Hövzə xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Cavadi Amuli Mazandaran vilayətində “Təsnim Təfsiri” konfransının təşkilat komitəsinin üzvləri ilə görüşdə, konfransın iştirakçıları üçün həm dünyada, həm axirətdə uğur və xeyir duası edərək belə buyurublar:
“Bu mübarək iyyəkə nəbudu (yalnız sənə ibadət edirik) Quran ayəsi, iyyəkə nəstəin (yalnız səndən yardım diləyirik) olmadan anlam kəsb etmir. Çünki insana Allah yardım etmədən heç bir işi başa çatdıra bilərmi? Hər hansı uğur yalnız Allahın köməyi ilə əldə edilir: İyyəkə nəbudu və iyyəkə nəstəin olmadan olmaz.
Həzrət, bu konfransın elmi və hövzəvi mahiyyətinə işarə edərək əlavə etdi: “Təsnim Təfsiri hövzəyə aiddir. Şübhəsiz ki, bu iş hövzə işidir. Mən bu böyük icmanın qarşısında yalnız bir insanam. Bizim təfsir dərsimiz başlanğıcından etibarən hövzə alimləri tərəfindən böyük maraqla qarşılandı və dörd nəsil tələbə və alim, tənqid və şübhələrin aradan qaldırılması mühitində bundan faydalandı.”
Həzrət Ayətullah Cavadi Amuli buyurub: Cahili alim etmək asandır, lakin cəhaləti aradan qaldırmaq və insanı ağıllı etmək çox daha çətindir. Cəhalətin aradan qaldırılması və insanların elm sahibi olması vəzifəsi hövzələrin və universitetlərin üzərinə düşür. Məscidlərin vəzifəsi isə nadanlığı aradan qaldırmaq, dini əxlaqı cəmiyyətin dərinliklərinə yeritmək və insanların ədalətli olmalarına şərait yaratmaqdır. Lakin ruhaniyyətin vəzifəsi daha uca bir mərtəbədədir. Bu isə cahiliyyətin kökünü kəsməkdir. Hər zaman özünü imamət və ümmət sisteminə bağlı saxlamaq lazımdır. Çünki onun məqsədi cahiliyyəti tamamilə məhv etməkdir.
Həzrət belə buyurub: “Müqəddəs müdafiə dövründə, Kürdüstanın soyuğunda öz mövqelərini qorumaq üçün o qədər döyüşən döyüşçülərimiz vardı ki, soyuqdan donaraq şəhid oldular. Onların pak cəsədləri Qum şəhərində yerləşən Həzrət Məsumənin (ə.s) hərəmində olan Əzəm məscidinə gətiriləndə, adətən yas mərasimlərində Quran oxuyub Fatihə oxuyuruq və tez çıxırıq, amma o gecə mərasimin sonuna qədər oturub ağladım. Bu ağlama sadəcə savab üçün deyildi, utanmaq ağlaması idi. İndi də cəmiyyətdə belə insanlar mövcuddur və belə insanlara sahib olmaqla cahilliyi cəmiyyətdən aradan qaldırmaq mümkündür.”
Həzrət Ayətullah Cavadi Amuli, konfransın təşkilatçıları üçün dua edərək belə buyurub:“Ümid edirik ki, siz də uğur qazanasınız və etdiyiniz bütün işləri ilahi yol uğrunda sərf edəsiniz; mükafatınız Həzrət İmam Zaman (ə.f) ilə olsun inşallah və hamınızın səyləri sayəsində İslam dövləti İmamət və ümmət dövlətinə çatsın.
Xəbərin sonu.
Rəyiniz