Hövzə xəbər agentliyininin isfahandan olan məlumatına görə, Həzrət Ayətullah Hüseyn Məzahiri, ofisi tərəfindən dərc olunan nitqində "اللهم اجعل عاقبتنا خیراً" zikrinin müxtəlif tərəflərini araşdırmış və xüsusilə Qədr gecələrində bunun əhəmiyyətini vurğulamışdır. O, bildirib ki, bu zikr dərin mənalar və çoxsaylı ruhani təsirləri səbəbindən çox tez-tez təkrarlanmağa layiqdir.
İsfahan Elm Məktəbinin rəhbəri, bu zikrin müxtəlif mənalarını izah edərkən bir neçə mənəvi tərəfə toxunmuş və əlavə etmişdir: İlk mənası bağışlanma və cənnətə girməyi istəməkdir ki, insan Allahdan özünü və yaxınlarını xeyir və səadət dolu bir yolda yerləşdirməsini diləyir. İkinci mənası isə xüsusilə bu dövrün əhəmiyyətli məsələlərindən biri olaraq, imanını qorumaqdır. Bu, düşüncə pozuntularına, yanlış təsəvvürlərə və din düşmənlərinin fitnələrinə qarşı qorunmağı ifadə edir.
O, vurğulayıb ki: Bizim dövrümüzdə, dinin düşmənləri və Şiə gənclərini hədəf alanlar olduğu üçün dini inamların qorunması çox vacibdir; bu zikrin üçüncü mənası isə insanın ölüm anında İmam Əli (ə) ilə görüşməsi və Onun razılığını qazanmasıdır. İnsan, canını təslim edərkən, İmam Əli (ə) tərəfindən şəfaətə layiq görülməyi və Onun məhəbbətindən faydalanmağı arzulamalıdır.
İmam Zaman (ə.f)-lə rəcətin bağlılıqı
O, buyurdu: Bu duanın dördüncü mənası İmam Zamanın (ə.f) zühuru ilə bağlıdır və Allah vəd edib ki, İmam Zamanın (ə.f) zühuru ilə dünyada bir cənnət qurulacaq. İnsan Allahdan bu dövrdə olmağı və İmamla birgə olmağı arzulamalıdır. Beşinci məna isə rəcət (dünyaya qayıdış)məsələsinə aiddir. Çoxsaylı rəvayətlərdə bu mövzuya toxunulub və bu anlayışa əsasən, Allah vəd edib ki, bəzi möminlər dünyaya geri qayıdacaq və Əhli-beytin hakimiyyətində iştirak edəcəklər.
Həzrət Ayətullah Məzahiri buyurub: Altıncı məna, Qiyamət günü İmam Əlinin (ə) vilayət möhürü ilə bəndələrin alınlarını bəzəyib, onları Kövsərə doğru yönləndirməsi və kamil insan olmalarına səbəb olmasıdır. Cənnətdə bəndələr təkcə maddi nemətlərdən deyil, Allahın salamı kimi mənəvi nemətlərdən də faydalanacaqlar.
Bu böyük alim ən yüksək mənəvi məqama işarə edərək bildirib: O məqamda insan cənnətdə dayanmaz, əksinə, Allah yolunda irəliləyər və Onun yaxınlığına doğru yüksələr. Bu yol "minəl-həqq iləl-həqq" (haqdan haqqa doğru) adlanır və bu yolda atılan hər addım, cənnət ləzzətlərindən daha dəyərlidir.
Mətnin sonu.
Rəyiniz