bazar ertəsi 6 oktyabr 2025 - 19:47
Xarici İşlər Nazirliyinin Qəzzada atəşkəs planına reaksiyası ilə bağlı bəyanatı

Hövzə/ Ölkəmizin Xarici İşlər Nazirliyi deyib: Qəzzada etnik təmizləmənin, hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin dayandırılmasını təmin edən və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun bərpasına şərait yaradan hər bir təşəbbüsü daim dəstəkləmişik.

Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata əsasən,ölkəmizin Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs planına reaksiyasında yaydığı bəyanatda deyib: İran Qəzzada etnik təmizləmənin və hərbi cinayətlərin dayandırılmasını təmin edən hər bir təşəbbüsü daim dəstəkləyib.

Bəyanatda qeyd olunur: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Qəzzada davam edən soyqırımı ilə mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin BMT-nin 1948-ci il “Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına” əsasən hüquqi və mənəvi məsuliyyətini, həmçinin bütün dövlətlərin Fələstin xalqının qanuni və haqlı mübarizəsinə öz müqəddəratını təyin etmək, sionist rejimin işğal, ayrı-seçkilik və müstəmləkəçiliyindən qurtulmaq uğrunda mübarizəsinə yardım etmə məsuliyyətini xatırladaraq vurğulayıb ki, İran Qəzzada etnik təmizləmənin, hərbi və insanlığa qarşı cinayətlərin dayandırılmasını təmin edən və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun bərpasına şərait yaradan hər bir təşəbbüsü daim dəstəkləyib.

İran İslam Respublikası bu planın təhlükəli ölçülərini və tərəflərini nəzərə alaraq, sionist rejimin vədlərinə əməl etməməsi və təxribatçılığının təkrarlanması barədə bir daha xəbərdarlıq edib. Xüsusilə bu rejimin ekspansionist (işğalçı) və irqçi planları fonunda, İran bu məsələyə dair qərarvermə səlahiyyətinin Fələstin xalqına və müqavimət hərəkatına aid olduğunu bildirib və onların hər bir qərarını fələstinlilərə qarşı soyqırımın dayandırılmasını, sionist işğalçı ordunun Qəzzadan çıxarılmasını, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna hörmət göstərilməsini, humanitar yardımların daxil olmasını və Qəzzanın bərpasını təmin edəcək hər bir qərarı alqışlayacağını bəyan edib.

Qəzzada törədilən cinayətlərin və soyqırımın dayandırılması, sionist rejimin cinayətlərinə görə hüquqi və məhkəmə məsuliyyətinin həyata keçirilməsi, eləcə də Qəzza zolağında hərbi cinayətlər, soyqırımı və insanlığa qarşı cinayətlərin təşkilatçı və icraçılarının müəyyənləşdirilməsi və mühakimə olunması istiqamətində dövlətlərin və səlahiyyətli beynəlxalq qurumların məsuliyyətini aradan qaldırmır.
İran İslam Respublikası Qəzzanın məzlum xalqına təcili humanitar yardımların göndərilməsi üçün şəraitin yaradılacağına ümid etdiyini bildirərək, bu istiqamətdə iştirak etməyə hazır olduğunu bəyan edib.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha