Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumatına əsasən, Məhəmmədrza Dehşiri, Məhəmmədrza Qaidi və Möhsün Rızayi Cəfərinin müəllifliyi ilə yazılmış “İran İslam İnqilabı sistemində müqavimət diplomatiyasının mövqeyi” adlı kitab, Hövzə və Universitet Tədqiqatlar İnstitutunun Nəşriyyatı tərəfindən nəşr olunur.
Həmçinin, kitabın nəşri ilə eyni vaxtda bu əsər https://sad.irandoc.ac.ir ünvanında yerləşən “SAD” universitet nəşrləri sistemində tam mətn (Full Text) şəklində təqdim olunacaq.
Kitabın təqdimatında isə belə qeyd olunub:
İran İslam İnqilabı, XX əsrin möhtəşəm hadisələrindən biri kimi, İran İslam Respublikasının xarici siyasət diskursunda hegemonluq sisteminə qarşı yeni anlayışlar formalaşdırdı. Bu anlayışlar Qurani-Kərim təlimlərindən təsirlənərək, İslam İnqilabı sistemində müqavimət diplomatiyasının təşəkkülünə və möhkəmlənməsinə səbəb oldu və nəticədə İran İslam Respublikasının xarici siyasətinin istiqamətverici kompasına çevrildi.
İslam Cihadı,Hizbullah (Livan) Həmas və Fələstin, İraqın Həşdüş-şəbi qüvvələri, Yəmənin Ənsarullah hərəkatı, həmçinin Zeynəbiyyun və Fatimiyyun briqadaları kimi qrupların yaranması və genişlənməsi ilə müqavimət cəbhəsinin fəaliyyət dairəsi daha da böyüdü.
Bu qruplar terrorizmlə mübarizə aparmaq, region xalqları arasında Fələstinə dəstəyin zəruriliyi barədə inam yaratmaq, sionist rejimlə mübarizədə idrakı və əməli çəkindirmə gücü formalaşdırmaq, hegemonluq sisteminə qarşı durmaq və İran İslam Respublikasının regional gücünü artırmaq kimi sahələrdə müqavimət diplomatiyası meydanında əsaslı rol oynayırlar.
Xəbərin sonu.
Rəyiniz