çərşənbə axşamı 29 aprel 2025 - 18:22
Seyid Məhəmməd Hüseyn Təbatəbai (r)-nin qız övladları ilə bağlı xüsusi tövsiyəsi

Hövzə/ Əllamə Təbatəbai (r) qız övladlarına qarşı xüsusi hörmət və sevgi göstərər, onların sakitlik, sevinc və düzgün tərbiyəsinə böyük önəm verərdi. O, belə davranışın Allah və Peyğəmbərin (s) razılığına səbəb olduğuna inanırdı.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, qızlar günü münasibətilə, Əllamə Təbatəbaidən (r) qız övladlarına göstərdiyi ehtiram və onların sevgi, sakitlik və düzgün tərbiyə ilə yetişdirilməsinə verdiyi önəm haqqında xülasəni təqdim edirik.

Əllamə Təbatəbainin (r) qız övladlarına göstərdiyi xüsusi ehtiram.

Əllamə Təbatəbaidən (r) nəql olunan həyat yolunda qeyd olunur ki, o, qızlarına xüsusi ehtiram göstərər və deyərdi: Qızlara daha çox sevgi və diqqət göstərilməlidir ki, gələcək həyatlarında şən və sağlam ruhda böyüyüb, yaxşı həyat yoldaşı və ləyaqətli ana ola bilsinlər.

Əllamənin qızı belə nəql edir: Bəzən elə olurdu ki, yemək bişirərdik və bir qədər korlanardı. Amma atam heç vaxt bunu bizə hiss etdirməzdi və əksinə, çox tərifləyərdi.

Atam anamıza deyərdi:
Qızlar Allahın əmanətidir. Kim onlara hörmət edərsə, Allah və Peyğəmbər (s) şad olar.

Mənbə: Dirildən damcılar (Cərrehaye canbəxş) kitabı: Əllamə Təbətəbainin həyatından  anılar / s. 393

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha