Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Hüseynin (ə) Ərbəin yürüşü bəşəriyyət tarixinin ən böyük insan toplaşmalarından biri olmaqla yanaşı, təkcə dini mərasim deyil, həm də müqavimət ruhunun möhkəmləndirilməsi və İmam Məhdi (ə.f) zühuruna hazırlıq yolunda tərəfdarlar yetişdirən bir cəbhə kimi qiymətləndirilir. Bu hərəkatın məqsədi qlobal qiyama və ilahi ədalətin bərqərar olmasına hazırlıqdır.
Sual:
İmam Hüseynin (ə) Ərbəin ziyarətinin piyada yürüşü Həzrət İmam Məhdinin (ə.f) zühuru ilə nə kimi əlaqəsi var?
Cavab:
Rəvayətlərə əsasən, zühurdan əvvəl dünya zülmün hakimiyyəti altına düşəcək. Lakin bu qaranlıq dövrdə ayıq möminlər İmam Zamanın (ə.f) köməyinə tələsmək üçün intizarda olacaqlar. Onun qlobal qiyamı 313 xüsusi səhabə ilə başlayacaq və daha sonra dünyanın müxtəlif yerlərindən minlərlə azadlıqsevər insanın qoşulması ilə genişlənəcək.
Bu baxımdan, Ərbəin yürüşü İmam Zamanın (ə.f) yardımına yetişəcək insanların hazırlanması və müqavimət ruhunun gücləndirilməsi üçün bir fürsət və məşqdir. Hətta zühur bizim dövrümüzdə baş verməsə belə, bu möhtəşəm hərəkat imanı diri saxlayır, İslam ümmətinin birliyini möhkəmləndirir və bizi ilahi dəyərləri qorumaqda daha da möhkəm edir. Bunlar elə dəyərlərdir ki, İmam Hüseyn (ə) onlar uğrunda canını fəda etmiş, İmam Məhdi (ə.f) isə onların bərqərar olması üçün qiyam edəcəkdir.
Buna görə də, Ərbəin yürüşü sadəcə Kərbəlaya edilən bir səfər deyil, eyni zamanda o, qəlblərin formalaşdığı, iradələrin möhkəmləndiyi, ilahi dəyərlərin dirçəldiyi və zühurla qiyama hazırlığın həyata keçirildiyi bir yoldur.
Mənbə: Dini Suallara Cavab üzrə Milli Mərkəz.
Rəyiniz