bazar ertəsi 5 oktyabr 2026 - 23:08
Dini dəyərlərə qarşı müharibə: Bəhreyn rejiminin şiə cəmiyyətinin dini mənliyini aradan qaldırmaq cəhdi

Hövzə / Bəhreynin daxili işlər naziri ölkədəki şiələrə qarşı tədbirlərin sərtləşdiriləcəyi və həbsdə olan alimlərin işinin daha da mürəkkəbləşdiriləcəyi ilə bağlı hədələyib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, «Məraət əl-Bəhreyn»ə istinadən, Bəhreynin Daxili İşlər Naziri Raşid bin Abdullah bir daha böhtan və zülm yolu ilə həbsxana barmaqlıqları arxasına göndərilmiş məhbus alimlərə qarşı tədbirləri sərtləşdirməyə çalışıb. Onun hazır bəhanəsi isə «vilayəti-fəqihə qarşı mübarizə»dir. Nazir son açıqlamasında bildirib: «Vəliyi-fəqihin nümayəndələri Bəhreyndə şiə cəmiyyətinə hakim olmağa, dövlət qurumlarına və qanunverici hakimiyyətə nüfuz etməyə çalışıblar.»

Bəhreyndə mövcud böhrandan və mürəkkəbliklərdən çıxış yolu tapmaq və ya onları həll etmək əvəzinə (bu vəziyyət İranla müharibə və Bəhreyn rejiminin onunla əlbir olması dövründən başlayıb), Raşid bin Abdullah partlayış xarakterli və təfriqəçi siyasətlərlə meydana çıxır. Görünür, hökumət bu siyasəti sonadək davam etdirmək niyyətindədir. Məhbus alim və ruhanilərə qarşı amansız mübarizə hər hansı bir həll yoluna doğru irəliləyişin olmadığını göstərir. Çünki hakimiyyət onlara qarşı tədbirlərində israr edir və bu həbslərin hər hansı hüquqi və təhlükəsizlik əsaslandırmasını rədd edən bütün tənqidlərə baxmayaraq, rejim öz zalım siyasətini davam etdirir.

Bəziləri hesab edir ki, Raşid bin Abdullahın son açıqlamaları son dərəcə mənfi bir əlamətdir və çox ağır hökmlərin çıxarılması ehtimalı fonunda məhbus alimlərin işi ilə bağlı təhlükəli bir dönüşün baş verəcəyini proqnozlaşdırırlar. Məsələ artıq açıq şəkildə ortaya çıxıb: Ölkədə həqiqi dini etiqadlara qarşı kinli bir müharibə aparılır. Şiəliyin İslami və şəri fəaliyyətlərinin cinayət hesab edilməsi qərarları ölkənin mütləq hakimiyyət sahibinin göstərişi ilə qəbul edilən bu nazirliyin əsas narahatlığına çevrilib.

Daxili İşlər Naziri bir daha təkrarlanan mesajını çatdırmaq istəyir. Hökumət bunun başqa formada ifadəsini tapa bilmir: Cəmiyyətdə qorxu və vahimə yaratmaq, insanları etiqad və inanclarından uzaqlaşdırmaq və bəlkə də onları [vilayəti-fəqih] əqidəsindən uzaqlaşdırmağa çalışmaq. Elə bir həddə çatdırmaq istəyir ki, bundan sonra heç bir məclisdə, dini dərsdə, məsciddə, matəm mərasimində, hətta əzadarlıq və mərsiyə məclislərində belə «vilayəti-fəqih » adını eşitməsinlər.

Raşid bin Abdullahın sözlərini eşidərkən zehnimizdə fitnə nümunələrindən, ictimai quruluşa zərbə vurmaqdan və xalqın müxtəlif qrupları arasındakı çoxçeşidliliyi aradan qaldırmaqdan başqa heç nə canlanmır. Şiə dindarlığından uzaqlaşma vəziyyətinin institusionallaşdırılması istiqamətində səylər göstərilir ki, hökumətin onların şəriətinə, kimliyinə və etiqadlarına tam nəzarət etdiyi şiələr formalaşdırılsın. Lakin bir qədər gözləyin! Alimlərə qarşı tədbirlərin bu qədər sərtləşdirilməsindən, təqiblərdən və həbslərdən sonra baş verənlər bu şiəliyin ümumi ardıcıllarının müqavimət və təslim olmamaq səviyyəsini göstərir. Onlar alimlərin fəaliyyətini və əməllərini heç bir təhdid qarşısında, nə qədər böyük olursa-olsun, müzakirə və güzəşt mövzusuna çevirməyəcəkləri qırmızı xətt hesab edirlər. Onların mövqeyi belə bir prinsipə əsaslanır: «Əgər hamımızı həbs etmək istəyirlərsə, o zaman hamımızı həbs etsinlər; biz dinimiz və əqidəmizlə bağlı güzəştə getməyəcəyik».

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha