bazar ertəsi 25 may 2026 - 19:07
Bəhreyndə şiələrə qarşı ardıcıl təzyiqlər: Kiçik adada matəm mərasimlərinə qadağa

Hövzə / Fars körfəzində yerləşən bu kiçik adada şiə icmasının tanınmış şəxslərinə və dini toplumun üzvlərinə qarşı sərt və amansız repressiyalar həyata keçirilmişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Fars körfəzində yerləşən kiçik adada şiə icmasına qarşı sərt təzyiqlər davam edir. Rəsmilər dini mərasimlərə və şiə icmasının tanınmış şəxslərinə qarşı məhdudiyyətlər tətbiq edirlər.

Məlumata görə, şiə məhbuslar Zilqədə ayının 29-cu günü İmam Cavadın (ə) şəhadətinin ildönümünü münasibətiylə mərasim edərkən həbsxana gözətçiləri onların saxlanıldığı yerə hücum edib və matəm keçirənləri döyüblər.

Daha sonra həmin məhbuslar təcridxana kameralarına köçürülüb.

Bildirilib ki, "Jau Prison “Cou” həbsxanasında yüzlərlə Bəhreyn vətəndaşı yalnız dinc etirazlarda iştirak etdiklərinə görə saxlanılıb.

Məlumata əsasən, 2011-ci ilin fevralından etibarən minlərlə insan Bəhreyndə dinc etiraz aksiyaları keçirir.

Hakimiyyət orqanlarının bu etirazları genişmiqyaslı şəkildə yatırdığı və 2011-ci il 14 martda Səudiyyə Ərəbistanı və BƏƏ qüvvələrinin ölkəyə daxil olaraq prosesə dəstək verdiyi bildirilir.


Mənbə: Alahed News

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha