bazar ertəsi 19 oktyabr 2026 - 17:34
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 23 yaşadək sərbəst güləş üzrə milli komandanın dünya çempionatında çempionluğu münasibətilə təbrik mesajı

Hövzə / İslam İnqilabının Ali Məqamlı Rəhbəri 23 yaşadək sərbəst güləş üzrə milli komandanın dünya çempionatında qazandığı çempionluq münasibətilə təbriklərini çatdırıb.

Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran İslam Respublikasının 23 yaşadək sərbəst güləş üzrə milli komandasının dünya çempionatında qazandığı çempionluq münasibətilə təbriklərini çatdırıb. Təbrik məktubunun mətni belədir:

İran İslam Respublikasının 23 yaşadək sərbəst güləş üzrə milli komandasının dünya çempionatında çempion olması böyük və qədirbilən İran xalqının qəlbini sevinc və qürur hissləri ilə doldurdu.

Doqquz müxtəlif əyarlı medalın qazanılması ilə müşayiət olunan bu uğur, yunan-Roma güləşi üzrə ümidlərdən ibarət milli komandanın bu yaxınlarda qazandığı çempionluq kimi, rəhbərlərin, fədakar məşqçilərin və ölkənin güclü, qeyrətli gənclərinin fasiləsiz səylərinin, düzgün planlaşdırma və səmərəli idarəetmənin nəticəsidir.

Bu əzizləri, xüsusilə də vətənimizin qəhrəman gənc nəslini və rəşadətli İran xalqını təbrik edirəm.


 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha