Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin Ali Şurasının ikinci katibi Ayətullah Cavad Mərvi ali fiqh dərsi zamanı Azərbaycan Respublikası hökumətinin İslamın etiqad və hökmlərinə, eləcə də Əhli-beyt (ə) məzhəbinə qarşı yönəlmiş mövqeyini pisləyərək bu ölkənin dövlət rəsmilərinə 70 illik kommunist hakimiyyəti təcrübəsindən ibrət götürməyi tövsiyə edib.
O bildirib ki, Sovet İttifaqı dövründə genişmiqyaslı təbliğat aparılıb, müxtəlif üsullara əl atılıb, hətta alimləri edam etməklə xalqı İslamdan və İmam Hüseyndən (ə) uzaqlaşdırmağa çalışıblar. Lakin buna nail ola bilməyiblər. Bəzi şərqşünaslar da öz hesabatlarında bu vəziyyətə təəccübləndiklərini bildiriblər.
Müəllimlər Cəmiyyətinin üzvü qeyd edib ki, bu ölkənin dövlət rəsmiləri nə üçün 70 illik ateist hakimiyyət təcrübəsindən və həmin hakimiyyətin xalqı İslamdan və Əhli-beyt (ə) məktəbindən uzaqlaşdırmaqda aciz qalmasından ibrət götürmürlər?
Qum Elmi Hövzəsinin müəllimi bildirib ki, Azərbaycan hakimiyyətinin bu cür davranışlarının arxasında Qərb və sionist düşüncəsi dayanır. Bu yanaşmanın sonu isə ölkədə kommunist hakimiyyətinin keçdiyi yoldan fərqli olmayacaq.
Ayətullah Cavad Mərvi:
Azərbaycan Respublikasının dövlət rəsmiləri ölkədə 70 illik kommunist hakimiyyəti təcrübəsindən ibrət götürsünlər
Hövzə / Elmi Hövzələrin Ali Şurasının ikinci katibi Azərbaycan Respublikası hökumətinin İslamın etiqad və hökmlərinə, eləcə də Əhli-beyt (ə) məzhəbinə qarşı yönəlmiş mövqeyini pisləyərək bildirib ki, Azərbaycan hakimiyyətinin bu cür davranışlarının arxasında Qərb və sionist düşüncəsi dayanır. Bu yanaşmanın sonu isə ölkədə kommunist hakimiyyətinin keçdiyi yoldan fərqli olmayacaq.
Rəyiniz