Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Qum İcra Hakimiyyətinin qadın və ailə məsələləri üzrə idarə heyətinin müdiri Fatimə Heydəri bu dövrdə xanımların elmi hövzələrinin sosial təsir və təmsilçilik roluna diqqət çəkərək deyib:
Bu gün İran cəmiyyəti sosial, mədəni və media sahəsində dəyişikliklər dövrünü yaşayır və İran müsəlman qadını modelinin yenidən müəyyənləşdirilməsinə və fəal şəkildə təqdim edilməsinə ehtiyac var. Bu prosesdə xanımların elmi hövzələri bu modelin formalaşmasında ən mühüm istinad qurumlarından biridir; lakin real təsir üçün cəmiyyətin içindən çıxmalı və bu günün ehtiyaclarının dili ilə danışmalıdırlar.
O bildirdi: “Hövzə rəhbərlərinin vəzifəsi odur ki, daxili-təşkilatçılıq baxışından uzaqlaşıb, dinə əsaslanan ictimai dəyişiklik yanaşması ilə tələbələrin ailə böhranı, həyat tərzi, qızların kimliyi, mədəni yumuşaq müharibə və qadınların tənhalıq hissi kimi real ictimai məsələlərdə ağıllı şəkildə iştirakını təmin etmək üçün proqramlar hazırlasınlar.
Qum İcra Hakimiyyətinin qadın və ailə məsələləri üzrə idarə heyətinin müdiri və İcra başçısının müşaviri xatırlatdı:
Hövzə müəllimləri mətnlə reallıq arasında əlaqə yaratmalıdırlar. Bu gün cəmiyyət nəzəri bilik sahiblərindən çox, elmi fəaliyyət göstərən əməli şəxsiyyətlərə ehtiyac duyur. Hövzə müəllimi, tələbələri qadın məsələləri üzrə dərkini, media vasitələrindən istifadə etmək bacarığını və ictimai mühitdə təsir qoyma bacarığını öyrənməyə yönləndirə bilsin.
O əlavə etdi: “Təsirli tələbə odur ki, xalqın qəlbində yer tuta bilsin və həyatın içindən dinin mesajını mənalandırsın. Bu günün tələbəsi sosial məsələləri dərk etmə qabiliyyətinə malik olmalıdır, yəni zehni narahatlıqlardan danışmaq əvəzinə, qadınların, ailənin və cəmiyyətin real problemlərinə üz tutmalıdır. Həmçinin xalqın həqiqi ehtiyaclarını tanımalı, dinləmə bacarığı və empatik baxışla insanların həyatının içindən danışmalıdır.
Camiətuz-Zəhra (s.ə) Hövzəsinin ictimai əlaqələr üzrə müdiri əlavə etdi:
“Tələbə dini biliklərini praktik şəkildə tətbiq etməli və dini anlayışları bu günün həyat mühitinə uyğun, başa düşülən və həyata keçirilə bilən dildə izah etməlidir. Həmçinin auditoriyanı nəzərə alaraq fəaliyyət göstərməli, yəni təsir yaratmaq üçün hansı vəziyyətdə, hansı dildə və hansı vasitə ilə çıxış etməli olduğunu bilməlidir.
Xəbərin sonu
Rəyiniz