çərşənbə axşamı 20 oktyabr 2026 - 20:57
İran hansı meyarlarla görə, dünyanın birinci gücü hesab olunur?

Hövzə | İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei son çıxışlarından birində İranı ilahi hesablamalara əsasən dünyanın birinci gücü kimi təqdim edib. Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Höccətül-İslam vəl-müslimin Kuhsari isə bir toplantı çərçivəsində bu üstünlüyün əsas göstəricilərini izah edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, dini, ilahi və Quran əsaslı hesablamalara görə, İranın dünyanın birinci gücü olduğu bildirilirsə, bu iddia hansı göstəricilərə və meyarlara əsaslanır?

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Höccətül-İslam vəl-müslimin Kuhsari araşdırmaları nəticəsində yeddi əsas istiqamət müəyyənləşdirdiyini bildirərək əlavə edib: Bu göstəriciləri bugünkü İran İslam Respublikasının vəziyyəti ilə müqayisə etmək, hazırkı şəraitdə həmin meyarların ölkədə mövcud olub-olmadığını araşdırmaq istəyirəm. Həmçinin bütün bu göstəricilərin bizi belə bir nəticəyə gətirib-gətirmədiyini qiymətləndirmək istəyirəm. İran dini və Quran əsaslı göstəricilər baxımından dünya miqyasında birinci gücdür, yoxsa yox?

Birinci strateji meyar: İlahi vilayətin davamlılığı və dini hakimiyyət

Höccətül-İslam vəl-müslimin Kuhsari qüdrətin ilk göstəricisinin dövlət quruluşunun ilahi vilayətin davamı istiqamətində formalaşması və ilahi hakimiyyətin həyata keçirilməsi olduğunu bildirib. O, qeyd edib ki, dini və Quran əsaslı hesablamaların meyarlarından biri ölkənin ilahi vilayət və hakimiyyətin davamı istiqamətində nə dərəcədə qərarlaşmasıdır.

O, dini baxışda vilayətin mərhələlərinə işarə edərək əlavə edib: Quran ayələrinə əsasən, ilahi vilayət Allah peyğəmbərlərinin vilayətində davam edir. Allah peyğəmbərlərinin vilayəti 14 məsumun (ə) vilayəti ilə əlaqələnir və bu yol Allahın saleh bəndələrinin vilayəti ilə davam edir.

Bu hövzə müəllimi dini və inqilabi ədəbiyyatda vilayəti-fəqih nəzəriyyəsinə toxunaraq vurğulayıb: Vilayəti-fəqih nəzəriyyəsi məhz belə bir struktur çərçivəsində İran İslam Respublikasında irəli sürülüb və ilahi qüdrətin təzahürlərindən, eləcə də onun əsas göstəricilərindən biri hesab olunur. Çünki bu sistemdə hakimiyyət Əhli-beytin (ə) və Allah peyğəmbərlərinin vilayəti əsasında müəyyənləşdirilir.

O, bu göstəricinin etiqadi prinsiplər və Quran əsasları çərçivəsində araşdırılmasının vacibliyini vurğulayaraq deyib: Mənim qənaətimə görə, bu baxımdan İran İslam Respublikasını dünya ölkələri arasında xüsusi mövqedə qiymətləndirmək olar. Çünki ölkənin hakimiyyət sistemi vilayəti-fəqih nəzəriyyəsi və ilahi vilayətin davamlılığı əsasında formalaşıb.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari daha sonra İran İslam Respublikasında rəhbərlik yolunu da həmin çərçivədə təhlil edib. O, İmam Xomeyniyə (r), şəhid Ayətullah Seyid Əli Xameneiyə və hazırkı rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə işarə edərək bu rəhbərlik xəttini ilahi vilayətin davamlılığı baxımından nəzərdən keçirib.

O, bu amili Quran əsaslı qüdrət hesablamalarına görə İranın mövqeyinin qiymətləndirilməsində ilk göstərici hesab edib. Həmçinin vurğulayıb ki, qüdrəti dini baxımdan dəyərləndirmək üçün hakimiyyətin əsasları və strukturu da digər göstəricilərlə yanaşı nəzərə alınmalıdır.

İkinci strateji meyar: Zalımlara qarşı müqavimət və ilahi yardımdan bəhrələnmək

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini ikinci göstəricinin zalımlara və hegemonluq sistemlərinə qarşı müqavimət olduğunu bildirərək deyib: İlahi hesablamalara görə şeytan sifət zalımlara və əsas tağutçu cərəyanlara qarşı dayanan qüdrət Quran baxımından elə bir mövqedə qərarlaşır ki, bu zaman həmin qüdrətə ilahi yardımın göstərilməsi və Allahın müəyyən etdiyi qanunauyğunluqların onun dəstəklənməsində təzahür etməsi məsələsi gündəmə gəlir.


O, Qurana əsasən ilahi vilayət və zalım hakimiyyət olmaqla iki cərəyana işarə edərək bildirib: Quranda ilahi vilayət, Allahın peyğəmbərlərinin vilayəti, məsumların (ə) vilayəti və Allahın saleh bəndələrinin vilayəti haqqında danışıldığı kimi, digər tərəfdə də zalımın hakimiyyəti, tağutun hakimiyyəti və haqqın əleyhinə olan cərəyanlar mövcuddur.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari bu göstəricini İran İslam Respublikasının mövcud vəziyyəti ilə əlaqələndirərək deyib: Dünyadakı vəziyyəti araşdırdıqda İran İslam Respublikasının hakimiyyətinə qarşı genişmiqyaslı düşmənçilik və ədavətin mövcud olduğunu görürük.

O, İsrail rejiminə, beynəlxalq sionizmə, ABŞ-yə, eləcə də Qərb sivilizasiyasının müəyyən təbəqələrinin İran İslam Respublikasına qarşı daha geniş bəsləməsinə işarə edərək qeyd edib: Müzakirə olunan Quran əsaslı təhlil baxımından bu qarşıdurma İran İslam Respublikasının mövqeyini qiymətləndirərkən nəzərə alınmalı olan göstəricilərdən biridir.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari öz təhlilinin əsasını vurğulayaraq əlavə edib: Bu hesablamalara görə, bir cərəyanın haqq üzərində olması nə qədər güclü olarsa, tağutlar və hegemon güclər də ona qarşı bir o qədər çox düşmənçilik edərlər. Belə olan halda, həmin cərəyanın ilahi yardımdan və ilahi qoşunların dəstəyindən bəhrələnməsi məsələsi də bu çərçivədə gündəmə gəlir.



Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Hüseyni Kuhsari vurğulayıb ki, hegemonluq cərəyanlarına qarşı müqavimət və bu müqavimətin ilahi yardımla əlaqəsi Quran baxımından qüdrətin qiymətləndirilməsində mühüm meyarlardan biridir və digər meyarlarla yanaşı araşdırılmalıdır.

Üçüncü strateji meyar: İmamla ümmət arasındakı münasibət və xalqın dəstəyinin səviyyəsi

Höccətül-İslam vəl-müslimin Kuhsari ilahi qüdrətin üçüncü strateji meyarının imamla ümmət arasındakı münasibətdən, eləcə də xalqın Allahın vəlisi, ilahi peyğəmbər və Allahın saleh bəndələri ilə həmrəyliyinin səviyyəsindən ibarət olduğunu bildirib.

O, qeyd edib ki, Qurana əsasən qüdrətin mühüm meyarlarından biri insanların Allahın vəlisi, Allahın peyğəmbəri və onun saleh bəndələri ilə nə dərəcədə həmrəy olmasıdır.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari məsələni izah etmək üçün həzrət Musa (ə) və Bəni-İsrail qövmünün əhvalatına toxunaraq deyib: Quranda Bəni-İsrail qövmü həzrət Musa (ə) ilə həmrəy olmadığına görə məzəmmət edilir. Onlar öz peyğəmbərlərinin dəvətinə cavab olaraq belə dedilər:

فَاذْهَبْ أَنْتَ وَرَبُّكَ فَقَاتِلَا إِنَّا هَاهُنَا قَاعِدُونَ

Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq.

Maidə surəsi, 24-cü ayə

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini bu Quran nümunəsinə əsaslanaraq xalqın ilahi rəhbərliklə həmrəyliyini qüdrətin mühüm meyarlarından biri hesab edərək əlavə edib: Bu gün xalq kütlələrinin ictimai proseslərdə iştirakı və həmrəyliyi kimi ifadə edə biləcəyimiz məsələ məhz bu çərçivədə əhəmiyyət qazanır.

Höccətül-İslam vəl-müslimin Kuhsari bu meyarı İranın mövcud vəziyyəti ilə əlaqələndirərək bildirib: Məsələyə bu baxımdan yanaşsaq, İran xalqının Allahın vəlisinə münasibətdə həmrəyliyini, birliyini, bağlılığını və vilayətə sədaqətini nəzərə almalıyıq.

O, şiə məzhəbinin İmam Zamanın (ə.f) qeyb dövrünə olan etiqadına və vilayəti-fəqihin imamın naibi kimi mövqeyinə işarə edərək bildirib: Bu baxışa əsasən, insanlar birbaşa görüşmədikləri, hətta imamlarını görmədikləri halda, rəhbərliyə tabe olurlar. Onların bu itaət və etiqad bağlılığı vilayət və naiblik inancı çərçivəsində formalaşır.

Höccətül-İslam vəl-müslimin Kuhsari digər ölkələrdə də xalqın həmrəyliyinə toxunaraq deyib: İraqda, Livanda, Pakistanda və Yəməndə də müxtəlif hərəkatlar və həmrəylik nümunələri müşahidə olunur. Lakin bu hərəkatlar vilayət cərəyanı və İran İslam Respublikasında formalaşmış model ilə əlaqəli şəkildə təzahür edir.

O, İslam İnqilabının şəhidi, Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində İraq xalqının geniş iştirakına toxunaraq, təxminən 11 milyon nəfərlik rəqəmi qeyd edib və bu iştirakı etiqad və ictimai bağlılıqların araşdırılmasında diqqət yetirdiyi nümunələrdən biri kimi dəyərləndirib.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari əlavə edib: Livanda da müəyyən hərəkat və həmrəylik müşahidə olunur. İraqda, Pakistanda və Yəməndə də insanlar ictimai proseslərdə fəal iştirak edirlər. Bununla belə, bu proseslər imamla ümmət arasındakı münasibət və vilayətə bağlılıq çərçivəsində təhlil olunur.

O, vurğulayıb: Bu meyarı digər meyarlarla birlikdə nəzərdən keçirdikdə, ictimai birlik, vilayətə sədaqət, xalqla rəhbərlik arasındakı bağlılıq və həmrəylik İran İslam Respublikasının qüdrətini qiymətləndirərkən diqqət yetirilməli olan meyarlar sırasına daxil olur.

Dördüncü strateji meyar: Fikr və idraki əsaslar, ideoloji nüfuz

Höccətül-İslam vəl-müslimin Kuhsari qüdrətin dördüncü strateji meyarının ölkənin fikr, idrak və ideoloji əsasları olduğunu bildirərək qeyd edib: Qüdrətin araşdırılmasında mühüm istiqamətlərdən biri ölkənin hansı fikr, idrak, fəlsəfi və ideoloji dayaqlara malik olmasıdır.




O, İran İslam Respublikasının Əhli-beyt (ə) maarifi və ilahi övliyaların təlimləri ilə əlaqəsinə toxunaraq əlavə edib: Bu bağlılığın bərəkəti sayəsində biz müəyyən idrak, ideologiya, fəlsəfə, irfan, rasional düşüncə və hikmət səviyyəsinə malikik. Bu meyar baxımından həmin imkanları nəzərə almaq mümkündür.

Höccətül-İslam vəl-müslimin Kuhsari bildirib: Bu baxımdan, öz fikr və düşüncələrimizə əsaslanaraq ideoloji imkanlarımızı nəzərdən keçirə və onları qüdrət amillərindən biri hesab edə bilərik.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini bu maarifin yalnız iranlılara məxsus olmadığını vurğulayaraq qeyd edib: Əhli-beyt (ə) və Allah Rəsulu həzrət Məhəmmədin (s) maarifi ilə bağlılığına görə bu imkan İranın sərhədləri ilə məhdudlaşmır və ölkədən daha geniş miqyasda nəzərə alına bilər.

Höccətül-İslam vəl-müslimin Kuhsari psixoloji nüfuzun əsas tərkib hissələrini izah edərkən əsl İslamı, inkişaf etmiş İslamı, sivilizasiya yönümlü İslamı, Aşura məktəbini, İslam İnqilabını və müqavimət ideologiyasını sadalayıb. O, bütün bunları İran İslam Respublikasının fikri və idraki dayaqlarından biri kimi təqdim edib.

O, əlavə edib: Bu prinsiplər etiqadi aspektləri ilə yanaşı, nəzəriyyələrin işlənib hazırlanması və müəyyən bir ideologiyanın formalaşdırılması baxımından da əhəmiyyət daşıyır. Ölkələr arasında müqayisə aparılarkən bu amillər də nəzərə alınmalıdır.
Höccətül-İslam vəl-müslimin Kuhsari dünyanın iqtisadi və siyasi güclərindən biri olan Çinə toxunaraq bildirib: Çin iqtisadi və siyasi qüdrətə malikdir. Lakin ideoloji nüfuz və nəzəriyyə yaratmaq baxımından eyni xüsusiyyətləri ona mütləq şəkildə aid etmək olmaz.



O, həmçinin Qərb sivilizasiyasına toxunaraq deyib: Qərb sivilizasiyası müəyyən bir dövrdə özünün sivilizasiya əsaslarına malik olması ilə fəxr edirdi. Lakin bu gün fikri və idraki sahələrdə böhranlarla üzləşir. Bu baxımdan, İran İslam Respublikası İslamın əsaslarına və öz ideoloji diskursuna söykənərək diqqətəlayiq mövqedə qərarlaşır.

Höccətül-İslam vəl-müslimin Kuhsari bu amili qüdrətin mühüm meyarlarından biri hesab edərək vurğulayıb ki, Quranın qüdrət meyarlarına əsaslanan yanaşmasına görə, qüdrət yalnız iqtisadi, siyasi və ya hərbi göstəricilərlə ölçülməməlidir. Ölkələrin mövqeyi qiymətləndirilərkən onların idraki əsasları və ideoloji diskursları da nəzərə alınmalıdır.

Beşinci strateji meyar: Həmrəylik, qarşılıqlı dəstək, fədakarlıq və özündən keçmək

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini qüdrətin beşinci strateji meyarının cəmiyyətdə həmrəylik, qarşılıqlı dəstək, fədakarlıq və özündən keçmək səviyyəsi olduğunu bildirib. O, qeyd edib: İlahi qüdrətin təzahürlərindən biri insanlar arasında həmrəylik hissinin və fədakarlığa hazır olmaq ruhiyyəsinin geniş yayılmasıdır.

O, “Canfəda” (könüllülər) kampaniyasına toxunaraq deyib: Bu gün çoxsaylı insanların fədakarlıq göstərməyə və özlərindən keçməyə hazır olduqlarını bəyan etdikləri bir hadisə ilə qarşılaşırıq.

Höccətül-İslam vəl-müslimin Kuhsari cəmiyyətin müxtəlif sahələrində şəhid olan şəxslərə toxunaraq əlavə edib: Cəmiyyətin müxtəlif sahələrində xidmət şəhidləri, sağlamlıq sahəsinin şəhidləri, təhlükəsizlik şəhidləri, eləcə də təlim və tərbiyə sahəsinin şəhidləri var. Bu nümunələr göstərir ki, fədakarlıq və özündən keçmək cəmiyyətin müxtəlif qrupları və təbəqələri arasında təzahür edə bilər.

O, bildirib: Əsas məsələ məsuliyyət hissinin və fədakarlığa hazır olmaq ruhiyyəsinin müəyyən bir təbəqə ilə məhdudlaşmaması, fədakarlıq və özündən keçmək ruhiyyəsinin milli miqyasda cəmiyyətdə geniş yayılmasıdır.

Höccətül-İslam vəl-müslimin Kuhsari ayəsinə istinad edərək vurğulayıb:

إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ

Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.

Muhəmməd surəsi, 7-ci ayə

Quranın bu ayəsinə görə, ilahi yardım Allahın dininə dəstək göstərilməsi və insanların haqq yolunda meydana atılması ilə əlaqəlidir. Buna görə də fədakarlıq və özündən keçmək Quran baxımından qüdrətin qiymətləndirilməsində diqqət yetirilməli olan meyarlardan biridir.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini fədakarlığa bu səviyyədə hazır olmağı digər meyarlarla yanaşı, İran İslam Respublikasının mövqeyinin təhlili zamanı nəzərə alına biləcək amillərdən biri hesab edib.

Altıncı strateji meyar: Xalqın səbir, dözümlülük və çətinliklərə davam gətirmə qabiliyyəti

Höccətül-İslam vəl-müslimin Kuhsari qüdrətin altıncı strateji meyarının xalqın səbir, dözümlülük və çətinliklərə davam gətirmə qabiliyyəti olduğunu bildirib. O, qeyd edib: Quran baxımından, əgər bir xalq dözümlülük nümayiş etdirirsə, bu davamlılıq ilahi yardıma nail olmaq üçün zəmin yarada bilər.

O, məqsəd və dəyərlər yolunda sabitliyin əhəmiyyətini vurğulayaraq əlavə edib: Səbir və çətinliklərə davam gətirmək dini qüdrətin qiymətləndirilməsində nəzərə alınmalı olan meyarlardandır. Çünki bir xalqın mövqeyinin qiymətləndirilməsi yalnız onun müəyyən bir dövrdəki vəziyyəti ilə məhdudlaşmır. Həmin xalqın çətinliklər qarşısında nə dərəcədə dayanıqlı olması da mühüm əhəmiyyət daşıyır.

Höccətül-İslam vəl-müslimin Kuhsari vəvurğulayıb: Bir xalq digər amillərlə yanaşı, dözümlülük və çətinliklərə davam gətirmək qabiliyyətinə də malik olduqda, bu xüsusiyyət Quranın qüdrət meyarlarına əsaslanan yanaşması çərçivəsində həmin xalqın qüdrətinin təhlilində rol oynaya bilər.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini səbir və dözümlülüyü vilayətə bağlılıq, ideoloji diskurs sahəsində qüdrət və fədakarlıqla yanaşı, bir-birindən ayrı deyil, cəm halında araşdırılmalı olan əsas istiqamətlərdən hesab edib.



Yeddinci strateji meyar: Böyük birlik və həmrəylik

Höccətül-İslam vəl-müslimin Kuhsari qüdrətin yeddinci strateji meyarının böyük birlik və həmrəylik olduğunu bildirib.
وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ



Bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz.


Ənfal surəsi, 46-cı ayə
O, Qurani-Kərimin bu ayəsinə istinad edərək deyib: Quran açıq şəkildə xəbərdarlıq edir ki, ixtilaf və çəkişmə məğlubiyyətə, qüdrət və nüfuzun itirilməsinə səbəb ola bilər.

O, əlavə edib: Əgər cəmiyyətdə parçalanma baş verərsə və birlik aradan qalxarsa, həmin cəmiyyətin qüdrət və izzəti zəifləyər. Buna görə də birlik Quranın qüdrət meyarlarına əsaslanan yanaşmasında mühüm yer tutur.

Höccətül-İslam vəl-müslimin Kuhsari həmin meyarı İranın mövcud vəziyyəti ilə əlaqələndirərək bildirib: Bu gün xalq, məsul şəxslər və rəhbərlik arasında birlik və həmrəylik diqqətəlayiq səviyyədədir. Bu məsələ də digər amillərlə yanaşı araşdırılmalıdır.

O, müxtəlif qruplar və cərəyanlar arasındakı əlaqələrə, məsul şəxslərin bir-biri ilə münasibətlərinə, xalqla məsul şəxslər arasındakı əlaqələrə, eləcə də xalqın və məsul şəxslərin rəhbərliklə münasibətlərinə toxunaraq bildirib: Bu səviyyədə bağlılıq və həmrəyliyi birlik meyarı baxımından qiymətləndirmək mümkündür.

Höccətül-İslam vəl-müslimin Kuhsari bununla yanaşı, vurğulayıb: Məqsəd bütün ixtilafların və istisnaların mövcudluğunu inkar etmək deyil. Əsas məsələ ümumi vəziyyətin yekun mənzərəsini nəzərə almaqdır.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini əlavə edib: Cəmiyyətin vəziyyətinə birlik meyarı baxımından nəzər salsaq, xalq, məsul şəxslər və rəhbərlik arasındakı birliyin səviyyəsi haqqında danışa və bunu qüdrətin mühüm amillərindən biri hesab edə bilərik.

Hərbi qüdrət, elmi potensial və qüdrətin tamamlayıcı amilləri

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari daha sonra silahlı qüvvələrin roluna, eləcə də hərbi, silahlanma və elmi imkanlara toxunaraq bu potensialları qüdrətin digər aspektləri kimi dəyərləndirib.




O, bildirib: Qüdrətin təmin olunmasında hərbi, silahlanma və elmi potensial da daxil olmaqla, müxtəlif imkanlar mühüm əhəmiyyət daşıyır. Ölkənin mövqeyi qiymətləndirilərkən bu amillər də nəzərə alınmalıdır.

Höccətül-İslam vəl-müslimin Kuhsari müxtəlif meyarların araşdırılmasının vacibliyini vurğulayaraq əlavə edib: İlahi, dini və Quran əsaslı qüdrət hesablamaları sistemindən danışarkən qüdrətin formalaşmasında və ilahi yardıma nail olunmasında rol oynaya biləcək amillərin nəticəsini nəzərə almalıyıq.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini vurğulayıb ki, qüdrəti yalnız bir meyar əsasında qiymətləndirmək mümkün deyil. Hərbi və elmi potensial ilahi vilayətə bağlılıq, xalqın dəstəyi, idraki əsaslar, fədakarlıq, dözümlülük və birlik kimi meyarlarla yanaşı təhlil edilməlidir.

Quran meyarlarının tam nəticəsi: İranın birinci güc olması qənaətinin təhlil əsası

Höccətül-İslam vəl-müslimin Kuhsari müzakirələri ümumiləşdirərək deyib: Bu meyarları bir araya gətirdikdə, İran İslam Respublikası onların bəzilərində birinci yerdə, digərlərində isə fərqli və seçilən mövqedə ola bilər. Lakin əsas əhəmiyyət daşıyan bütün bu amillərin tam nəticəsidir.

O, fikr və psixoloji sistemi, siyasi quruluşu, həmrəylik və birliyi, xalis İslamın və sivilizasiya yönümlü İslamın ideoloji dayaqlarını, fədakarlıq və özündən keçmək ruhiyyəsini, eləcə də səbir və çətinliklərə davam gətirmək qabiliyyətini nəzərə çatdıraraq bildirib: Bütün bu amilləri birlikdə nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək mümkündür ki, İran İslam Respublikası hədis və Quran hesablamalarına əsasən, beynəlxalq miqyasda birinci gücdür.

Höccətül-İslam vəl-müslimin Kuhsari qüdrətin qiymətləndirilməsində istifadə olunan sistemlər arasındakı fərqlərə toxunaraq deyib: Bəzi qüdrət qiymətləndirmə sistemlərində bu meyarlar nəzərə alınmaya və ölkələr başqa amillər əsasında sıralana bilər. Lakin Quran və dini meyarlar əsas götürüldükdə, ölkələrin mövqeyi məhz həmin meyarlar əsasında qiymətləndirilməlidir.

O, bu kontekstdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin İranın mövqeyi ilə bağlı ifadəsinə toxunaraq əlavə edib: Bəzi statistikalara görə, İran İslam Respublikası qüdrət baxımından dördüncü yerdə göstərilə bilər. Lakin hədis və Quran meyarlarını bir araya gətirərək İran İslam Respublikasının mövcud vəziyyətini həmin meyarlar əsasında təhlil etdikdə fərqli nəticəyə gəlirik.

Höccətül-İslam vəl-müslimin Kuhsari İslam İnqilabının şəhid Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonrakı dövrdə İranın vəziyyətinə toxunaraq bildirib: Bu sahələrin bəzilərində İranın mövqeyi həmin hadisədən sonra daha da nəzərəçarpan olub. Bu məqam ölkənin hazırkı vəziyyəti araşdırılarkən də diqqətdə saxlanılmalıdır.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini vurğulayıb: Bu meyarları bir araya gətirərək Quran və hədis əsasları çərçivəsində araşdırma apardıqda, İran İslam Respublikası bu statistikaya əsasən, beynəlxalq miqyasda birinci güc mövqeyində qərarlaşır.




 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha