cümə 11 aprel 2025 - 15:34
Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Cənnətül-Bəqi qəbiristanlığının ürəkağrıdıcı dağıdılmasının ildönümü münasibətilə Müqəddəs Qum şəhərində yerləşən İmam Xomeyni (r.) məktəbində müxtəlif ölkələrdən gəlmiş alimlər və tanınmış şəxsiyyətlərin iştirakı ilə beynəlxalq bir konfrans keçirildi.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, tarixi Cənnətül-Bəqi qəbiristanlığının kədərli dağıdılmasının ildönümü ilə eyni zamanda, Müqəddəs Qum şəhərində yerləşən İmam Xomeyni (r.ə) məktəbinin Şəhid Arif Hüseyni salonunda müxtəlif ölkələrdən gəlmiş alimlər və tanınmış simaların iştirakı ilə beynəlxalq bir konfrans keçirildi.

Bu tədbir “Təhrir Post” mədəniyyət qurumu tərəfindən təşkil olunmuş, “Al-Yasin Cəmiyyəti” və Hindistanın “İslam Düşüncəsi Mərkəzi” kimi dini və elmi qurumların əməkdaşlığı ilə həyata keçirilmişdir.

Toplantıda çıxış edən natiqlər Peyğəmbərimizin (s) övladlarının qəbirlərinin dağıdılmasını qınayaraq bu müqəddəs məzarların tezliklə bərpa olunmasının vacibliyini vurğuladılar və bu tarixi faciənin İslam dünyasının yaddaşında daim diri saxlanmasının zəruriliyini qeyd etdilər.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Proqram Qurani-Kərimin tilavəti ilə başladı

Tədbir Qurani-Kərimdən bir neçə ayənin hörmətli Aşiq Hüseyn Mir tərəfindən tilavət olunması ilə başlandı. Daha sonra mərhum Ayətullahül-uzma Safi Gülpayqani (r) və Ali Rəhbərin Bəqi qəbiristanlığı ilə bağlı bəyanatlarından ibarət videoçarx nümayiş etdirildi.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Bu konfransın ilk çıxışçısı, “Bəqiin Bərpası Hərəkatı”nın banisi Höccətül-İslam vəl-Müslimin Seyyid Məhbub Mehdi Abidi oldu. O, ABŞ-dan göndərdiyi video müraciətində təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirərək vurğuladı: Bəqi sadəcə bir torpaq parçası deyil, ədalətin, insanlığın və Əhli-Beytin (ə) məzlumluğunun təcəssümüdür. Artıq yüz ildir ki, bu faciənin qarşısında borcluyuq və təəssüf ki, bu gün layiqincə yad edilmir.

O əlavə etdi: Bu tarixi zülm qarşısında susmaq, hamını məsuliyyətli edir.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Daha sonra Hind yarımadasının şairlərindən biri olan Əli Məhdəvi Bəqi barədə şeirlər səsləndirdi və vurğuladı: Bəqi yalnız bir torpaq sahəsi deyil, ədalətin, insanlığın və tarixin qoruyucusunun simvoludur. Bəqinin fəryadı hər hansı qəbilə və ya qrupun çərçivəsindən kənardır – bu, tamamilə imanla, insanlıqla və əxlaqla bağlı bir vəzifədir.

O əlavə etdi: Bu, zülmə məruz qalmış qəbirlərin hörmətindən danışmaqdır – elə qəbirlər ki, dağıdılıb viran edilsə də, yenə də ayıq qəlblərlə danışır, oyanmış vicdanları silkələyir. Çünki bu zülm bizim dövrümüzdə, İsmət və Təharət Əhli-Beytinin (ə) müqəddəs qəbirləri və hərəmlərinə qarşı törədilib, bu səbəbdən hamımız bu qarşısında məsuliyyət daşıyırıq və sabah Allahın hüzurunda cavab verməli olacağıq.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Həmçinin Tarix Məktəbinin müdiri Hüccətül-İslam vəl-Müslimin Əbdülmuhəmmədi çıxışında düşmənin bu faciəni müsəlmanların tarixi yaddaşından silmək üçün göstərdiyi səylərə diqqət çəkərək bildirdi: Müxtəlif mərasimlər, etiraz aksiyaları və konfranslar keçirməklə Bəqinin mesajını dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Bəqidə dəfn olunmuş imamların tanıdılması və onların anılması həm dini, həm də mədəni bir vəzifədir.

O xatırlatdı ki, İbn Teymiyyədən öncə Əhli-sünnə alimləri Əhli-Beytə (ə) xüsusi ehtiram göstərirdilər. Lakin səfəvi düşüncəsi, xüsusilə İbn Teymiyyə və Məhəmməd ibn Əbdülvəhhab vasitəsilə İslamın müqəddəslərinə hörmətsizlik və parçalanmaya səbəb oldu. Bu axın sonradan Əl-Səud rejimi tərəfindən gücləndirildi.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Daha sonra din alimlərindən Höccətül-İslam vəl-Müslimin Seyyid Müzəffər Mədəni bildirib: İbn Teymiyyə və ondan əvvəl bütün Əhli-Sünnə alimləri İmamların (ə) məsumiyyətinə xüsusi hörmət göstərirdilər və bu mövzuda bir çox kitablar yazmışdılar. Lakin İbn Teymiyyə və ondan sonra Məhəmməd ibn Əbdülvəhhab, müsəlmanlar arasında ixtilaf toxumları səpdilər və məsumlara qarşı təhqirə əsaslanan yeni bir məzhəb yaratdılar. Bu məzhəb sonradan Əl-Səud tərəfindən genişləndirilmiş və gücləndirilmişdir.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Höccətül-İslam vəl-Müslimin Seyyid Hənan Rəzəvi, Hindistanın Haydərabad şəhərinin Alimlər İttifaqının rəhbəri, İslam ümmətinin bu günkü faciələrini müqayisəli şəkildə təhlil edərkən bildirdi: Bugün necə ki, Fələstində, Yəməndə və Livanda din pərdəsi altında zülm edilir, Bəqi məsələsində də Əhli-Beyt (ə) qəbirlərinin dağıdılması, şirkə qarşı mübarizə adı altında əsaslandırılmışdır; halbuki əsas məqsəd İslam kimliyinin izlərini silmək olmuşdur.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Daha sonra bu iclasda Höccətül-islam vəl-müslimin Mohsen Dadsərəşt, Pakistanın Cəmiyyət-əl- Müstəfa nümayəndəsi, Müqəddəs Qurandan “Muhəmməd Allahın elçisidir və onunla olanlar...” ayəsinə istinad edərək dedi: Hər şəraitdə Peyğəmbərlə (s) birlikdə olanlar yüksək bir məqama malikdirlər. Onlara təhqir və qəbirlərinin dağıdılması, Peyğəmbərə (s) və ilahi təlimlərə təhqirdir.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Sonda, Höccətül-islam Məhəmməd Təqi Məhdevi, Qurani-Kərimin "وَمَن یُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَی الْقُلُوبِ"  “Kim Allahın nişanələrinə hörmət göstərərsə, şübhəsiz, bu, qəlblərin təqvasındandır.” ayəsinə istinad edərək dedi: Necə ki, Allah Təala Səfa və Mərvəni öz işarələrindən hesab edir, Əhli-Beytin (ə) müqəddəs qəbirləri də ilahi işarələrdir və onlara hörmət etmək, qəlblərin təqvasının nişanəsidir. Bəs necə olur ki, bu işarələrin dağıdılmasına laqeyd qalınır?

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Tədbir, İmam Zamanın (ə.f) duasının oxunması və Bəqi qəbiristanlığının bərpası üçün dua edilməsi ilə sona çatdı. İştirakçılar əllərində plakatlar tutaraq, Bəqi imamlarının müqəddəs məzarlarının dərhal bərpa olunmasını tələb etdilər.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Qum şəhərində Bəqi qəbiristanlığının bərpası tələbi ilə bağlı beynəlxalq konfrans keçirildi.

Qeyd etmək lazımdır ki, bu tədbir Hindistanlı tələbələrin və əlaqədar mədəni qurumların fəal iştirakı ilə təşkil olunmuşdur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha