şənbə 28 iyun 2025 - 21:11
Milyonlarla paytaxt sakinləri şəhidlərin vida mərasimində / Çoxsaylı gənclərin iştirakı ümidverici hissi yaradır

Hövzə / Bu gün Tehranın inqilabçı və vətənpərvər sakinləri qəhrəmancasına və şücaətlə, sionist cinayətkarlar tərəfindən şəhadətə yetirilmiş əziz şəhidlərinin cənazələri ilə vidalaşdı.Bu mərasimdə gənclərin və yeniyetmələrin eləcə də tanınmış şəxslərin iştirakı qürurverici səhnə yaradıb.

Hövzə Xəbər Agentliyinin Tehran şəhəri üzrə müxbirinin verdiyi məlumata əsasən bu gün yəni 28 iyun şənbə günü İslam İnqilabı meydanında milyonlarla insan, cinayətkar sionist rejim tərəfindən şəhid edilən şəhidlərin cənazələri ilə vidalaşıblar.

Bu mərasim Məhərrəm ayının hüznlü günlərinə təsadüf edilib. Paytaxtın matəm içində olan sakinləri Kərbəla hadisəsində şəhid olmuş İmam Hüseyn (ə) və onun səhabələrinin əziz xatirəsini yad edərək göz yaşları axıtdılar.


Vida mərasimində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan, Ədliyyə naziri Höccətül-İslam vəl-müslimin Qulam Hüseyn Ejei, Milli Məclisin Sədri Məhəmməd Baqir Qalibaf həmçinin nazirlər, millət vəkilləri, Xubriqan məclisinin üzvləri və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də iştirak ediblər. Onlar inqilabçı xalqla birgə, şəhidlərin müqəddəs cənazələrini ehtiramla müşayiət ediblər.


Gənc nəslin izdihamlı iştirakı sevinc və qürur hissi yaradırdı

Bu mənəvi mərasimdə uşaqların, yeniyetmələrin və gənclərin fəal iştirakı xüsusi diqqət çəkib. Bu iştirak İran xalqının tarixi missiyasının  İslam bayrağını bütün dünyada yüksəltmək yolunun davam etdirildiyini göstərən bir simvol kimi qiymətləndirildi.

Çoxsaylı yeniyetmə və gənclərin “Ləbbeykə ya Hüseyn”,  “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə İmam Hüseynə (ə) olan sədaqətlərini bir daha bəyan etdilər və uşaq qatili sionist rejimin vəhşi cinayətlərinə qarşı nifrətlərini bildirdilər.

Şəhidlərinin arasında dörd qadın və dörd uşaq da var idi 

Bu böyük mərasimdə xalq İslam İnqilabı Keşikçiləri Korpusu və digər hərbi qüvvələrin komandirləri, nüvə alimləri, 4 qadın və 4 uşaq daxil olmaqla ümumilikdə 60 şəhidin müqəddəs cənazəsi ilə vidalaşdı.

Xalq bu münasibətlə İmam Xomeyni (r) və bütün şəhidlərin yolunun davam etdiriləcəyini bir daha vurğuladı. “Ləbbəyk ya Xamenei, Ləbbəyk ya Hüseyn” şüarları İnqilab meydanı ilə Azadlıq meydanı arasındakı əraziləri bürüdü.

Mərasim zamanı Əhli-Beytin (ə) mübarək adları ilə bəzədilmiş bayraqlar, şəhidlərin şəkillərinin əks olunduğu plakatlar və izdihamın coşqusu vida mərasiminə xüsusi mənəvi və ruh verirdi.

Bu tarixi izdiham və milyonlarla insanın iştirak etdiyi mərasimdə şübhəsiz ki, ABŞ və sionist rejimin rəhbərlərinin heyrətinə və təəccübünə səbəb olmuşdur. Bu mənzərə, sionist rejimin vəhşicəsinə təcavüzü qarşısında Ayətullah Üzma Seyid Əli Xameneinin göndərdiyi tarixi mesajda ifadə olunan xalqın birliyi və yekdilliyinin nə qədər dərin müdriklik və strateji baxışla qiymətləndirildiyini nümayiş etdirdi.

Ruhani təbəqənin ölkənin ərazi bütövlüyünə dair əzmkarlığı

Tehranda yerləşən İmam Zaman (ə) Elmi Hövzəsinin drektoru Höccətül-İslam vəl-müslimin Seyid Mürtəza Mühəssil Həmədani mərasim çərçivəsində verdiyi açıqlamada İran xalqının bu tarixi iştirakını "qüdrət, cəsarət və iradə" mesajı kimi qiymətləndirərək belə dedi: Bu tarixi toplanış, İran xalqının gücünü bütün dünyaya çatdırdı. Ruhani təbəqə bu mərasimdə fəal iştirakı ilə İslam İnqilabının Ali Rəhbərinə olan sədaqətini, ölkənin ərazi bütövlüyünün müdafiəsində qətiyyətini və İslam Respublikasının yanında durduğunu açıq şəkildə göstərdi.

İmam Zaman (ə) Elmi Hövzəsinin drektoru əlavə etdi: Gördüyümüz kimi bu mərasimdə gənc nəslin iştirakı çox zəngin və təsirli şəkildə özünü göstərdi. Bu bir daha sübut etdi ki, düşmən nə qədər generalları, alimləri və əsgərləri şəhid etsə də İran xalqı nəsildən-nəslə Vəliyyi-Fəqihin rəhbərliyi altında cihad ruhiyyəsi ilə ölkəsini və İslam dövlətini müdafiə etməkdən çəkinməyəcəkdir.

Qeyd olunur ki, şəhidlərin cənazələri Tehranda yerləşən Bəhişt əzəhrada (s) və ölkənin müxtəlif şəhərlərində yerləşən müqəddəs imamzadə ziyarətgahlarında dəfn olunacaqlar.

Mərasimdə fərqli siyasi baxışlara malik şəxslərin iştirakı İran xalqının beynəlxalq təcavüz və düşmən təhdidləri qarşısında yekdilliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi. Onlar bu vətənin hər bölgəsindən olan şəhid övladlarını öz övladları sayır, onların igidliyini və fədakarlığını dəyərləndirirlər.

Sonda qeyd etmək lazımdır ki, Zülfiqar kimi güclü və iradəli olan İran İslam Respublikası, Qədir-Xum bayramı ərəfəsində şəhid edilən igid övladlarını bu gün Aşura ruhiyyəsi ilə son mənzilə yola saldı. Bu əzəmətli vida mərasimi  xalqın öz İslam İnqilabına və müqəddəs vətəninə olan sarsılmaz bağlılığını bir daha bütün dünyaya sübut etdi.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha