bazar ertəsi 23 iyun 2025 - 14:42
İranın Amerika və Sionist rejimə qarşı mübarizəsi İslam aləmində yeni bir ümid oyatdı.

Höccətül-İslam Vaezi Amerika və Qərbin İsrailə dəstəyinə toxunaraq qeyd etdi: Bu hərəkət, İranın son müdafiə tədbirlərinin haqlı olduğunu sübut edir və bu mübarizə İslam aləmində yeni bir ümid yaratmışdır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə Qum Elmi Hövzəsinin İslam Təbliğatı İdarəsinin müdiri Höccətül-İslam vəl-müslimin Əhməd Vaezi, “İran və İsrail arasında sivilizasiya qarşıdurması” mövzusunda keçirilən “Sadiq rəvayət” adlı virtual iclasda çıxış edərək, hazırkı proseslərə toxundu və bildirdi: Mövcud şəraitdə bir sıra şəxslər ön cəbhədə dəyərli mübarizələr aparırlar. Ali elmi və hərbi səviyyələrdə şəhidlər verilsə də və itkilər olsa da, eyni zamanda qürurverici və mühüm nailiyyətlər əldə olunmuşdur.

Cənab Vaeziyə görə, bu nailiyyətlər yalnız İslam dünyasının İrana baxışını dəyişmək vasitəsi olmayıb, həm də qlobal miqyasda İranın mövqeyini yüksəltmişdir. Bu hadisələr tarixdə dönüş nöqtəsi kimi qiymətləndirilir.

Məscidül-Həramın camaat imamının mövqeyi İslam dünyasında strateji dönüş

Höccətül-İslam vəl-müslimin Vaezi bu dəyişimin bariz nümunəsi kimi Məscidül-Həramın camaat imamının mövqeyini göstərdi. Qeyd etdi ki, bu məkan tarixən İslam İnqilabı və şiə məzhəbinə ideoloji qarşı çıxışların mərkəzi kimi tanınıb. Lakin bu dəfəki çıxış bir növ fətva xarakteri daşıyan bu mövqe  bütün İslam dünyasını İrana dəstəyə çağırır.

Qum Elmi Hövzəsinin İslam Təbliğatı İdarəsinin müdiri bu hadisəni Amerika və Qərbin İsrailə verdiyi dəstəyə bənzədərək, bunu İslam dünyasında böyük strateji dönüşün göstəricisi kimi dəyərləndirdi. Onun sözlərinə görə, bu addım İranın son müdafiə tədbirlərinin haqlı olduğunu sübut edir və İslam aləmində yeni bir ümid yaratmışdır.

İslamçı hərəkatların İrana dəstəyi təhlil və məzmun istehsalı üçün fürsət

Höccətül-İslam vəl-müslimin Vaezi, bu yaxınlardakı nailiyyətləri şəhidlərin qanı və Qəzzada minlərlə günahsız qadın və uşağın ah-naləsi ilə bağlı olduğunu qeyd edərək, mövcud şəraiti təbliğat sahəsində hadisələrin təhlili və məzmun yaradılması üçün nadir fürsət adlandırdı.

Qum Elmi Hövzəsinin İslam Təbliğatı İdarəsinin müdiri, Taliban, Əxvanul-Muslimin (Müsəlman Qardaşlar) və Pakistan xalqı kimi müxtəlif İslamçı hərəkatların İrana verdiyi mənalı dəstəyə də toxundu. Vaezi bildirdi ki, hökumətlər əsasən atəşkəs çağırışları ilə kifayətlənsələr də, xalqlar və ictimai-siyasi hərəkatlar səviyyəsində bu dəstək olduqca əhəmiyyətlidir.

Qlobal sivilizasiya mühitinin Dəyişməsi və onun insan vicdanına təsiri

Höccətül-İslam vəl-müslimin Əhməd Vaezi vurğuladı ki, son hadisələr xalqlar və ictimai hərəkatlar səviyyəsində çox böyük əhəmiyyətə malikdir və İslam sivilizasiyası quruculuğunun geniş potensialını nümayiş etdirir. Qlobal sivilizasiya mühiti dəyişməkdədir və artıq yalnız böyük güclər hadisələrin yeganə izahçısı deyillər.

Ali Mədəni İnqilab Şurasının üzvü əlavə etdi ki, artıq dünyada yeni bir dalğa yaranıb və bu dalğa təkcə müsəlmanlara deyil, müsəlman olmayanlara da təsir edib. İnsan vicdanı Qərbin son hadisələrlə bağlı təqdim etdiyi rəvayətlərə qarşı çıxır.

Qərbli bir vətəndaşın İnqilab Rəhbərinə təşəkkürü qlobal baxışın dəyişməsinin simvolu

Cənab Vaezi bu qlobal dalğanın təsirinə bir nümunə kimi, bir qərbli vətəndaşın sosial şəbəkələrdə İslam İnqilabının Rəhbərinə təşəkkürünü bildirdi. Bu təşəkkür, dünyanın İsrailə qarşı cavab tədbirlərində Ayətullah Xameneiyə mənəvi borclu olduğunu göstərir və eyni zamanda qlobal baxışın dəyişdiyini, insan vicdanının Qərbin hegemon rəvayətçiliyinə qarşı çıxdığını simvolizə edir.

İnsani fitrət və mənəvi amillərin İranın uğurlarındakı rolu

Elm Akademiyasının üzvü qeyd etdi ki, son hadisələr insan fitrətinin və İranın haqlı mövqeyinin təsirini göstərdi. İnam, iradə və digər qeyri-maddi amillər, tarixə yön verən əsas qüvvələrdəndir.

Qum Elmi Hövzəsinin İslam Təbliğatı İdarəsinin rəhbəri, Qərbin hərbi texnologiyası ilə İranın imkanlarını müqayisə edərkən bildirdi: Maddi baxımdan müqayisə mümkün olmasa da, İran xalqının iradəsi və mənəvi gücü qeyri-adi nəticələr doğurmuşdur.

İsrail və Qərbin İranın gücünü yanlış qiymətləndirməsi

Höccətül-İslam vəl-müslimin Vaezi əlavə etdi ki, hazırkı mərhələdə İslam sivilizasiyası quruculuğu potensialı və müxtəlif İslam cərəyanlarının həmrəyliyi gələcək üçün böyük ümid yaradır. O, İsrail və Qərbin İran xalqının reaksiyasını düzgün qiymətləndirmədiyini və bu səhvin İran-İraq müharibəsindəki səhvlərinə bənzədiyini bildirdi. Onlar nəinki İranın hərbi gücünü, həm də xalqın sarsılmaz iradəsini nəzərə almadılar.

İran xalqının əzəmət və həmrəyliyinə ehtiram

Çıxışının sonunda Höccətül-İslam vəl-müslimin Vaezi vurğuladı ki, İran xalqının bu çətinliklər qarşısındakı əzəməti və həmrəyliyi qarşısında baş əymək lazımdır. O, milli birliyin və hətta xaricdəki müxalifətin bu məsələdə göstərdiyi həmrəyliyin xalqın qəhrəmanlığı və qeyrətini göstərdiyini dedi. Bu dərslər tarixdə mühüm və qiymətli şəkildə qeyd olunmalı və vurğulanmalıdır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha