çərşənbə axşamı 23 dekabr 2025 - 08:08
Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Hövzə / Ölkə üzrə elmi hövzələrin rektoru kəlam elminin fiqh və üsul sahələrindəki ictihad səviyyəsi ilə eyni elmi mərtəbəyə yüksəldilməsinin zəruriliyini vurğulayaraq, kəlam mətnlərinin yenidən işlənməsinə, kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsinə, müasir şübhələrə fəal və elmi cavab verilməsinə, habelə müasir dünyanın intellektual və elmi çağırışları ilə üzləşmə meydanlarında təsirli iştirakın təmin olunmasına çağırış edib.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, elmi hövzələrin Təhsil Nazirliyinin təşəbbüsü və kəlam elmi üzrə ixtisaslaşmış mərkəzlərin əməkdaşlığı ilə Elmi Hövzələrin İdarəetmə ofisində keçirilən, “öncül və nümunəvi hövzə” tövsiyəsinin reallaşdırılmasına həsr olunmuş səkkizinci ideya mübadiləsi iclasında çıxış edib.

Ayətullah Ərafi, Rəcəb ayında olan münasibətlər və İmam Məhəmməd Baqirin (ə) mövludu münasibətilə təbriklərini çatdıraraq, bu ayları mənəvi və əxlaq baxımından seçkin imkanlara malik dövrlər kimi xarakterizə edərək qeyd edib:
İslam maarifinin mühüm təzahürlərindən biri dua və ziyarətin etiqad əsaslarının möhkəmləndirilməsi və formalaşdırılmasındakı roludur.  Maarif ilə bağlı etiqadımızın mühüm bir hissəsi məhz dua və ziyarət aynasında təcəlli tapmışdır.

Baxın:
Ayətullah Ərafi kəlam elmi üzrə müəllimlərin iştirakı ilə birgə keçirilən toplantıdan fotolar

Ölkə üzrə elmi hövzələrin rektoru, müəllimlərin göstərdikləri səyləri yüksək dəyərləndirərək, maarif sahəsində əqli (rasional) ictihadın prioritetləşdirilməsinin, kəlam elmi üzrə tədqiqat yönümlü ali seminar dərslərinin genişləndirilməsinin, elmi mətnlərin əsaslı şəkildə yenidən işlənməsinin, müasir dünyanın elmi proses və transformasiyalarına sistemli diqqətin ayrılmasının, habelə elmi hövzələrin qlobal intellektual və fikir müstəvilərində fəal və təsirli iştirakının zəruriliyini xüsusi olaraq vurğulayıb.

🔴Şübhəsiz ki, hövzənin birinci dərəcəli prioriteti elm və maarif sahəsində geniş, məntiqli, rasional və düzgün istinbat və ictihadın həyata keçirilməsi olmalıdır. Eyni zamanda, maarifləndirmə və geniş şəkildə izah, şübhələrin aradan qaldırılması, habelə ideoloji-fikri hücumlara qarşı mübarizə də birinci dərəcəli prioritet kimi ardıcıl şəkildə davam etdirilməlidir.🔴🔴

Ayətullah Ərafi elmi hövzənin təhsil struktur üzrə müavini və bu iclasın təşkilində iştirak edən bütün məsul şəxslərə təşəkkürünü bildirərək, bu cür fikir mübadiləsi xarakterli görüşlərin davamlı olacağına ümidvar olduğunu və hövzənin müxtəlif bölmələrinin əməkdaşlığı ilə kəlam mövzularının daha da tamamlanıb genişləndiriləcəyini vurğulamışdır.

O, təhsil, tədqiqat, izah və təbliğ, həmçinin etiqad və kəlam mövzularının elmi-diskurs səviyyəsində formalaşdırılması sahələrində həyata keçirilmiş genişmiqyaslı fəaliyyətləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu fəaliyyətlərin mühüm bir hissəsi hövzə daxilində, xüsusilə də hörmətli müəllimlərin fədakar səyləri nəticəsində həyata keçirilir. Bunun özü də təqdirə layiqdir.

Ayətullah Ərafi etiqad ilə bağlı mövzuların məzmun baxımından əhəmiyyətini vurğulayaraq demişdir: Şübhəsiz ki, hövzənin birinci və əsas prioriteti fundamental və maarif sahəsində hərtərəfli, məntiqi, rasional və düzgün istinbat və ictihadın aparılması olmalıdır. Bununla paralel olaraq maarifin təbliği, izahı, şübhələrin aradan qaldırılması və ideoloji-fikri hücumlara qarşı sistemli mübarizə də birinci dərəcəli prioritet kimi davam etdirilməlidir.

Ölkə üzrə elmi hövzələrin rektoru çıxışının davamında son illərdə hövzə idarəçiliyinin keçdiyi yolu şərh edərək qeyd etmişdir ki, bütün çətinliklərə, çatışmazlıqlara və hövzə fəaliyyətinə xas olan təbii problemlərə baxmayaraq, hövzənin fəaliyyət trayektoriyasının fundamental məntiq əsasında, həmçinin İslam İnqilabının Ali Rəhbərinin, böyük təqlid mərcələrinin və hövzə camiəsinin tələbləri nəzərə alınmaqla formalaşdırılmasına ciddi səy göstərilmişdir. Arzu olunan vəziyyətlə hələ də əhəmiyyətli fərqin mövcudluğuna baxmayaraq, ümumi konseptual dizayn, mövzu üzrə təhqiqat, strateji sənədlərin hazırlanması və ixtisas sahələrinin strukturlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

O, son beş il ərzində geniş hövzə ixtisaslarının və kompleks sənədlərin hazırlanmasında minə yaxın mütəxəssisin yaxından iştirak etdiyini xatırladaraq bildirib ki, bəzi tənqidlərə baxmayaraq, bu proses ardıcıl şəkildə davam etdirilmiş və hazırda sözügedən sənədlər hövzə elmlərinin əsas çərçivəsi kimi ölkə daxilində və xaricində elmi dairələrin diqqət mərkəzindədir. Bununla belə, müasir dünyanın sürətli ideya transformasiyaları və qlobal demoqrafik dəyişikliklər nəzərə alındıqda, görülən işlərin hələ də kifayət etmədiyi vurğulanmışdır.

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Ayətullah Ərafi hövzənin müxtəlif sahələrində, o cümlədən geniş dini təbliğat şəbəkəsinin təşkili, məktəblərə dəstək və təbliğat və dövlət qurumları ilə əməkdaşlıq kimi 100-dən artıq mühüm layihənin həyata keçirilməsinə toxunaraq bildirmişdir: “Baxmayaraq ki, bu məsələlərin bəzisi hövzə rəhbərliyinin rəsmi vəzifələrinə daxil deyil, lakin dini məsuliyyət onu tələb edir ki, bu sahələrdə də səylər göstərilsin.

O, müasir dünyanın mürəkkəb və çaşdırıcı ideya mühitinə işarə edərək, kəlami elmi üzrə fəaliyyətləri qlobal səviyyədə yaranan şübhələr və çağırışlarla müqayisədə məhdud hesab etmiş və əlavə etmişdir: “Hövzə kəlam elmi sahəsində geniş və hərtərəfli bir proqram, dəqiq iş bölgüsü və bütün ideya sahələrini o cümlədən yeni ateizmdən başlayaraq öz səlahiyyəti çərçivəsində və sektalara aid şübhələrə qədər əhatə edən aydın bir xəritəyə ehtiyac duyur.

Ölkə üzrə elmi hövzələrin rektoru kəlam elmi üzrə araşdırma xarakterli ali seminar dərslərinin genişləndirilməsini təcili zərurət hesab edərək qeyd etmişdir: “Kəlam elmi üzrə ali seminar dərsləri həm elmi çəkidə, həm də tədqiqat metodologiyası baxımından fiqh prinsipləri üzrə aparılan tədqiqatlarla eyni səviyyədə olmalıdır. Gözlənilir ki, yaxın gələcəkdə hövzədə onlarla kəlam elmi üzrə ali təhsil ictihad nəticələri ilə zənginləşdirilərək təşkil edilsin.

🔴🔴Hövzədə süni intellekt sahəsində ilahiyyat, fəlsəfə, fiqh, əxlaq və hüquq məsələlərinin ciddi şəkildə gündəmə gətirilməsi vacibdir🔴🔴

Hövzənin Ali Şura üzvü klassik kəlam, təfsir və fəlsəfi mətnlərin bərpası və yenidən canlandırılmasını digər mühüm imkan kimi qiymətləndirərək bildirmişdir: “Hövzə böyük bir elmi irsə sahibdir və bu irs kənara atılmamalıdır. Bu mətnlər hövzə irsinin rasional əsasını təşkil edən struktur kimi diqqətə alınmalı və yenidən oxunmalıdır.”

Ayətullah Ərafi dördüncü səviyyədən sonra daha yüksək təhsil səviyyələrinin mühüm zəruriliyinə, kəlam elmi üzrə ixtisas sahələrində istedadlı kadrların hazırlanmasına və kəlam elmi üzrə biliklərin identitet formalaşdırılması baxımından önəminə toxunmuş və əlavə etmişdir: Kəlam elmi kimi yanaşma dini maarifin izahında fundamental rol oynayır və fəlsəfədən ağıllı şəkildə istifadə etməklə, iradəsiz və kritik olmayan təqlid olmadan gücləndirilməlidir.

O, universitetlərlə fəal əlaqələrin qurulmasını və qlobal elmi müstəvidə iştirakın bu gün hövzə üçün vacib şərtlərdən olduğunu vurğulayaraq qeyd etmişdir: Hövzənin elmi məhsulları həm ölkədaxili, həm də beynəlxalq universitetlərdə, kilsələrdə və elmi forumlarda rasional müzakirə və müdafiə aparmaq qabiliyyətinə malik olmalıdır.

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Ölkə üzrə elmi hövzələrin rektoru çıxışının davamında bildirmişdir ki, yeni elmlərlə, Qərb fəlsəfəsi, humanitar elmlər və ilahiyyatla bağlı təməl elmlərlə, xüsusilə fizika və kosmologiya ilə tanışlıq vacibdir. O qeyd etmişdir ki, bir çox yeni şübhələr məhz bu sahələrdən qaynaqlanır və onları dərindən bilmədən adekvat cavab vermək mümkün deyil.

O, sürətlə inkişaf edən texnologiya və süni intellekt sahələrinə toxunaraq bunları gələcəyin ən önəmli çağırışlarından və imkanlarından biri hesab etmiş və demişdir: Hövzədə süni intellekt sahəsində ilahiyyat, fəlsəfə, fiqh, əxlaq və hüquq məsələlərinin ciddi şəkildə gündəmə gətirilməsi vacibdir. Çünki süni intellekt artıq sadəcə bir vasitə deyil, yaxın gələcəkdə bilik istehsalında fəal iştirakçıya çevriləcəkdir.

🔴Kəlam elmi üzrə ali seminar dərslərinin həm elmi çəkisi, həm də tədqiqat metodologiyası baxımından üsul-fiqh üzrə aparılan tədqiqatlarla eyni səviyyədə olmalıdır.🔴🔴

Ayətullah Ərafi çıxışının sonunda  etiqadın əsas prizmalarının hazırlanması, kəlam elmi üzrə  metodologiya yanaşmasının və rasional ictihad metodunun gücləndirilməsinin vacibliyini vurğulamış, müəllimlərin iştirakı üçün təşəkkürünü bildirərək, müzakirə olunan mövzuların kollektiv səylə davam etdirilərək praktik nəticələrə gətirib çıxarılacağına ümidvar olduğunu ifadə etmişdir.

Qeyd etmək lazımdır ki, Ali Rəhbərin hövzələrə ünvanladığı çağırışların həyata keçirilməsi məqsədilə kəlam elmi üzrə çalışan müəllimlər üçün keçirilmiş səkkizinci ideya mübadiləsi iclasında bu elmin elmi, tədris və strateji məsələləri nəzərdən keçirilmiş, həmçinin müasir ideya çağırışlarına qarşı kəlam elmi üzrə biliklərin mövqeyinin gücləndirilməsi yolları müzakirə olunmuşdur. Bu iclasda öz fikir və təkliflərini səsləndirən müəllimlərin baxışlarının hesabatı sonrakı mərhələdə yayımlanacaqdır.

Xəbərin sonu

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Kəlam elmi üzrə ali seminar dərslərinin genişləndirilməsi təxirəsalınmaz zərurətdir / Qlobal elmi meydanlarda fəal iştirakın vacibliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha