Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, ölkə elmi hövzələrinin başçısı Ayətullah Əlirza Ərafi Qum şəhərinin "Xadim ər-Rza" heyətinin üzvləri ilə görüşdə bu heyətin yüksək mövqeyinə və otuz il ərzində Əhli-Beyt (ə) yolunda göstərdiyi fəaliyyətə işarə edərək bu qurumun üzvlərinin səyləri və fədakarlıqlarını yüksək qiymətləndirib və onlara təşəkkürünü bildirib.
Ölkə elmi hövzələrinin başçısı Aşura hadisəsinin müxtəlif cəhətlərini izah edərək dedi:
Aşuranın iki tərəfi vardır:
Birinci tərəfi sırf etiqad və dini mahiyyət daşıyır ki, nübüvvət və imamət tarixində bənzəri yoxdur və heç bir hadisə nə Bədr, nə Ühüd, nə də Xeybər bununla müqayisə oluna bilməz.
İkinci tərəfi isə onun ictimai, mədəni və siyasi tərəfidir ki, İslam tarixində bir nicat gəmisi kimi fəaliyyət göstərmiş və İslam tarixinin gedişatını dəyişdirmişdir.
Ayətullah Ərafi buyurub ki, İlahi sirlər Aşura hadisəsində və İmam Hüseyn əleyhissəlamın şəxsiyyətində gizlənmişdir. O deyib: Aşuranın əzəməti bundadır ki, çox qısa bir müddətdə İslam və bəşəriyyət tarixində uzunmüddətli və misilsiz bir təsir buraxdı və bu hadisə Həzrət Mehdinin (ə.c) zühuruna qədər tarixin ən üstün hadisəsi olaraq qalacaq.
Ölkə elmi hövzələrinin başçısı qeyd edib ki, Aşura təkcə haqq və batilin qarşıdurması deyildi, həm də İlahi maarif və sirlərlə dolu bir hadisədir və kim bu hadisəyə daha yaxın olarsa ondan daha çox bəhrələnəcək. O əlavə etdi: Dini heyətlərdə xidmət edən şəxslər bu mənəvi və İlahi mərkəzə daha yaxın olduqları üçün onun xüsusi bərəkətlərindən faydalanacaqlar.
O, Aşuranın İranlıların dini və milli kimliyindəki mövqeyinə vurğu edərək dedi: Aşura, İran İslam Respublikasının müstəqilliyi, izzəti və əzəmətində açar rol oynamış və İslam İnqilabının formalaşması və davamlılığında ilhamverici olmuşdur. İslam İnqilabı Aşuranın bir təcəllasıdır və onun mesajını dünya xalqlarına çatdırmışdır.
Ayətullah Ərafi həmçinin Aşura hadisəsinin yeni nəslin ehtiyaclarına uyğun şəkildə daim yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq deyib. Bu yolda əsillərin qorunması ilə zamanın tələblərinə cavab vermək arasında bir tarazlıq yaradılmalıdır. O bildirdi ki, bu günkü cəmiyyət matəm mərasimlərinin yenilənməsinə ehtiyac duyur. Amma bu əsas prinsiplərdən və dəyərlərdən uzaqlaşmamaq şərti ilə olmalıdır.
Ölkə elmi hövzələrinin başçısı Qum şəhərinin önəmi və qumlu kimlik mövzusuna toxunaraq dedi: Qum, on iki əsrlik keçmişi ilə Həzrət Məsumə (s.ə) hərəminin yanında elm və fiqhin mərkəzidir və bu tarixi miras daha da gücləndirilməlidir. Qum əhalisi bu böyük sərvətin əsas ortaq sahibləridir və Qum tarixinə və kimliyinə bağlılıq hissi dini və mədəni proqramlarda möhkəmləndirilməlidir.
Ayətullah Ərafi çıxışının sonunda məhərrəm ayında Afrikadakı şəxsi təcrübəsindən danışaraq deyib: Afrikada olduğum illərdə çıxış etmək üçün Aşuradan yüzdən çox dərs çıxardım ki, bu da bu böyük məktəbin dərin əzəmətini göstərir.
Xəbərin sonu.
Rəyiniz