Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın “Müsəlman Alimlər Birliyi”nin icra heyəti keçirdiyi növbəti iclasında Livan və regionda baş verən son hadisələri müzakirə edib. İclasın sonunda yayılan bəyanatda bildirilib ki, sionist düşmənin cənubdakı bir sıra yaşayış məntəqələri və bölgələrə artilleriya atəşləri və hava hücumları həyata keçirməklə təcavüzlərini davam etdirdiyi, eyni zamanda Livanın suverenliyinin davamlı şəkildə pozulduğu bir şəraitdə Livan rəsmiləri bu təcavüzlərin qarşısını almaq üçün hər hansı praktiki addım atmaq iqtidarında deyil və bunun qarşısında tam sükut nümayiş etdirirlər. Hətta İranı Hörmüz boğazını açmağa çağırmağa çalışan xarici işlər naziri belə, sionist Xarici İşlər Nazirliyinin yayımladığı və Livanın cənubundakı bəzi əraziləri bu rejimə məxsus ərazilər kimi göstərən xəritəyə etiraz etmək üçün heç bir addım atmır.
Birlik hesab edir ki, ABŞ və sionist iradəsi qarşısında bu məğlubiyyət və ona təslim olmaq suverenliyə gətirib çıxara bilməz. Əksinə, “Çərçivə” razılaşmasının əldə olunmasından və müqavimətin cinayət hesab edilməsindən bu günə qədər bu yanaşma əslində köləliyin və təslimçiliyin təzahürüdür. Livan və sionizm danışıqları işğal olunmuş Livan ərazilərindən geri çəkilmə istiqamətində heç bir irəliləyişə səbəb olmayacaq. Xüsusilə də sionist düşmənin baş naziri Benyamin Netanyahu və onun müharibə naziri İsrael Katsın işğal olunmuş ərazilərdə qalacaqları barədə açıq bəyanatları bunu göstərir.
Bəyanatın davamında deyilir: Hamı soruşur ki, Livan rəsmiləri niyə danışıqlar yolunu davam etdirməkdə israr edirlər?! Niyə bu danışıqlardan geri çəkilərək yeni bir strategiya müəyyən etmirlər? Halbuki sözügedən strategiya mahiyyət etibarilə köhnə strategiyanın özüdür və indiyədək dəfələrlə Livanın qorunmasına və onun yenidən azad edilməsinə səbəb olub. Bu strategiya “zəruri üçlük: Ordu, xalq və müqavimət” prinsipində öz ifadəsini tapır.
Müsəlman Alimlər Birliyi Livan rəsmilərini sionist düşmənlə birbaşa danışıqlardan geri çəkilməyə və dolayı danışıqlara qayıtmağa çağırıb. Birlik bildirib ki, bu danışıqlar yalnız işğal olunmuş Livan ərazilərindən geri çəkilmək, təcavüzləri dayandırmaq və əsirləri geri qaytarmaq üçün konkret vaxt cədvəlinin elan edilməsindən sonra başlamalıdır.
Həmçinin alimlər parlamentdə media azadlığının açıq şəkildə pozulmasına, siyasi hakimiyyətə jurnalistləri həbs etmək səlahiyyəti verən media qanunu ilə bağlı atılan addıma etiraz edərək bunu pisləyiblər. Bildirilib: Bu addım bizi yeni bir ölkə reallığına aparır; burada siyasi hakimiyyətin fəaliyyətini tənqid edə bilən azad mətbuat ciddi çətinliklərlə üzləşəcək. Biz parlamentdən bu qanuna yenidən baxmasını və yeni həmkarlar ittifaqlarının yaradılmasına icazə verməməsini istəyirik. Çünki Livanın reallığına əsasən, belə ittifaqlar partiya-məzhəb xarakteri daşıyacaq və ölkənin maraqlarına zərər vuracaq.
Bu “Birlik” həmçinin baş nazirin müdafiə naziri Mişel Mansi-yə ordunun ümumi amnistiya qanunu ilə bağlı mövqeyini açıqlamaq məqsədilə çıxış etməyi qadağan etməsindən narazılığını və ikrahını ifadə edib.
Sonda Müsəlman Alimlər Birliyi məskunların Məscidül-Əqsanın ərazisinə təcavüz etməsini və ərəb və İslam dünyasının qınanılan sükutu fonunda “Kahinlərin xeyir-duası” və “qəhrəmanlıq səcdəsi” adı altında Talmud ayinləri həyata keçirməsini pisləyib.
Birlik vurğulayıb: Bu təcavüzlər göstərir ki, sionist rejimlə müqavimətdən başqa heç bir həll yolu yoxdur. Torpağın, izzətin və ləyaqətin geri qaytarılmasının yeganə yolu müqavimətdir.

Livan Müsəlman Alimlər Birliyi
Rəyiniz