Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, Ayətullah Ərafi İslam dünyasının bir sıra tanınmış şəxsiyyətlərinə və böyük alimlərinə ünvanladığı məktublarında bildirib:
Bu məktubu qəlbimi dərin hüznə qərq etmiş sionistlərin müharibə cinayətləri və İslam qardaşlığı ilə dolu bir ruhla təqdim edirəm.
Elmi Hövzələrin rektoru qeyd edib: Od-alov və aclıq içində qalan Qəzzə sakinləri, qardaş və bacılarımız ümid dolu baxışlarını İslam ümmətinə yönəldiblər. Müsəlman bir uşağın aclığı yalnız göz yaşına səbəb olmur, eyni zamanda İlahi dərgahda da heç bir üzr yeri qoymur qalsın.
Hövzələrin Ali Şurasının üzvü Qəzzadə yaşanan faciəni təkcə siyasi bir böhran kimi deyil, həm də İslam dünyasının birlik iddiasının səmimiyyətini və oyaq vicdanların səviyyəsini sınağa çəkən İlahi bir imtahan kimi dəyərləndirib.
Ayətullah Ərafi İslam dünyasının görkəmli alimlərinə müraciət edərək onlardan zülm tağutuna qarşı çıxmalarını, məzlumların aclıq fəryadlarını dünyaya çatdırmalarını, İslam dövlətlərini bu məsələyə cəlb etmələrini və mühasirənin aradan qaldırılmasını eləcə də həyati əhəmiyyətli yardımların çatdırılması üçün İslam ümməti və beynəlxalq qurumların təcili tədbirlər görməsini tələb etməyə dəvət edib.
Elmi Hövzələrin rektoru İslam ümmətini və beynəlxalq ictimaiyyəti əsaslı və təsirli tədbirlər görməyə çağıraraq, İslam ümmətinin elmi və mənəvi gücünün birləşdirilməsi məqsədilə beynəlxalq toplantı və ya seminar keçirməyə elmi hövzələrin hazır olduğunu bəyan edib.
O əlavə edib ki, Böyük təqlid mərcələri, İslam elmi hövzələri, qeyrətli İran xalqı və müqavimət cəbhəsi aclıq çəkənlərə və mübarizə aparan insanlara dəstək məqsədilə öz səslərini dünyaya çatdırırlar.
Ayətullah Ərafinin məktub ünvanladığı İslam dünyasının görkəmli alimləri, din xadimləri və nüfuzlu şəxslərin siyahısı:
1. Roma Katolik Kilsəsinin hörmətli rəhbəri XIV Leo həzrətləri
2. Hörmətli cənab Şeyx Əhməd əl-Tayyib, Şeyx Əl-Əzhər Şərif
3. Türkiyə Respublikasının Diyanət İşləri Başqanı professor Dr.Əli Erbaş
4. Cənab Şeyx Saleh bin Abdullah bin Həmid, Beynəlxalq İslam Fiqh Akademiyasının möhtərəm sədri
5. Professor doktor Əli Mühyiddin Qərədaği, Dünya Müsəlman Alimləri Birliyinin hörmətli sədri
6. Doktor Şeyx Məhəmməd əl-İsa, İslam Əməkdaşlıq Təşkilatına bağlı Rabitətul-Aləmil-İslam Liqasının baş katibi
7. İndoneziya Alimlər Şurasının hörmətli sədri Kiyai Hacı Miftahul Əxyar
8. İndoneziyanın “Alimlər Hərəkatı” təşkilatının hörmətli başçısı
Kiyai Hacı Yəhya Xəlil Taruq
9. İndoneziyanın “Muhəmmədiyyə” cəmiyyətinin möhtərəm başçısı professor doktor Heydər Nasir
10. Hindistan Milli Alimlər Cəmiyyətinin sədri cənab Seyyid Ərşəd Mədəni
11. Hindistan Əhli Sünnə və Cəmaət Alimləri Cəmiyyətinin baş katib cənab Şeyx Əbubəkr Əhməd
12. Hindistanın İmam Əhməd ibn İrfan Şəhid Universitetinin rektoru cənab Seyyid Salman Nədvi
13. Hindistan "İslam İcmasının" sədri cənab Seyyid Səadətullah Hüseyni
14. Hindistan "Əmir İslami İcmasının" hörmətli sədr müavini Vəliyullah Səidi
15. Pakistan "İslam İcmasının" sədri cənab Fəzl Rəhman
16. Pakistanın baş müftisi cənab Müfti Məhəmmədtəqi Osmani
17. Kəraçi “Camiətur Rəşid” İnstitutunun direktoru Müfti Əbdürrəhim
18. Pakistan Baş nazirinin dini məsələlər üzrə müşaviri cənab Tahir Əşrəfi
19. Pakistan "İslam İdeologiyası Şurasının" sədri cənab Raqib Nəimi
20. Pakistan "Sünni Birliyi Şurasının" sədri cənab Sahibzadə Hamid Rza
21. Pakistan "Sünni Hərəkatının" sədri cənab Məhəmməd Sərvət İcaz Qadiri
22. Pakistan " Əmir İslam İcmasının" sədr müavini cənab Ləyaqət Bəluç
23. Pakistanın Lahur şəhərində yerləşən “Minhəcul-Quran" hərəkatının sədri cənab Məhəmməd Tahir Qadiri
24. Pakistan Alimlər Cəmiyyətinin və Milli Vəhdət Şurasının sədri cənab dr.Əbulxeyr Məhəmməd Zubeyr
25. Pakistan Təhsil Qurumları İttifaqının baş katibi cənab Şeyx Munib Rəhman
26. Pakistan “Vifaq Ərəb mədrəsələri" təşkilatının direktoru Məhəmməd Hənif Caləndhəri
Rəyiniz