bazar 5 oktyabr 2025 - 22:51
Pakistanlı ruhani: Pakistan xalqı heç vaxt İbrahimi müqaviləsini və müstəmləkəçi planları dəstəkləməyəcək

Hövzə/Höccətül-İslam Baqir Abbas Zeydi bəyanatında bildirib ki, Pakistan xalqı heç vaxt müstəmləkəçi planları dəstəkləməyəcək və hər zaman məzlum Fələstin xalqının yanında dayanacaq.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına əsasən, Sind əyaləti üzrə Pakistan Müsəlmanlarının Vəhdət məclisinin  başçısı Höccətül-İslam Seyid Baqir Abbas Zeydi ABŞ və İsrail prezidentlərinin son bəyanatlarına, həmçinin İbrahimi müqaviləsi və Trampın 20 maddəlik sənədi ilə bağlı planların açıqlanmasına cavab olaraq verdiyi bəyanatda bu planları pisləyib və vurğulayıb ki, Pakistan xalqı heç vaxt bu cür razılaşmaları dəstəkləməyəcək, qətiyyətlə Fələstin xalqının yanında dayanacaq.

O, sionist rejimin son hücumlarına və siyasətlərinə, eləcə də ABŞ-ın Təl-Əvivi dəstəkləməkdəki roluna işarə edərək deyib: “İrəli sürülən planların əsas məqsədi İsrailin mənafelərini qorumaqdır. Bu kimi planlar sülhü bərqərar etmək üçün deyil, fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu zəiflətmək və işğalçılığı möhkəmləndirmək istiqamətindədir. ABŞ tərəfindən təqdim edilən təkliflər əslində sülhə deyil, Fələstin xalqının ərazi və hüquqi baxımdan aradan qaldırılmasına xidmət edir.

Pakistanlı ruhani davamında qeyd edib: Yardım təşkilatlarına və yardım karvanlarına hücumlar, beynəlxalq fəalların həbs edilməsi və humanitar yardımın məhdudlaşdırılması sionist rejimin və onun himayədarlarının əsl üzünü göstərir. O, Qəzza xalqının müqavimətinə və dözümünə tam dəstək ifadə edərək, xüsusilə BMT və beynəlxalq insan hüquqları təşkilatlarından mülki şəxslərin qorunması və köməyin təminləşdirilməsi üçün ciddi və dərhal müdaxilə tələb edib.

Höccətül-İslam Baqir Abbas Zeydi İbrahimi müqaviləsinə və bəzi rəsmilərin bu sənədi dəstəkləyən bəyanatlarına işarə edərək bildirib: “Region xalqları və Pakistan ictimaiyyəti heç vaxt işğala xidmət edən və fələstinlilərin hüquqlarını zəiflədən bu cür müqavilələrin qəbuluna razı olmayacaqlar. Əgər amerikalılar doğrudan da sülh tərəfdarıdırsa, birtərəfli razılaşmaları təşviq etmək və yaşayış məntəqələrinin tikintisini dəstəkləmək əvəzinə, fələstinli qaçqınların geri dönməsini təmin etməli və Fələstin xalqının qanuni hüquqlarını qorumaq istiqamətində addımlar atmalıdırlar.”

O, çıxışının başqa bir hissəsində vurğulayıb ki, Trampın 20 maddəlik sənədi əslində “Böyük İsrail” planının həyata keçirilməsi üçün bir müqəddimədir. O, beynəlxalq ictimaiyyəti fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu tanımağa və müstəqil Fələstin dövlətinin qurulmasını real həll yolu kimi izləməyə çağırıb. Həmçinin qeyd edib ki, fələstinlilərin həqiqi nümayəndələrinin iştirakı və razılığı olmadan həyata keçirilən istənilən plan və ya tədbir qəbulolunmazdır.Pakistan nə müstəqil, nə də partiya səviyyəsində bu kimi addımları təsdiq etməməlidir.

Sonda Höccətül-İslam Baqir Abbas Zeydi hökumətə müraciət edərək bildirib ki, Fələstinlə bağlı hər hansı mövqe bildirməzdən və ya beynəlxalq sənədi qəbul etməzdən əvvəl məsələ parlament məsləhətləşmələri və ümumxalq referendumu çərçivəsində müzakirə edilməlidir ki, Pakistan xalqının bu mövzudakı əsl iradəsi aydın olsun. O vurğulayıb ki, Fələstin xalqına dəstək onların azadlığına və tam hüquqlarına nail olana qədər davam edəcək və bu haqqın alçaldılmasına yönəlmiş istənilən cəhd, xalqın şüurlu müqaviməti ilə qarşılanacaq.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha