Mamusta Məhəmmədəmin Rasti Hövzə Xəbər Agentliyinin Sənəndəc şəhəri üzrə müxbiri ilə söhbətində, Sistan və Bəlucistan vilayətinin tanınmış din xadimlərindən və etibarlı şəxslərindən biri olan Molla Kamal Salahzehinin terrorçu qruplar tərəfindən amansızcasına qətlə yetirilməsinə toxunaraq bildirib:
Bu sünni alimin istibdadın muzdurları və uşaqları qətl edən sionist rejimin əlaltıları tərəfindən terror edilməsi göstərdi ki, onlar bir tərəfdən İslamın özünə düşməndirlər, digər tərəfdən isə müsəlmanların yəni şiə və sünni birliyinin gerçəkləşməsinə mane olmağa çalışırlar.
Sənəndəc şəhərinin müvəqqəti cümə imamı qeyd edib ki, düşmən bu cür amansız və kor terrorlarla İslam məzhəbləri arasında etimadsızlıq divarı yaratmağa və nəticə etibarilə şiə və sünnini bir-birinə qarşı qoymağa çalışır. Lakin bu torpağın tarixi sübut edib ki, belə köhnə və ifşa olunmuş fitnələr heç vaxt məqsədinə çatmayacaq.
O əlavə edib: Bununla belə, biz düşmənin sərt və yumşaq növlü bu kimi fitnələrinə qarşı son dərəcə ayıq olmalı, dini radikalizmin tələsinə düşməməliyik. Çünki İslam elə bir uca dindir ki, onun daxilində bütün müsəlmanlar bərabər və qardaşdırlar.
Mamusta Rasti vurğulayıb ki, əsrlər boyu şiə və sünni qardaşcasına, heç bir narahatlıq və qarşıdurma olmadan bir yerdə yaşamışlar və bu vaxta qədər bu barədə heç bir problem yaranmayıb. Buna görə də düşmənlər xüsusilə sionistlər və bəzi region ölkələri təxribatçı fəaliyyətləri ilə ölkəmizdə bu nümunəvi birliyi pozmağa çalışırlar.
Sənəndəc şəhərinin müvəqqəti cümə imamı bildirib: Şiə və sünni qarşıdurması istibdad və müstəmləkəçiliyin qədim və davam edən arzusudur və şübhəsiz ki, onlar bu şeytani niyyətlərini həyata keçirmək üçün heç bir cinayətdən çəkinməyəcəklər.
O qeyd edib: Ağıllı və dini bilikli müsəlman o kəsdir ki, düşmənin fitnə və planlarını vaxtında və yerində dərk edib, onların qarşısını almağa çalışsın. Buna görə də bu məsələdə şiə və sünni alimlərinin üzərinə düşən vəzifə son dərəcə mühüm, həssas və tarixi xarakter daşıyır.
Xəbərin sonu
Rəyiniz