çərşənbə 18 iyun 2025 - 19:11
İslam ümmətinin rəhbərliyinə edilən hər hansı təcavüz, İslamın əsaslarına və bütün müsəlmanların həyatına qarşı təcavüz deməkdir.

Həzrət Ayətullah Nuri Həmədani Trampın hörmətsizliyinə cavab olaraq bəyan etdi: Biz bildiririk ki, mübarək mərcəiyyətə və İslam ümmətinin rəhbərliyinə qarşı hər hansı bir təcavüz, İslamın əsaslarına və bütün müsəlmanların həyatına qarşı təcavüz sayılır və bu, İranın mömin xalqı və dünyanın bütün azad insanları tərəfindən sərt və sarsıdıcı reaksiya ilə qarşılanacaqdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Nuri Həmədaninin İslam İnqilabının ali rəhbərliyi və mərcəiyyət məqamını müdafiə edən bəyanatının mətni belədir:

Bismillahir-Rahmənir-Rahim

Cinayətkar ABŞ prezidenti ki, qara keçmişində yalnız qətl, talan və adam öldürmək var və daim qəddar sionist rejimin cinayətlərini dəstəkləyib, İslam İnqilabının  Ali Rəhbəri Ayətullah Xameneinin məqamına qarşı axmaq bir açıqlama ilə hörmətsizlik etmişdir. Bu böyük şəxsiyyət, bu günkü dövrdə İslamın izzətinin öndə gedəni və İslam ümmətinin məzlumlarının köməkçisidir.

İstikbar başçılarının bu uca şəxsiyyətə düşmənçiliyi gücdən deyil, İslam oyanışının yayılmasından və müqavimət düşüncəsinin dünyada nüfuz etməsindən duyduqları qorxu və acizlikdən qaynaqlanır.

Biz bəyan edirik ki, mübarək mərcəiyyətə və İslam ümmətinin rəhbərliyinə qarşı hər cür təcavüz, İslamın əsaslarına və bütün müsəlmanların həyatına qarşı təcavüz sayılır və bu, İranın mömin xalqı və dünyanın bütün azad insanları tərəfindən sərt və sarsıdıcı reaksiya ilə qarşılanacaqdır.

ABŞ və onun zalım hakimləri bilməlidirlər ki, bu təhdidlər xalqımızın iradəsinə heç bir zərər yetirməyəcək, əksinə, İslam ümmətinin sıralarını daha da möhkəmləndirəcəkdir.

Hamı bilməlidir ki, Allah Təalanın vədi dəyişməzdir:  

وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir. (Həcc surəsi, 40-cı ayə)

Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha