin böyük rəğbəti ilə qarşılanıb. Həmçinin İranın elmi hövzələrinin yüksəkvəzifəli nümayəndələrindən ibarət heyət – höccətül-islam vəl-müslimin Seyid Müfid Kuhsari (beynəlxalq məsələlər üzrə müavin), Höccətül-İslam vəl-müslimin Abbasi (tədqiqat üzrə müavin), Höccətül-İslam vəl-müslimin Rzayi (planlaşdırma və strateji nəzarət üzrə müavin) və Höccətül-İslam vəl-müslimin Aləmzadə (tərbiyə və mənəvi təmizlənmə üzrə müavin) – bu toplantıda iştirak edərək çıxış ediblər.
Gənclərin çətinliklərin öhdəsindən gəlməsində iman və bəsirətinin roluna vurğu
Toplantının əvvəlində Livanda Əhli-beyt (əleyhimus-səlam) ümumdünya məclisinin nümayəndəsi höccətül-islam Möhsün Nəxəi qonaqları və iştirakçıları salamlayaraq, böhranlarla mübarizədə iman və agahlığın mühüm rolunu təhlil edib.
O, gənc nəslin müxtəlif sınaqlar qarşısında göstərdiyi müqavimətə toxunaraq deyib: «Biz müxtəlif hadisə və çətinliklərin öhdəsindən gəldikcə, İslamın izzət və ləyaqətinin gerçəkləşdirilməsi yolunda gənclərin imanının, sabitqədəmliliyinin və bəsirətinin inkişafının və kamilləşməsinin şahidi olmuşuq. Bu məsələ Əhli-beyt (əleyhimus-səlam) təfəkkürünün yeni nəslin etiqadlarına nə dərəcədə dərindən nüfuz etdiyini göstərir».
Müqavimətin davamlılığının amilləri və müqavimət cərəyanının gələcəyinin araşdırılması
Daha sonra elmi hövzələrin planlaşdırma və strateji nəzarət üzrə müavini Höccətül-İslam vəl-müslimin Rzayi gənclərin müqavimətin gələcək perspektivində müxtəlif istiqamətlərdə oynadığı rolu ətraflı şəkildə izah edib.
O, müdafiənin dini əsaslarını açıqlayaraq, gənclərin fəaliyyətlərinin istiqamətləndirilməsində dini nümunələrə bağlılığın əhəmiyyətini vurğulayıb və İslam maarifi, eləcə də Əhli-beyt (əleyhimus-səlam) məktəbinin elmi və əməli sirəsi əsasında davamlılıq və sabitliyin əsas amillərini yenidən nəzərdən keçirib.
«Müdafiə müqaviməti»ndən «ictimai müqavimət»ə keçid
Daha sonra elmi hövzələrin tədqiqat üzrə müavini Hüccətül-İslam vəl-müslimin Abbasi çıxış edərək müqavimət modelinin konseptual və struktur baxımdan inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
O, yalnız «müdafiə» çərçivələri ilə məhdudlaşmamaq və «ictimai müqavimət» sahəsinə daxil olmağın zəruriliyinə toxunaraq bildirib: «Gənclər Əhli-beyt (əleyhimus-səlam) təlimlərinə əsaslanaraq, müqavimətli həyat modelini cəmiyyətin bütün sahələrində, o cümlədən mədəniyyət, iqtisadiyyat və ictimai münasibətlərdə institusionallaşdırmalıdırlar ki, müqavimət davamlı və dinamik həyat tərzinə çevrilsin».
Qəhrəmanlıq və cihad ruhunda tərbiyə: Zühurun zəmininin hazırlanmasında gənclərin məsuliyyəti
Proqramın digər hissəsində elmi hövzələrin tərbiyə və mənəvi təmizlənmə üzrə müavini Hüccətül-İslam vəl-müslimin Aləmzadə Quran və rəvayətlər baxımından qəhrəmanlıq və cihad ruhunda tərbiyə məsələsini araşdırıb.
O, Qurani-Kərimin ayələrinə istinad edərək «fərəcin intizarı» anlayışının düzgün izahını verib və qeyd edib: «Zühur anlayışının düzgün dərk edilməsi, agah və özünü tərbiyə etmiş gənclər tərəfindən fəal şəkildə zəmin hazırlanmasını tələb edir. Cihad ruhunda tərbiyə yalnız döyüş meydanında iştirakla məhdudlaşmır; əxlaqi özünütərbiyə və ictimai məsuliyyətlilik də müasir dövrdə intizar çəkən gənclərin əsas vəzifələrindəndir».
Xalq müqavimətlərinin əsas amilləri və onların ideoloji çərçivələri
Çıxışların son hissəsində elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Hüccətül-İslam vəl-müslimin Seyid Müfid Kuhsari xalq hərəkatlarının struktur və ideoloji xüsusiyyətlərini təhlil edib.
Höccətül-islam vəl-müslimin Kuhsari xalq müqavimətlərində davamlılığın əsas amillərini izah edib, həmçinin regiondakı bu cərəyanların etiqadi və fikir əsaslarını araşdırıb.
Rəyiniz