cümə axşamı 8 may 2025 - 14:49
Mərhum Ayətullah Üzma Hairi, «zamanının alimi» ifadəsinin bariz nümunəsi idi. Qum hövzəsi isə Mədinə, Kufə və Xorasan hövzələrinin tarixi davamıdır.

Şiə aləminin ali mərcəi təqlidi, fiqh və hədis hövzələrinin Mədinə şəhərindən Quma qədər tarixi inkişaf yolunu bəyan edərək buyurdu: mərhum Yəzdi, ‘zamanının alimi’ ifadəsinin parlaq nümunəsi idi Ayətullah Üzma hacı Şeyx Əbdülkərim Hairivə dövrünü və onun ehtiyaclarını dərindən tanıyaraq Qum elmi hövzəsinin təməlini qoydu.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bu gün axşam saatlarında İmam Kazım (ə) Elmi Hövzəsində keçirilən Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edən Ayətullah Üzma Cəfər Sübhani belə buyurdu:

Hadisi-şərifə — «العالم بزمانه لا تهجم علیه اللوابس» («Zamanının alimi olan şəxs üçün şübhəli məsələlər aydın olur») — istinad edərək qeyd etdilər: Bu hədis dövrünü dərindən tanıyan alimlərin və müctəhidlərin mühüm xüsusiyyətlərinə işarə edir və Ayətullah Üzma zma hacı Şeyx Əbdülkərim Hairi Yəzdi bu mübarək hədisin tam mənada bariz nümunəsi olmuşdur.

Sonra Ayətullah Sübhani şiə elmi hövzələrinin tarixinə qısa bir nəzər salaraq əlavə etdi: İlk fiqh və hədis hövzəsi Mədinədə, Həzrət Peyğəmbərdən (s) sonra formalaşdı və Fəxx hadisəsinə kimi (Vaqiəi Fəxx) böyük alimlərin, Abdullah ibn Abbas, Übey ibn Kəb və Abdullah ibn Məsud kimi yetişdiyi mərkəz oldu. Mərvanilərin dövründə bu mərkəzin fəaliyyətində azalma baş versə də, İmam Baqir (ə) və İmam Sadiq (ə) dövründə yenidən dirçəldi və onların tələbələri bu yolu davam etdirdilər.

Ayətullah Sübhani əlavə etdi:

İkinci hövzə Kufə məscidində formalaşdı. Bu hövzədə də İmam Baqir (ə) və İmam Sadiq (ə) şagirdləri fiqh və hədis elmlərini tədris edirdilər. Daha sonra isə İmam Rzanın (ə) Xorasana məcburi köçürülməsi ilə üçüncü şiə hövzəsi bu bölgədə təsis olundu və İslam maarifinin yayılmasında mühüm rol oynadı.

O, həmçinin vurğuladı:

Qum Elmi Hövzəsi bu nurani yolun davamçısıdır. Əşəri tayfasının Quma köçündən etibarən bu şəhər şiənin ən mühüm elmi və fiqhi mərkəzlərindən birinə çevrildi. Məhəmməd ibn Əhməd ibn Yəhya Əşəri və Əhməd ibn Əbi Abdullah Bərqi kimi böyük alimlər həmin dövrün tanınmış simalarındandır.

Həzrət Ayətullah Sübhani, hicri VII əsrdə Monqol hücumu nəticəsində Qum elmi hövzəsinin zəifləməsinə toxunaraq, Səfəvilər dövründə bu hövzənin yenidən dirçəlməsi, eləcə də XI əsrdə Şeyx Bəhai, Molla Sədra, Feyz Kaşani və Fəyaz Lahicinin iştirakı ilə çiçəklənməsi barədə danışdı.

O həzrət, hicri XIII əsri Mirzai Quminin Qumdakı parlaq fəaliyyəti ilə yadda qalan dövr kimi xarakterizə edərək, hicri XIV əsr barədə belə buyurdu: Bu əsrdə mərhum Hacı Şeyx Əbdülkərim Hairi dövrünün ehtiyaclarını dərin şəkildə anlayaraq Ərakda iki mərhələdə elmi hövzə təsis etdi və sonda Qum alimlərinin dəvəti ilə bu şəhərdəki elmi hövzəni yenidən qurdu.

Ayətullah Sübhani əlavə etdi ki, Hacı Şeyx məşruətə hərəkatı zamanı siyasi cəbhələrdən uzaq duraraq göstərdi ki, onun əsas hədəfi elmi hövzəni qorumaq və dini alimlər yetişdirmək olmuşdur. O inanırdı ki, siyasi çaxnaşmalar zamanı dini və mərcəiyyət mövqelərini yalnız elm və təbliğ yolu ilə qorumaq mümkündür.

Sonda Ayətullah Sübhani, mərhum Hacı Şeyxin “Səlat” (Namaz) və “Usul” (İlahi prinsiplər) kitabları başda olmaqla elmi əsərlərinə toxunaraq belə buyurdu: Mərhum Ayətullah Üzma  Bürucerdi Hacı Şeyxi qısa ifadələrlə dərin mənaları çatdırmağı bacaran bir şəxs kimi tanıyırdı. Həmçinin Ayətullah Seyyid Məhəmməd Möhsin Cəbbəl Amuli də “Əyanüş-şiə” “şiənin tanınmış şəxsiyyətləri” adlı əsərində Hacı Şeyxin zöhd, dəqiqlik və zamantanıma kimi xüsusiyyətlərinə toxunaraq, bütün bunların bizlər üçün dərsverici olduğunu vurğulamışdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha