bazar 4 may 2025 - 13:24
Bu gün hər zamankindən daha çox İslami humanitar elmlərə ehtiyacımız var.

Hövzə / İran İslam Şurası Məclisinin sədri bildirib: İslam İnqilabının ikinci qırxilliyində biz İslami humanitar elmlərə hər zamankindən daha çox ehtiyac duyuruq. İdarəetmə sistemi isə mövcud vəziyyəti və qarşıya çıxan problemləri dərk etməli və onlar üçün həll yolları tapmalıdır.

Tehrandan Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İslami və Humanitar Elmlər üzrə Beynəlxalq Konfransda çıxışı zamanı mücahid mütəfəkkir mərhum Ayətullah Mürtəza Mütəhhərinin xatirəsini yad edərək belə qeyd edib:

Şəhid alim Əllamə Mütəhhəri (r) inanırdı ki, İslam sivilizasiyasının gerçəkləşməsi yalnız tövhidə əsaslanan bir dünya görüşündən qaynaqlanan elmlərlə mümkündür. İnsani elmlərin yenidən nəzərdən keçirilməsi və İslami maarif əsasında yenidən qurulması fikri məhz bu baxışdan qaynaqlanır.

 Cənab Qalibaf əlavə edib: Şəhid Mütəhhəri özünəməxsus dərin baxışı ilə illər öncə bu qənaətə gəlmişdi ki, həm İslam cəmiyyəti, həm də İslam dövləti İslami humanitar elmlərə ehtiyac duyur. Bu səbəbdən onun ideya sistemində üç əsas məsələ: mövcud humanitar elmlərin tənqidi şəkildə təhlili və yenidən qurulması, İslami elmlərin canlandırılması və yenidən istehsalı, eləcə də İslami humanitar elmlərin yaradılması, İslam hökuməti və cəmiyyətinin formalaşması üçün zəruri şərtlər hesab olunurdu.

Məclis sədri bildirib: İmam Xomeyni (r) İslamın hakimiyyəti əsasında, elmi institutların islamlaşdırılmanı şərqə və qərbə aludə olmuş mədəniyyətlərdən azad olmaq üçün zəruri sayırdı. Əslində, İmamın məktəbində islamlaşdırılma və populyarlaşma bir-biri ilə sıx bağlı və ayrılmaz iki budaq kimidir.

Məhəmməd Baqir Qalibaf əlavə edib: papulyarlaşma İslamın, islamlaşma isə xalqın tələbatıdır; bu iki amil bir-birindən ayrı həyata keçirilə bilməz. Onların əlaqəsini şərh edən və zərurətini əsaslandıran məhz İslami humanitar elmlərdir. Bu səbəbdən hesab edirik ki, İslam İnqilabının zəfərindən 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün elmi qurumlar və intellektual şəxslər iki əsas istiqamətdə humanitar elmlərin dəyişməsində mühüm rol oynaya bilərlər.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Bu sahədə iki əsas məqam xüsusi əhəmiyyət daşıyır: birincisi, dini inanclar və İslami maarifin insanların ictimai taleyinin dəyişməsində oynadığı rol; ikincisi isə İslam İnqilabının ilk qırxilliyində əldə olunan təcrübələrin bu mənalar və maarif istiqamətində tətbiqi. Başqa sözlə desək, bu iki mühüm amil — İslam maarifi və idarəçilik təcrübəsi — İslami humanitar elmlər tərəfindən daim araşdırılmalı və üzərində düşünülməlidir.

Məhəmməd Baqir Qalibaf sözlərinə davam edərək deyib: İslami humanitar elmlər yalnız İslamın nəzəri əsaslarının təhlilindən ibarət deyil, həm də bu əsaslara əsaslanan həyat təcrübəmizin məhsuludur. İslami humanitar elmlərlə məşğul olan bir alim və tədqiqatçı yalnız ideal anlayışları təkrar etməklə nəticə əldə edə bilməz; onun əsas vəzifəsi mövcud vəziyyəti dəqiq şəkildə təhlil etmək və arzuolunan vəziyyətə çatmaq üçün konkret və real yollar təklif etməkdir.

Məclis sədri vurğulayıb: İslam İnqilabının ikinci qırxilliyində, ən azı iki baxımdan, hər zamankindən daha çox İslami humanitar elmlərə ehtiyac duyuruq: birincisi, xalqın ictimai həyatını təşkil etmək baxımından; ikincisi isə dini dəyərlər və təlimlərə əsaslanan idarəçilik sistemi qurmaq baxımından. Çünki idarəçilik sistemi həm hər bir şəraitdə problemləri düzgün dərk etməli, həm də onlar üçün uyğun həll yolları tapmalıdır. Eyni zamanda, cəmiyyətimiz də İslami humanitar elmlərə müraciət etməyə möhtacdır.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha