şənbə 12 iyul 2025 - 22:13
Müqəddəs Nəcəf şəhərinin cümə imamı İsrailin İraqa qarşı planlaşdırılmış hücumu barədə xəbərdarlıq etdi

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi dedi: Bəzi əlamətlər və ifşa olunmuş sirlər İsrailin bir planını göstərir ki, onun məqsədi əlaqələndirmə çərçivəsinin bütün liderlərini aradan qaldırmaqdır.

Hövzə Xəbər Agentliyinin Tərcümə Qurupunun verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi  Müqəddəs Nəcəf şəhərinin imam cüməsi cümə namazında, Nəcəf şəhərində  yerləşən böyük Fatimiyyə hüseyniyyəsində çıxış etdiyi xütbədə bildirib:

İraqın Daxili İşlər Nazirliyi, Tuzxurmatu şəhərində bir qrup zabitin Amerika bayrağının üzərində dayandığına görə ordu sıralarından kənarlaşdırıldığını açıqlayıb.

O, məsələyə münasibət bildirərək əlavə edib: Biz deyirik ki, həmin zabitlər şəxsi mövqelərini ifadə ediblər. Əgər bu hərəkət Daxili İşlər Nazirliyi tərəfindən uyğun görülmürsə belə, bu dərəcədə sərt tədbirlərin görülməsi doğru deyil.

Nəcəf şəhərinin imam cüməsi davam edərək bildirib: Bu səbəbdən, Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu qərarı bir daha nəzərdən keçirsin. Biz bu zabitlərin öz vəzifələrinə tam sadiqliklərinə görə onlara təşəkkür edirik və texniki məsələ xaricində onlara qarşı başqa heç bir tənqid qəbul edilə bilməz.

O, Ərbildə baş verən son hadisələrə toxunaraq bildirib: Hazırda Ərbildə Kürdüstan Regional Hökuməti ilə bəzi qəbilələr arasında şiddətli silahlı toqquşmalar gedir. Biz bu baş verənlərdən uzaq deyilik və bu qarşıdurmadan ayrılmış deyilik. Ona görə də Kürdüstan Regional Hökumətindən xahiş edirik ki, daxili və xarici siyasətini yenidən gözdən keçirsin.


Xütbənin digər hissəsində Seyid Qəbançi belə xəbərdarlıq edib: Yüksək mənbələrdən əldə olunan bəzi siqnallar və ifşa edilmiş sirrlər göstərir ki, İsrail tərəfindən hazırlanmış bir plan mövcuddur. Bu planın əsas məqsədi Əlaqələndirmə Çərçivəsinin bütün liderlərini aradan qaldırmaq və növbəti mərhələdə 'Milli Qurtuluş Hökumətini' elan etməkdir.

O əlavə edib: Bunlar boş xəyallar deyil. Bu iddiaları sübut edən göstəricilər var və İranın keçmiş təcrübəsi bizim gözümüz qarşısındadır. İsrail İranda da eyni ssenarini həyata keçirmək istədi. Əvvəlcə komandirləri fiziki olaraq aradan qaldırmaq və sonra yaranan siyasi və idarəetmə boşluğunu başqa üsullarla doldurmaq.


Seyid Qəbançi bu cəhdlərin uğursuz olduğunu bildirərək deyib: Bu təcrübələrin heç biri uğur qazanmayıb. İranın rəhbərlərinin aradan götürülməsindən sonra xalqın reaksiyası dəyişdi, vəziyyətin axarı dəyişdi və nəticədə raketlər İsrailə tuşlandı. Ümid edirik ki, İsrail bu mesajı başa düşər. Biz Allah-Təalaya inanırıq və qələbə onun tərəfindəndir. Xalqımız İmam Hüseynin (ə) aşiqidir, Allah bizi heç vaxt tək qoymayacaq.

Xütbənin dini hissəsində Hüccətül-İslam Qəbançi "Məşlul duasının" bəzi hissələrinə toxunub. Bu dua Həzrət Əmirəl-möminin Əli (ə) tərəfindən, günah işlətdikdən sonra atası tərəfindən lənətlənmiş və iflic olmuş bir gəncə öyrədilmiş məşhur dualardan biridir. İmam (ə), atası oğlunu bağışladıqdan sonra bu duanı ona öyrətmiş və insanın üzləşdiyi böhranların həllində bu duanın əhəmiyyətinə diqqət çəkmişdir.

Seyid Qəbançi Aşura və mədəni-mənəvi hücumlarla bağlı bəyan edib: İmam Baqir (ə) buyurub: 'Şiələrimizə İmam Hüseynin (ə) ziyarətini tövsiyə edin. Çünki onun ziyarəti ruzi bolluğuna, ömrün uzanmasına və bəlaların dəf olunmasına səbəb olar.

Höccətül-İslam vəl-müslimin  Seyid Sədrəddin Qəbançi bildirib ki, İmam Hüseynin (ə) əzadarlıq mərasimləri şeytanın top və silahlarını zərərsizləşdirir. Rəsmi statistikaya görə, bu il Təviric əzadarlıq yürüşündə və Aşura günündə 12 milyon insan iştirak edib. Bu fakt göstərir ki, bu mərasimlərə bağlı xalqla heç kim bacara bilməz. Mən bu rəqəmlərlə göstərmək istədim ki, biz mədəni müharibədə artıq qələbə qazanmışıq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha