Hövzə Xəbər Agentliyinin Tərcümə Qrupunun verdiyi məlumata əsasən,
“Qulna vəl-əməl”cəmiyyətinin sədri olan Livanlı əhli-sünnə alimi Şeyx Əhməd Qəttan, Sədnayel şəhərində Hacı Cihad Musanın evində keçirilən əzadarlıq mərasimində bildirib ki, Livanda Şeyx Nəim Qasim (Hizbullahın baş katibi), Nəbih Bərri (Parlament sədri) və Livanın gücünü, izzətini və çətinliklər qarşısında müqavimətini qorumağa sadiq olan bütün rəhbərlər olduqca biz qorxmuruq.
Şeyx Qəttan əlavə edib: Biz İmam Hüseynin (ə) inqilabına və qiyamına aid olduğumuzu dedikdə, özümüzü qürurlu və ləyaqətli hiss edirik. Müqavimət cəbhəsinə aid olduğumuzu söylədikdə isə qürur və şərəf hissi keçiririk. Biz burda az bir cəmiyyət olmağımıza baxmayaraq bəşəriyyəti məhv etmək istəyən zalımların qarşısında dayanmışıq.
O vurğulayıb: Biz Livanla bağlı narahat deyilik və Livana qarşı təhqiredici olan, yaxud Livan xalqını hədəf alan bütün bəyanatlara cavab vermək niyyətində deyilik. Əminik ki, qarşıdakı günlər Livanda sahib olduğumuz misilsiz gücü göstərəcəkdir. Bu, bizim inancımızdan, Livana olan sədaqətimizdən, vətənə duyduğumuz sevgidən, coşqudan və torpağımızı müdafiə etməyə olan bağlılığımızdan qaynaqlanan bir gücdür.
Livanlı əhli-sünnə alimi əlavə edib: Bu səbəbdən heç kim bizim silahlarımızı o cümlədən İsrailə və düşmənlərimizə qarşı istifadə etdiyimiz bu gücü əlimizdən ala bilməz.
O qeyd edib: Biz öz xalqımız, ordumuz və mübarizəmizlə güclü olduğumuz müddətdə var olmağa davam edəcəyik. Hər kim müqaviməti silahsızlaşdırmaq istəyirsə, ilk öncə düşməni Livanın bütün ərazilərindən geri çəkilməyə məcbur etməlidir.
Şeyx Qəttan qeyd edib: Bu düşmən Livanın bütün ərazilərindən tam şəkildə geri çəkildikdən sonra biz Livanı, işğal olunmuş Fələstində mövcud olan qaniçən rejimə (İsrail rejimi) qarşı qoruyacaq güclü bir müdafiə strategiyası haqqında düşünəcəyik. Çünki həmin qaniçən rejim (İsrail rejimi) bütün Fələstin ətrafındakı torpaqlara hakim olmaq istəyir. Onların düşüncə tərzinə görə İsrail, Fərat çayından Nil çayına qədər uzanmalıdır.
“Qulna vəl-əməl” cəmiyyətinin sədri bəyan edib: “Bizə qarşı yönəlmiş hücumlar çox böyükdür, lakin əminik ki, Allahın izni ilə sabitqədəm və möhkəm qalacağıq. Livanda biz həm yaxından, həm də uzaqdan müxtəlif fitnələr və sui-qəsdlər görürük. Amma bizim sözümüz budur: Mövqeyimizdə inancla möhkəm durduğumuz müddətdə biz düşmənə təslim olmayacağıq. Hamımız şəhid olsaq belə və nə qədər ki, imanımız Hüseynçi imanıdır, o vaxta qədər döyüşəcəyik. Ya qələbə çalana qədər, ya da şəhid olaraq zəfər qazanana qədər.Allahın istəyi ilə haqq yolu daim sabit və möhkəm qalacaq.
Şeyx Qəttan Fələstinlə bağlı dedi: “Qəzzada baş verənlər bir soyqırımdır. Yer üzündə heç bir ağıllı insan, Qəzza xalqının qarşılaşdığı qətl, cinayət, vəhşilik və soyqırımı inkar edə bilməz.
O əlavə edib: Livanda etdiyimiz fədakarlıqlar, Fələstinin işğal altındakı olan Qəzza bölgəsində xalqımızın göstərdiyi qəhrəmanlıqlarından heç də az əhəmiyyət daşımır. Biz bu yolda özümüzün ən ləyaqətli övladlarını, ən dəyərli və fədakar insanları qurban verdik. Biz dini liderlərimizi itirməmişik, əksinə onların şəhadəti ilə daha da güclənmişik. Çünki onların pak qanı bizə daha böyük iradə, əzm və səbir bəxş etmişdir. Bu da bir daha təsdiq edir ki, biz bu haqq yolundan əsla dönməyəcəyik.
Xəbərin sonu
Rəyiniz