Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru, eyni zamanda “Bəlağe mubin” qərargahının siyasət müəyyənləşdirmə şurasının sədri Ayətullah Əlirza Ərafi tərəfindən ünvanlanan mühüm məktubun geniş mətni belədir:
Allahın adı ilə
Möhtərəm tələbə və müəllimlərə, o cümlədən bəsic üzvlərinə, mübariz insanlara, hövzənin bütün şəxsiyyət heyətinə, eləcə də aidiyyatı qurumlara, rəhbərlərə, vəzifəli şəxslərə, dini və mədəniyyət sahəsində fəaliyyət göstərən hər bir şəxsə öz səmimi salam və ehtiramımı çatdırıram.
Bütün ilahi peyğəmbərlərə və övliyalara, xüsusilə peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd Mustafaya (s) və yer üzərində Allahın sonuncu höccəti olan həzrət İmam Zamana (ə.f) Allahın salam və rəhməti olsun.
Mərhum İmam Xomeyninin (r), əziz şəhidlərin, xüsusilə İslam yolunda yolunda şəhid olmuş qəhrəmanların, şəhid uşaqların, yeniyetmələrin və xanımların, eləcə də şəhid sərkərdələrin və qüdrətli, şərəfli İran İslam Respublikasının silahlı qüvvələrinin canından keçmiş şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Mübarək Fitr bayramının gəlişi və yeni şəmsi ilin başlanması münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Eyni zamanda, aidiyyəti qurumlara, işçi qruplarına, ruhani və hövzə mənsublarına, xüsusilə Qum şəhərində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən “Bəlağe Mubin” qərargahına, mübarək Ramazan ayı və yeni ilin tətil günlərində həyata keçirdikləri mədəni, təbliğat, xidmət və cihad yönümlü fəaliyyətlərə görə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Xüsusilə “Ramazan ayında baş vermiş müharibə” çərçivəsində bu vətənin cəsur xalqı və fədakar gəncləri ilə yanaşı, geniş iştirakı ilə nümayiş etdirdikləri qəhrəmanlıq və mübariz ruhlu fəaliyyətləri yüksək qiymətləndirirəm.
Bu qeyd olunanların davamı olaraq və əvvəlki vurğulara istinadən aşağıdakı mühüm nöqtələri bir daha ali diqqətinizə çatdırıram:
1. Ramazan ayında baş vermiş bu müharibə İran İslam Respublikasının, o cümlədən İslam dünyası və inqilabının, həmçinin region və müqavimət cəbhəsinin, eləcə də hövzə və ruhaniyyətin köklü hərəkatının yolunda yeni tarixi və strateji mərhələ hesab olunur. Bu böyük sivilizasiya mübarizəsi İslam cəbhəsi ilə küfr cəbhəsinin tammiqyaslı qarşıdurmasıdır ki, İslam tarixi, İslam ümməti və İran İslam Respublikası üçün misilsiz xarakter daşıyır. İlahi lütf, Əhli-beytin (ə) inayəti, Ali Məqamlı Rəhbərin uzaqgörən və müdrik göstərişləri, eləcə də qüdrətli silahlı qüvvələrin və aidiyyəti qurumların fədakar səyləri sayəsində bu meydan parlaq nailiyyətlərlə müşayiət olunmuşdur. Xalqın və rəşadətli silahlı qüvvələrin iştirakı imperialist dövlətlərin və onun tərəfdarlarının hesablamalarını dəyişdirmiş, mübarizə və müdafiənin yeni modelini ortaya qoymuşdur. Bu proses son qələbənin əldə olunmasına qədər davam edəcəkdir. Bu sahədə hövzənin, ruhaniyyətin və hamımızın missiyası böyük və tarixə düşən bir missiyadır. Mərhum İmam Xomeyni (r) və Ayətullah üzma Seyid Əli Xameneinin (r), eləcə də Ali Məqamlı Rəhbərin və böyük mərcəyi-təqlidlərin göstərişlərinə əsaslanaraq, bu missiyanı vəzifələrin ön sırasına çıxarmalı, müharibə məsələlərini prioritet etməli və izah cihadında, həmçinin şərəfli döyüşçülərə və hərbi silahı qüvvələrə hərtərəfli dəstək istiqamətində, təbliğ və xidmət sahəsində geniş iştirakı ilə bütün vasitə, üsul və elmi-mədəni potensialdan istifadə edərək proqram və fəaliyyətləri davam etdirməliyik. Bütün mərkəzlər, məktəblər və aidiyyəti qurumlar böyük bir qərargah kimi vahid və əlaqəli şəkildə ölkə üzrə əziz xalqla birlikdə və “Bəlağe Mubin” qərargahı ilə koordinasiyada öz səylərini, ruh yüksəkliyini və fəaliyyətlərini artırmalıdırlar.
2. Yeni seçilmiş Ali Məqamlı Rəhbər ilə beyət, onun verdiyi proqramların həyata keçirilməsi üçün çalışmaq, eləcə də hərbi, hüquq-mühafizə, təhlükəsizlik və xidmət strukturlarına hərtərəfli dəstək, həmçinin İran xalqının etdiyi iştirakının məqsədyönlü şəkildə yaşadılması və yüksəldilməsi üç əsas istiqamətdən ibarətdir. Yüksək əzm və bütün imkanların səfərbər edilməsi ilə bu istiqamətlərə xüsusi diqqət yetirilməlidir.
5. Bütün mədəni fəaliyyətlərin zəncirvari şəkildə əlaqələndirilməsi və təbliğ imkanlarının vahid platformada birləşdirilməsi bu gün hər zamankından daha artıq danılmaz zərurətə çevrilmişdir. Bu mühüm məsələ qurum və təşkilatlar arasında yüksək səviyyəli koordinasiyanı, məntiqi və möhkəm əmək bölgüsünə əsaslanan birgə planlaşdırmanı, sahə qüvvələrinə, gənc tələbə və hövzənin məsul şəxslərinə eləcə də mübariz ruhiyyəli qruplara xüsusi etimad göstərilməsini, habelə ölkə daxilində və xaricində olan məscid və virtual məkanlarda fəaliyyət göstərən mədəniyyət fəalları ilə sistemli şəkildə əməkdaşlığın qurulmasını zəruri edir.
4. Beynəlxalq yanaşmanın tətbiqi, qlobal mühitin xüsusiyyətlərinə həssas yanaşma, İslam və inqilab maarifinin, müharibənin reallıqlarının və bu böyük qarşıdurmanın müxtəlif aspektlərinin dünya xalqlarına və müxtəlif institutlara aydın şəkildə izah edilməsi hövzənin əsas vəzifələrindən biri hesab olunur. Reallıqların düzgün və obyektiv qavranılması, mövcud sualların dəqiq müəyyənləşdirilməsi, qlobal miqyasda idrak müharibəsinin mahiyyətinin dərk edilməsi və dünya ictimai rəyinin məqsədyönlü şəkildə istiqamətləndirilməsi bu təbliğ və mədəniyyət missiyasının beynəlxalq müstəvidə uğurla həyata keçirilməsinin başlıca şərtlərindəndir.
5. Qeyd edilməlidir ki, qabaqcıl və nümunəvi hövzə, eləcə də ruhaniyyət öz uzun və şərəfli tarixləri boyunca daim mühüm meydanların ön sıralarında yer almışdır. Cihad, müqavimət və xalqa xidmət ruhiyyəsi onların həyat və fəaliyyətində açıq şəkildə təcəssüm edir və onlar bu ilahi və ictimai əhdə sadiqlik nümayiş etdirməkdədirlər. Elm, mənəviyyat və əxlaqın inkişafı, həmçinin elm, əxlaq və tərbiyə ilə bağlı missiyaların icrası hər zaman diqqət mərkəzində olmuşdur və hazırkı mərhələdə bu ali hədəflər geniş cihadla, eləcə də cinayətkar Amerika və sionist qüvvələri ilə qətiyyətli və möhkəm iradə ilə vəhdət təşkil etməlidir.
Bütün xalqın, həmçinin möhkəm iradəli gənclərin sağlamlığını, izzət və uğurlarını, eləcə də İslamın küfr üzərində qələbəsini, əziz xalqın və silahlı qüvvələrin düşmənlər üzərində zəfərini uca Allahdan diləyirəm.
وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
Ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi
20 mart 2026-cı il
Rəyiniz