şənbə 30 may 2026 - 21:22
Qalibaf: Danışıqlar masasında əldə etdiyimiz üstünlüklərin arxasında raket gücü dayanır

Hövzə / Parlamentin sədri və ölkəmizin danışıqlar heyətinin rəhbəri ABŞ-la aparılan danışıqlarla bağlı açıq bəyanatında vurğulayıb: Biz nailiyyətləri danışıqlar yolu ilə deyil, raketlərin gücü ilə əldə edirik.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Məhəmmədbaqir Qalibaf üç bənddən ibarət bəyanatında İranın ABŞ-la danışıqlarla bağlı mövqeyini açıq şəkildə bəyan edib:

1. Biz nailiyyətləri danışıqlar yolu ilə deyil, raketlərin gücü ilə əldə edirik. Danışıqlarda isə yalnız onları qarşı tərəfə izah və qəbul etdiririk.


2. Heç bir təminata və verilən vədlərə etibar etmirik. Bizim üçün yeganə meyar qarşı tərəfin əməli davranışıdır. Qarşı tərəf addım atmadan İran heç bir addım atmayacaq.


3. Hər hansı bir razılaşmanın həqiqi qalibi, həmin razılaşmadan sonrakı gündən etibarən müharibəyə daha yaxşı hazırlaşan tərəfdir.

Qalibaf: Danışıqlar masasında əldə etdiyimiz üstünlüklərin arxasında raket gücü dayanır

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha