Hövzə Xəbər Agentliyinin tərcümə şöbəsinin məlumatına görə, Livan İslam Şiə Ali Şurasının Vəqflər üzrə baş katibi Höccətül-İslam vəl-Muslimin Şeyx Həsən Şərifə "əl-Səfa" məscidində cümə xütbəsində çıxış edərək bildirib:
Həmişə ittihamlar irəli sürən İsrailin Livana təcavüz, bombalama və dağıntı törətmək üçün silah qaçaqçılığı iddiaları və ya Şüfeyt bölgəsində guya boru kəməri istehsalı ilə bağlı yalan və əsassız ittihamlarına heç bir ehtiyacı yoxdur.
O əlavə edib: Livanın Bəqaa bölgəsindən tutmuş Beyrutun cənubdakı Dahiə məntəqəsinədək ölkənin bütün hissələri İsrailin təkəbbürünün və zorakılığının hədəfindədir. Bu rejim cənub bölgəsini bilərəkdən qorxuya salır, dağıdır, insanları öldürür və xüsusilə işğal olunmuş Fələstinlə sərhəddə yerləşən kəndlərə həyatın qayıtmasının qarşısını alır.
Şeyx Şərifə vurğulayıb: İsrailin təhdidi mövcud olduğu müddətcə, müqavimətin silahsızlaşdırılmasından danışmaq yersiz və mənasızdır. Əksinə, beş nəfərlik komitə bu məsələni qaldırmalı və İsrailə təzyiq göstərilməlidir ki, müqavimətin silahlarını hədəfə almaq əvəzinə işğal etdiyi bölgələrdən geri çəkilsin. Yalnız bundan sonra məsələ müzakirə oluna bilər.
Rəyiniz