Hövzə Xəbər Agentliyinin məlumatına görə, Höccətül-İslam vəl-Muslimin Seyid Əlirza Tərəşiyun çıxışlarının birində "Halal və haram ruzinin düzgün və yanlış tərbiyəyə təsiri" mövzusuna toxunmuşdur. Bu çıxışın məzmunu dəyərli oxucularımıza təqdim olunur.
Bismillahir-Rəhmanir-Rəhim
Uşaqlar, bu dünyada insanın ən dəyərli sərvətidir. Rəvayətlərə və Əhli-Beyt (ə) həyat tərzinə əsasən, valideynlər övladlarının tərbiyəsində əsas və birbaşa məsuliyyət daşıyırlar. Rəvayətlərdə bildirilir ki, övladların valideynlər üzərindəki haqlarından biri də onların tərbiyə və ədəb sahibi edilməsidir.
Övlad tərbiyəsi ailə həyatında ər-arvadın ən vacib proqramlarından biri kimi diqqət mərkəzində olmalıdır. Saleh və ləyaqətli övlad yalnız valideynlərin həyatı boyu xeyir və bərəkət mənbəyi olmaqla qalmır, həm də onların ölümündən sonra insanın əməl dəftərinə yazılan ən faydalı işlərdən biri sayılır.
Digər tərəfdən isə, şeytani cəbhə daim mühüm və dəyərli işlərə qarşı planlar qurur və insanı bu ağır və mühüm məsuliyyətə qarşı diqqətsiz və laqeyd etməyə çalışır.
Halal qidanın övlad tərbiyəsində iki mühüm təsiri
Övlad tərbiyəsində ən mühüm amillərdən biri, düzgün tərbiyə mühiti yaratmaqdır ki, bu mühitin əsas sütunlarından biri halal qidalanmadır. Halal ruzi tək başına düzgün tərbiyəni təmin etməsə də, uşağın daxilində haqqı qəbul etməyə hazırlıq və qabiliyyət yaradır.
Bu məsələni daha yaxşı izah etmək üçün Kərbəla hadisəsinə işarə etmək olar. Dünyanın ən haqqpərəst insanı olan İmam Hüseyn (ə) Məhərrəm ayının səkkizinci və doqquzuncu günlərində Ömər ibn Səədin ordusunu doğru yola çağırdı. Lakin onlar qışqırıq salaraq və qılınclarını qalxanlarına vuraraq İmamın sözlərini eşitməyə mane olurdular. İmam Hüseyn (ə) buyurdu: "Vay halınıza! Haram ruzidən dolayı..." Çünki onların qarınları haramla dolmuşdu və artıq haqqı dərk etmək və qəbul etmək qabiliyyətini itirmişdilər.
Bu səbəbdən məsum imamların (ə) rəvayətlərində "halal qidalanma" övladların valideynlər üzərindəki haqlarından biri kimi göstərilmişdir. Əgər bu haqq qorunmaz və övlada haram ruzi verilərsə, nə qədər nəsihət və doğru yönləndirmə olsa da, təsiri az olacaqdır. Şübhəsiz ki, halal qida tərbiyədə tək amil deyil, lakin əsas prinsiplərdən biri kimi ciddi diqqət edilməlidir.
Halal qida, az da olsa, övlad tərbiyəsində iki mühüm təsirə malikdir: haqqa meyillilik və qaneçilik.
Halal ruzi ilə böyüyən uşaqlar adətən daha itaətkar, razı və minnətdar olurlar. Əksinə, haram ruzi, hətta bolluq içində olsa belə, uşaqlarda narazılıq və tamahkarlıq yaradır.
Haram ruzinin mənfi təsirləri barədə rəvayətlərdə açıq şəkildə bildirilir ki, onun insanın varlığına nüfuzu çox sürətlidir. Bəzi ifadələrdə qeyd edilir ki, haram loğmanın insana təsiri bıçağın ətə təsiri kimidir; yəni çox tez və dərindən təsir edir.
Övlad tərbiyəsinin əsası halal ruzi ilə qoyulur
Məsələyə bir nümunə kimi böyük alimlərdən birinin həyatından bir hadisə nəql olunur: Rza xanın dövründə həmin alim bir şəhərə minbərə çıxmaq üçün dəvət edilir. Minbərdən sonra, ev sahiblərindən biri onu şam yeməyinə dəvət edir və alim bu dəvəti qəbul edir.
Lakin ertəsi gün, hər zaman gecə namazına qalxan bu alim həmin gecə oyanmır və az qala sübh namazı da qəza olacaqdı. Məsələnin səbəbini araşdırdıqda, əvvəlki gecə şam yeməyini verdiyi şəxsin bank işçisi olduğunu və yeməyin halal olmadığını anlayır. Alimin oğlunun dediyinə görə, atasının həmin hadisədən sonra tam qırx gecə gecə namazı qılmaq nəsibi olmur.
Bu hekayə göstərir ki, haram lokmanın təsiri həm çox sürətli, həm də çox dərindir. Axırzaman dövründə halal və haramın bir-birindən seçilməsinin çətinləşdiyi bir zamanda bu məsələyə daha ciddi diqqət yetirmək lazımdır. Bu məsuliyyət nə zarafatla keçişdirilə, nə də yüngül qəbul edilə bilər; əksinə tam ciddiyyətlə yanaşılmalıdır.
Övladların tərbiyəsi halal ruzi ilə başlayır və bu məsələ valideynlərin şəri vəzifələrindən biridir. Əgər ata bu vəzifədə səhlənkarlıq edərsə, qiyamət günü övladı ondan haqqını tələb edəcək. Daha böyük evə sahib olmaq və ya daha yaxşı maşın almaq kimi bəhanələr halal ruzinin yerini tuta bilməz və Allahın ədalət məhkəməsində qəbul olunmayacaq.
Medianın və virtual aləmin yeniyetmələrin həyatına təsiri
Övlad tərbiyəsi sahəsində başqa mühüm bir məqam isə anaların halal ruzini nurlandırmasıdır. Ayətullah Cavadi Amulinin "Qadın cəlal və camal aynasında" kitabında nəql olunduğuna görə, tarix boyu uğurlu anaların xüsusiyyətlərindən biri bu olub ki, dəstəmaz alaraq və zikr edərək mətbəxə daxil olublar. Əksinə, yemək hazırlayarkən musiqiyə qulaq asmaq və ya qeybət etmək kimi əməllər övlad tərbiyəsinə mənfi təsir göstərir.
Bu gün övlad tərbiyəsində yeni çətinliklər meydana çıxıb. Yeniyetmələrin həyatında medianın və virtual aləmin nüfuzu çox genişlənib. Telefonlardan gizli istifadə, televizor qarşısında uzun müddət vaxt keçirmək və sosial şəbəkələrdə aktiv olmaq övladların tərbiyəsinə birbaşa təsir göstərir.
Psixoloqların, o cümlədən Cənab Yunun (Mr. Yoon) fikrinə görə, insanların öyrənməsinin təxminən yetmiş faizi görmə yolu ilə baş verir. Bu gün övladlarımız müxtəlif məşhurların, idmançıların, aktyorların, müğənnilərin şəkilləri və görüntüləri ilə üz-üzə qalır, bu isə onların düşüncə və şəxsiyyət formalaşmasına dərin təsir edə bilir. Buna görə də valideynlərin ciddi planlaşdırma və idarəetmə aparması zəruridir.
İslam rəvayətlərində baxışın və onun tərbiyədəki rolunun xüsusi əhəmiyyəti qeyd olunmuşdur. Qurana baxmaq (hətta oxumadan belə), Kəbəyə baxmaq, dini alimə nəzər salmaq və valideynə sevgi dolu nəzər etmək bütün bunlar ibadət sayılır.
«Narcisizmdən» uzaq durmaq və "başqalarına sevgini" gücləndirmək
Peyğəmbərimiz (s) bir rəvayətdə belə buyurur: "Valideynə qarşı hər sevgi dolu baxış, bir Həc və Ümrə səvabı qazandırır və bunu yetmiş dəfə təkrarlamaq olar."
Təəssüf ki, bu gün övladlarımızda əxlaqi və dini zəminin azalmasını müşahidə edirik. Bu problemi aradan qaldırmaq üçün, övladların qarşılaşdığı vizual məzmunlara xüsusi diqqət yetirmək, onları yaxşı kitablar oxumağa və uyğun proqramlar izləməyə təşviq etmək lazımdır.
Uşaqlar, eşitdiklərinə və söylədiklərinə əsasən tərbiyə olunurlar. Əhli-Beyt (ə) həyat tərzində bu sahədə dəyərli nümunələr mövcuddur. Məsələn, Həzrət Fatimə (s) kiçik yaşlarında olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün, Peyğəmbərin (s) məsciddə dediklərini təkrarlaya biləcəkləri bir mövqe hazırlayırdı. Bu, Peyğəmbərin (s) qulağına çatan zaman, o da bu söhbətləri gizlicə eşitmək istəyirdi.
Bir rəvayətdə deyilir ki, bu cür məclislərin birində, İmam Hüseynə (ə) növbə gəldikdə, o, böyük bir şəxsin (Peyğəmbərin) əzəmətli mənəvi varlığını hiss etdi və bu göstərir ki, paklıq və dəstəmaz insanın nuraniliyini artırır və mərifət yaradır.
Rəvayətdə belə deyilir: "Dstəmaz nurdur" — yəni, dəstəmaz insanı nuraniləşdirir. Bu nuranilik, övladların tərbiyəsində böyük təsirə malikdir.
Digər bir mühüm məsələ, qida hazırlayıb paylayan şəxslərin sosial məsuliyyətidir. Mərhum Ayətullah Həsənzadə Amili tələbələrə, düzgün və etibarlı restoranlardan qida almasını tövsiyə edərdi. O həmçinin, restoran və çörəkxana sahiblərinə, yemək və çörək hazırlamaq üçün düzgün insanları seçmələrini vurğulayardı.
Cəmiyyətdə müsbət təsir yaratmaq üçün "eqoizimdən" uzaq durmalı və "başqalarına sevgi" hissini gücləndirməliyik. Ayətullah əl-uzma Mərəşi Nəcəfi taksi sürücüsünə belə bir məsləhət vermişdir: "Həmişə dəstəmazlı olun və ruzini o şəkildə axtarın."
Rəvayətlərdə qeyd olunur ki, "Ruzini artıran amillərdən biri də daima təmiz (dəstəmazlı) olmaqdır." Bu tövsiyə xüsusilə hamiləlik və südvermə dövründə analar üçün çox önəmlidir.
Şəhid Mütəhərri, vəsiyyətində övladlarına dəstəmazda olmağın vacibliyini vurğulamışdır. Günlük namazlar və bir neçə əlavə dəstəmazla insan həmişə təmiz qalmağa nail ola bilər ki, bunun da böyük faydaları və bərəkətləri vardır.
Beş mühüm tərbiyə prinsipi
Böyük təfsirçi Əllamə Təbətəbayi, həyatının ən çətin anlarını oyanıq olsa da, dəstəmazı olmadığı zamanları hesab edirdir. Dəstəmaza və paklığa belə bir yanaşma, həyat və tərbiyə barədə baxışımızı dəyişdirir. Bir çox böyük şəxsiyyətlər də öz uğurlarının sirrini analarının südünü dəstəmazlı içməkdə görürdülər.
Bu mətnin içərisində beş mühüm tərbiyə prinsipi təqdim olunur:
Birinci prinsip: Halal ruzi
İkinci prinsip: Pak və nuraniləşmiş ruzi ki, buna ana diqqət etməlidir.
Üçüncü prinsip: Gözlə görməklə və nümunə götürməklə tərbiyə, bu, «کُونُوا دُعَاةً لِلنَّاسِ بِغَیْرِ أَلْسِنَتِکُمْ» "İnsanlar arasında dilinizlə deyil, əməllərinizlə dəvətçi olun" deyə rəvayətdə qeyd olunub. Bu gün medianın cəmiyyətdəki təsirinin artdığı bir dövrdə, övladların gördüklərinə xüsusi diqqət yetirilməlidir.
İmam Əli (ə) tərəfindən verilən bir rəvayətdə deyilir: "İnsan, öz dostlarının dininə görə tərbiyə olunur." Yəni, insanlar, ətrafındakıların həyat tərzini mənimsəyərək tərbiyə olurlar.
Dördüncü prinsip: Övladların gözəl sözlər söyləməsi. Övladlar yaxşı sözlər demədikcə, düzgün tərbiyə olunmazlar.
Beşinci prinsip: Gözəl və xoş sözlər eşitmək. Uşaqların yaxşı şeir, hədis və gözəl hekayələr eşitmələri və ifadə etmələri üçün uyğun bir mühit təmin edilməlidir.
Əgər valideynlər bu beş prinsipi evdə düzgün şəkildə idarə edə bilərlərsə, övlad tərbiyəsinin yolu asanlaşacaqdır. Bu prinsiplərin hamısı Əhli-Beyt (ə) həyat tərzində və onların rəvayətlərində mövcuddur və bu tərbiyə modelindən övlad tərbiyəsində faydalanmaq mümkündür.
Mənbə: İran Səda
Rəyiniz