bazar ertəsi 16 mart 2026 - 20:46
Ənsarullah hərəkatı İranın yanında dayanmaq qərarının qəbul edildiyini elan etdi

Hövzə | Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl‑Buxeyti, İran İslam Respublikasının yanında dayanmaq qərarı qəbul edildiyini elan edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına görə, Yəmənin “Ənsarullah” hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl‑Buxeyti İran İslam Respublikasının yanında dayanmaq qərarının qəbul edildiyini bildirib. O qeyd edib ki, Ənsarullah hərəkatı bölgədə baş verən hadisələri tam diqqətlə izləyir, həmçinin ABŞ və İsrailə qarşı hücuma keçmək üçün tam hazır olduğunu bildirib.

Əl‑Buxeyti deyib: Qanuna əsasən İranın haqqıdır ki, ona qarşı hücumun həyata keçirildiyi regionda yerləşən bütün Amerika bazalarını hədəf alsın.

O daha sonra vurğulayıb: İrana qarşı əvvəllər irəli sürülən bütün ittihamlar bu gün tam iflasa uğrayıb və bu isə hamıya aydındır. Bu gün artıq məlumdur ki, İranın mövqeyi İslam ümmətinin məsələlərini müdafiə edən prinsipial mövqedir.

Ənsarullah hərəkatının rəsmisi regiondakı bütün qüvvələri ABŞ-ın təcavüzünü qınamağa və yaranmış qarşıdurmada İranın yanında dayanmağa çağırıb.

O bildirib ki, bugünkü hədəf yalnız İran deyil, bütün ərəb və İslam ölkələridir.

Əl-Buxeyti bütün region xalqlarına müraciət edərək deyib: Biz bu məcburi mübarizəni sona qədər davam etdirməliyik ki, öz şərtlərimizi həyata keçirməyə nail olaq.

O əlavə edib: Bu, taleyüklü bir qarşıdurmadır və haqqın qələbəsi onun nəticəsindən asılı olacaq.

Hərəkat rəsmisi həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının məqsədi Fars körfəzi ölkələrinin təhlükəsizliyini təmin etmək deyil, əksinə, onları İrana qarşı müharibələrə cəlb etməyə çalışır.

Ənsarullah hərəkatı İranın yanında dayanmaq qərarının qəbul edildiyini elan etdi

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl‑Buxeyti 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha